Bazar ertəsi , 6 Aprel 2026

Yearly Archives: 2022

Rusiya Ukraynanın silahlanmasından narahatdır

“Rəsmi Moskva Qərbin Kiyevə silah tədarükünü davam etdirməsindən narahatdır”. Boyukmillet.com xəbər verir ki, bunu Rusiyanın Vaşinqtondakı səfiri Anatoli Antonov CBS telekanalına müsahibəsindən sonra jurnalistlərin suallarını cavablandırarkən deyib. “Biz Ukraynanın misli görünməmiş silahlanmasından narahatıq. Hər gün Kiyevə içərisində tank əleyhinə sistemləri, qumbaraatanları və atıcı silahları olan təyyarələr enir. Mövcud vəziyyətə aydınlıq gətirmək istərdim. Rusiya ABŞ üçün təhlükə yaratmır, Ukraynanı təhdid etmir. …

Read More »

ABŞ səfirliyi Rusiyada terror təhlükəsi ilə bağlı xəbərdarlıq edib

ABŞ-ın Moskvadakı səfirliyi amerikalılara Rusiyada mümkün terror aktları ilə bağlı xəbərdarlıq edib. Boyukmillet.com xəbər verir ki, bu barədə ABŞ-ın Moskvadakı səfirliyi diplomatik missiyanın rəsmi saytında məlumat yerləşdirilib. “KİV-in məlumatına görə, iri şəhərlərdə, o cümlədən Moskva və Sankt-Peterburqda, Rusiyanın Ukrayna ilə sərhədi boyunca yerləşən ərazilərdə ticarət mərkəzləri, dəmir yolu və metro stansiyaları, insanların sıx toplaşdığı digər yerlərə hücum təhlükəsi var”, məlumatda …

Read More »

Mehriban Əliyevanın Birinci vitse-prezidentliyinin 5 ili tamam olur

Bu gün Mehriban Əliyevanın Azərbaycanın Birinci vitse-prezidenti kimi fəaliyyətə başlamasından 5 il ötür. Boyukmillet.com xəbər verir ki, ölkəmizdə 2016-cı ildə keçirilmiş referendum, Konstitusiyaya olunan dəyişikliklər mühüm islahatlarının yeni, uğurlu mərhələsini nümayiş etdirdi. Zamanın tələbinə uyğun dəyişikliklərin tərkib hissəsi kimi Vitse-prezident institutunun təsis olunması dövlət idarəçiliyi sahəsində növbəti uğurlu dönəmin başlanğıcına çevrildi. Bundan əvvəl – 2005-2017-ci illərdə Milli Məclisin deputatı olmuş …

Read More »

Türkiyə və İsrail XİN başçıları arasında telefon danışığı olub

Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlunun israilli həmkarı Yair Lapid arasında telefon danışığı baş tutub. Boyukmillet.com xəbər verir ki, telefon danışığı zamanı ikitərəfli münasibətlər, ölkələrarası əlaqələrin yumşalması, həmçinin İsrail Prezidenti İsaak Hersoqun Türkiyəyə səfəri planı haqqında fikir mübadiləsi aparılıb.

Read More »

Ərdoğan yaxın vaxtlarda Putinlə Ukraynanı müzakirə etməyi gözləyir

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ukrayna ətrafındakı vəziyyəti müzakirə etmək üçün yaxın vaxtlarda Rusiya Prezidenti Vladimir Putinlə telefon danışığı aparacağını gözləyir. Boyukmillet.com xəbər verir ki, bunu Türkiyə prezidentinin rəsmi nümayəndəsi İbrahim Kalın deyib. Onun sözlərinə görə, Türkiyə liderinin Rusiya və Ukrayna liderlərinin görüşünün təşkili təklifi əslində bu böhrandan çıxmaq üçün ən mühüm və konkret təklifdir: “Prezidentimizin belə bir görüşü təşkil etmək …

Read More »

Bu gün Mehriban xanım Əliyevanın Azərbaycanın Birinci vitse-prezidenti kimi fəaliyyətə başlamasından 5 il ötür

Birinci vitse-prezdentin ötən 5 ildə göstərdiyi ugurlu fəaliyyət, gördüyü işlər çoxşaxəli və əvəzolunmazdır. Qeyd edək ki, cənab Prezident İlham Əliyevin 2017-ci ilin fevralın 21-də imzaladığı sərəncamla Mehriban xanım Əliyeva Azərbaycanın birinci vitse-prezidenti təyin edilib. Ölkəmizin hərtərəfli inkişaf və yeniləşmə yolunda qazandığı tarixi nailiyyətlərdə, heç şübhəsiz, Azərbaycan Respublikasının birinci Vitse Prezdenti Mehriban xanım Əliyevanın təşəbbüskar fəaliyyətinin, əzmkar mübarizəsinin və humanistliyinin də …

Read More »

Onur Sevim: “Türkiyə hər zaman Azərbaycanla birgə olub, bundan sonra da olmağa davam edəcək”

“Türkiyə hər zaman Azərbaycanla birgə olub, bundan sonra da “Bir millət, iki dövlət” şüarına sadiq qalaraq azərbaycanlı qardaşlarının yanında olmağa davam edəcək”. Boyukmillet.com xəbər verir ki, bunu Türkiyənin Gürcüstandakı səfirinin müavini Onur Sevim Tbilisidə “Xocalıya ədalət” adlı sərginin açılış mərasimində deyib. Diplomat qeyd edib ki, Xocalı faciəsi tarixin gördüyü ən dəhşətli hadisədir. Onun sözlərinə görə, Xocalı soyqırımı yalnız azərbaycanlıların faciəsi …

Read More »

Təhsil naziri: “Xocalı soyqırımı bütün bəşəriyyətin faciəsidir”

“Xocalı soyqırımı yalnız Azərbaycan və azərbaycanlıların deyil, bütün bəşəriyyətin, hər bir insanın faciəsidir. Çünki günahsız insanların qətli qəbuledilməzdir. Dünya bu faciə ilə bağlı ədalət səsini ucaltmalıdır”. Boyukmillet.com xəbər verir ki, bunu Azərbaycanın təhsil naziri Emin Əmrullayev Tbilisidə “Xocalıya ədalət” adlı sərginin açılış mərasimində çıxışında deyib. Onun sözlərinə görə, soyqırımına düzgün qiymət verilməli və bir daha təkrarlanmasına yol verilməməlidir. Nazir bildirib …

Read More »

Səfir: “Vətən müharibəsindəki Zəfərlə Xocalı qurbanlarının qisası alınıb”

“Xocalı faciəsi Azərbaycan tarixinə ən dəhşətli səhifə kimi daxil olub. 30 il öncə şəhər əhalisinə qarşı amansız qətliam törədilib”. Boyukmillet.com xəbər verir ki, bunu Azərbaycanın Gürcüstandakı səfiri Faiq Quliyev Tbilisidə “Xocalıya ədalət” adlı sərginin açılış mərasimində deyib. Səfir soyqırımı ilə bağlı tədbir iştirakçılarına ətraflı məlumat təqdim edib. Onun sözlərinə görə, faciə haqqında həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması ədalətin zəfər çalmasına öz …

Read More »

Makron Zelenski ilə danışıqlar aparır

Fransa Prezidenti Emmanuel Makron Rusiya Prezidenti Vladimir Putinlə telefon danışığından sonra Ukrayna lideri Volodimir Zelenski ilə danışıqlar aparır. Boyukmillet.com xəbər verir ki, bu barədə “Agence France-Presse” (AFP) Yelisey sarayına istinadən məlumat yayıb. “(Rusiya Prezidenti-red) Vladimir Putinlə telefon danışıqları 1 saat 45 dəqiqə davam edib. İndi respublika Prezidenti Volodimir Zelenski ilə telefonda danışır”, – agentlik Fransa liderinin administrasiyasındakı mənbəyə istinadən yazıb. Qeyd …

Read More »