Kürdəmir sakinindən külli miqdarda narkotik vasitə aşkar olunaraq götürülüb. “Report”un Yuxarı Şirvan bürosu xəbər verir ki, Kürdəmir Rayon Polis Şöbəsinə (RPŞ) Atakişili kənd sakini, əvvəllər məhkum olunmuş Rəsulov Tural Adil oğlunun narkotik vasitələrinin istifadəsi və daşıması ilə əlaqədar məlumat daxil olub. Məlumata əsasən rayon polis şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Tural Rəsulov saxlanılıb. Onun üzərinə keçrilən baxış zamanı kibrit …
Read More »Yearly Archives: 2022
Suriyada 13 terrorçu zərərsizləşdirilib
Türkiyə xüsusi təyinatlıları Suriyanın şimalında PKK/YPG-nin növbəti təxrtibatının qarşısını alıb. Boyukmillet.com xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi məlumat yayıb. Xüsusi təyinatlılar bölgədə terror təhlükəsinin aradan qaldırılması üçün növbəti uğurlu əməliyyat keçirib. “Zeytun Budağı” və “Fərat Qalxanı” əməliyyat zonalarına hücuma cəhd göstərən 13 silahlı məhv edilib.
Read More »Rusiya MN: “Qərb Hərbi Dairəsinin tankları daimi dislokasiya yerinə qayıdır”
Rusiya Qərb Hərbi Dairəsinə məxsus tank qoşunları tağımının hərbi texnikası daimi dislokasiya yerinə qayıdır. Boyukmillet.com “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb. Bildirilib ki, tanklar və tırtıllı başqa zirehli texnika dəmir yolu vasitəsilə min kilometrə yaxın məsafəyə daşınacaq. Bir müddət əvvəl Cənub və Qərb Hərbi dairələrinin hərbçiləri təlim-döyüşdən sonra daimi dislokasiya yernə qayıdacağı barədə məlumat …
Read More »Xocavənddə ermənilərin atıb qaçdığı silah-sursat aşkarlanıb
Xocavənddə silah-sursat aşkarlanıb. Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Bərdə regional qrupundan verilən məlumata görə, Xocavənd Rayon Polis Şöbəsinin əməkdaşlarının bugünlərdə rayon ərazisində keçirdikləri nəzarət tədbirləri ilə erməni hərbi birləşmələrinə məxsus silah-sursat aşkar edilib. Aşkar edilən 2 pulemyot, 1 avtomat, 1 “Faqot”, 98 müxtəlif çaplı mərmi, 6 290 müxtəlif çaplı patron və digər döyüş sursatı aidiyyəti üzrə təhvil verilib.
Read More »Qaradağlı faciəsinin şahidləri: “Yaralıları quyuya töküb üstünü bağladılar, 6 nəfəri diri-diri yandırdılar”
Erməni hərbi birləşmələri 1992-ci il fevralın 14-də Xankəndidə yerləşən keçmiş SSRİ silahlı qüvvələrinin 366-cı motoatıcı alayının hərbi qüvvəsinin və texnikasının köməyi ilə Xocavəndin Qaradağlı kəndinə hücum etdi. Sakinlərin kəndi qəhrəmancasına müdafiə etməsinə baxmayaraq, fevralın 17-də qeyri-bərabər döyüşlərdə Qaradağlı kəndi ermənilər tərəfindən işğal olunur. Qaradağlıya hücumda Arabo və Aramo birləşmələri, Monte Melkonyanın dəstəsi fəal iştirak edib. “Report”un Qarabağ bürosunun əməkdaşlarınin Qardağlı …
Read More »Hökumətin Milli Məclisdə hesabat verəcəyi tarix məlum olub – EKSKLÜZİV
Nazirlər Kabinetinin 2021-ci ildə fəaliyyəti haqqında hesabatının Milli Məclisdə müzakirəyə çıxarılacağı tarix məlum olub. Boyukmillet.com-un məlumatına görə, hökumətin hesabatının parlamentin martın 15-də keçirilməsi planlaşdırılan plenar iclasında müzakirəyə çıxarılacağı nəzərdə tutulur. Hesabatı Baş nazir Əli Əsədovun təqdim edəcəyi gözlənilir.
Read More »Gələn həftə Milli Məclisin Xocalı soyqırımına həsr olunan xüsusi iclası keçiriləcək
Milli Məclisin Xocalı soyqırımının 30-cu ildönümünə həsr olunmuş xüsusi iclası keçiriləcək. Boyukmillet.com-un xəbərinə görə, toplantının fevralın 25-də baş tutması gözlənilir. İclasda Xocalı soyqırımının soyqırımı cinayəti kimi tanınması ilə bağlı xarici ölkələrin parlamentlərinə və beynəlxalq təşkilatlara parlamentin müraciəti qəbul ediləcək.
Read More »Kanada parlamentinə Xocalı soyqırımına dair petisiya təqdim edilib
Kanada Azərbaycanlıları Şəbəkəsinin (KAŞ) (Network of Azerbaijani Canadians) təşkilatçılığı ilə Kanada parlamentində Xocalı qətliamına dair petisiya təqdim edilib. Boyukmillet.com xəbər verir ki, petisiya Kanada parlamentinin mühafizəkarlar partiyasından olan üzvü Maykl Kuperin dəstəyi ilə rəsmi petisiya olaraq dərc edilib və 1500-də artıq Kanada vətəndaşının imzası ilə parlamentə təqdim edilib. Ötən gün, petisiyanı parlamentdə təqdim edərkən Maykl Kuper Xocalı qətliamının Qarabağ münaqişəsinin …
Read More »ABŞ və Rusiya təyyarələri Aralıq dənizi üzərində təhlükəli məsafədə uçub
ABŞ və Rusiya təyyarələri Aralıq dənizində ötən həftə bir neçə dəfə təhlükəli şəkildə bir-birinə yaxın uçublar. Boyukmillet.com xəbər verir ki, bu barədə “The Wall Street Journal” ABŞ Müdafiə Nazirliyinin nümayəndələrinə istinadən məlumat yayıb. İnsidentlər fevralın 11 və 12-də beynəlxalq hava məkanında baş verib. Nəşr iddia edir ki, Rusiyanın üç Su-35 qırıcısı Amerikanın üç P-8A kəşfiyyat təyyarəsinin uçuş yolunu keçib. Bir …
Read More »Şolts və Bayden: “Rusiyanın Ukraynaya qarşı növbəti təcavüz riski qalır”
Almaniya kansleri Olaf Şolts və ABŞ Prezidenti Cozef Bayden çərşənbə günü telefon danışığında Ukrayna ətrafında vəziyyətin ciddi olaraq qaldığını, Rusiya qoşunlarının Ukrayna sərhədlərindən əhəmiyyətli dərəcədə çıxarılmadığını qeyd ediblər. Boyukmillet.com “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə Almaniya Nazirlər Kabinetinin nümayəndəsi jurnalistlərə bildirib. “Federal kansler Olaf Şolts bu axşam ABŞ Prezidenti Cozef Baydenlə telefon danışığında Ukrayna və ətrafındakı vəziyyətlə bağlı …
Read More »
Boyukmillet.com Biz yanmasaq vətən yanar