Bakının Xətai rayonunda “Ana fəryadı” abidəsinin yerləşdiyi parkda Xocalı soyqırımının 30-cu ildönümü ilə bağlı hazırlıq işlərinə başlanılıb. Boyukmillet.com xəbər verir ki, parkda abadlıq, təmizlik işləri görülür, yeni güllər əkilir. Xətai Rayon İcra Hakimiyyətinin ictimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Pənah İmanov “Report”a açıqlamasında bildirib ki, ərazidə dekorativ ağac və gül kollar, eləcə də bütün park boyu mövsümi güllər əkiləcək: “Həmişə olduğu kimi bu il …
Read More »Yearly Archives: 2022
Bu gün akademik, əməkdar elm xadimi, Milli Aviasiya Akademiyasının rektoru Arif Paşayevin doğum günüdür
Arif Paşayev 15 Fevral 1934-cü ildə Bakıda ziyalı ailəsində doğulub. O 1959-cu ildən AMEA-nın Fizika institutunda elmi fəaliyyətə başlayıb. Həmin vaxtdan Arif Paşayev yarımkeçirici materialların elektrofiziki parametrlərini kontaktsız ölçmək üçün cərəyan burulğanlarından istifadə edən qurğular, mikrominiatür dəqiq çeviricilər yaradıb seriya ilə istehsala buraxıb. Bu qurğular dünyanın bir çox elm mərkəzlərində, gəmiqayırmada, maşınqayırmada, hərbi sənayedə və digər istehsalat sahələrində müvəffəqiyyətlə tətbiq …
Read More »MM sədri: “Zəngəzur dəhlizinin açılması nəinki region, Avropa İttifaqına üzv ölkələr üçün də yeni imkanlar yaradacaq”
“Ermənistan işğal altında qalan torpaqlarımızı viran qoyub. Azərbaycan torpaqlarımızı işğaldan azad etdikdən sonra sülh sazişinin imzalanması ilə bağlı bir neçə dəfə Ermənistana təkliflər verib”. Boyukmillet.com xəbər verir ki, bunu Milli Məclisin (MM) sədri Sahibə Qafarova parlamentin bu gün keçirilən plenar iclasında Baltikyanı ölkələrə səfərindən danışarkən deyib. “Zəngəzur dəhlizinin açılması nəinki region, Avropa İttifaqına üzv ölkələr üçün də yeni imkanlar yaradacaq. …
Read More »MM-in komitə sədri: “Qida təhlükəsizliyi haqqında” qanun layihəsilə bağlı ekspertlərin fikirlərində uyğunsuzluqlar var”
“Qida təhlükəsizliyi haqqında” qanunun qəbul olunması çox vacibdir. Hazırda qanunun üzərində iş gedir və yaxın vaxtlarda parlamentə təqdim ediləcək”. Boyukmillet.com xəbər verir ki, bunu Milli Məclisin Aqrar siyasət komitəsinin sədri Tahir Rzayev parlamentin bu gün keçirilən plenar iclasında deyib. “Qanun layihəsi ilə bağlı ekspertlərin fikirlərində müəyyən uyğunsuzluqlar var. Bu məsələ də yaxın vaxtlarda həllini tapacaq”, – o bildirib.
Read More »İqtisadiyyat nazirinin müavinləri kollektivə təqdim olunub
Prezident İlham Əliyevin fevralın 10-da imzaladığı sərəncamlarla iqtisadiyyat nazirinin I müavini təyin edilmiş Elnur Əliyev və nazir müavini təyin olunmuş Rövnəq Abdullayev kollektivə təqdim edilib. Boyukmillet.com nazirliyə istinadən xəbər verir ki, onları kollektivə nazir Mikayıl Cabbarov təqdim edib. Nazir yeni təyinat münasibətilə E.Əliyevi və R.Abdullayevi təbrik edib, hazırkı inkişaf mərhələsində ölkə rəhbərliyinin qurum qarşısında qoyduğu vəzifələri vurğulayaraq, müəyyən edilmiş hədəflərə …
Read More »Milli Məclis Azərbaycanla İspaniya arasında məxfi məlumatların mübadiləsi ilə bağlı sazişi ratifikasiya edib
Milli Məclis Azərbaycanla İspaniya arasında məxfi məlumatların mübadiləsi ilə bağlı sazişi ratifikasiya edib. Boyukmillet.com xəbər verir ki, bununla bağlı “Azərbaycan Respublikası Hökuməti ilə İspaniya Krallığı Hökuməti arasında məxfi məlumatın mübadiləsi və qarşılıqlı mühafizəsi haqqında” Sazişin təsdiq edilməsi barədə qanun layihəsi parlamentin bu gün keçirilən iclasında müzakirəyə çıxarılıb. Müzakirələrdən sonra qanun layihəsi səsverməyə çıxarılaraq qəbul edilib.
Read More »DİN Ramiz Mehdiyevin qohumunun saxlanılması ilə bağlı açıqlama verib
AMEA prezidenti Katibliyinin rəisi Eldar Əmirov Daxili İşlər Nazirliyinin (DİN) Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb. DİN Mətbuat Xidmətinin rəisi polis polkvniki Ehsan Zahidov “Report”a açıqlamasında məlumatı təsdiqləyib. O bildirib ki, Eldar Əmirov DİN-ə daxil olmuş bir məlumatın araşdırılması məqsədi ilə saxlanılıb: “Hazırda araşdırmalar davam etdirilir”. Qeyd edək ki, Eldar Əmirov AMEA prezidentliyindən istefa vermiş R.Mehdiyevin baldızı oğludur. O, …
Read More »Baş Prokurorluq: “Sumqayıt hadisələrinin təşkilatçısı Qriqoryanla bağlı istintaq və əməliyyat tədbirləri davam etdirilir”
“Bildiyiniz kimi, 1988-ci ildə Sumqayıt şəhərində baş vermiş hadisələrin təşkilatçısı Eduard Qriqoryan və digər şəxslərin barəsində axtarış elan edilmişdi. Hazırda bu iş üzrə istintaq və əməliyyat tədbirləri davam etdirilir”. Boyukmillet.com xəbər verir ki, bunu Azərbaycan Respublikası Baş Prokurorluğunun İstintaq İdarəsinin rəisi Nemət Əvəzov bildirib. “Həmin şəxslərin istintaqa cəlb olunması istiqamətində işlər aparılır”, – o vurğulayıb.
Read More »Milli Məclis Azərbaycanla Türkiyə arasında qida təhlükəsizliyi sahəsində əməkdaşlıq sazişini təsdiqləyib
Milli Məclis Azərbaycanla Türkiyə arasında qida təhlükəsizliyi sahəsində əməkdaşlıq sazişini təsdiqləyib. Boyukmillet.com xəbər verir ki, “Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında qida təhlükəsizliyi sahəsində əməkdaşlıq haqqında” Sazişin təsdiq edilməsi barədə qanun layihəsi parlamentin bu gün keçirilən iclasında müzakirəyə çıxarılıb. Layihəyə əsasən, Azərbaycanın Qida Təhlükəsizliyi Agentliyi və Türkiyənin Kənd Təsərrüfatı və Meşəçilik Nazirliyi idxal və ixrac zamanı qida məhsullarının …
Read More »Baş Prokurorluq: “Araik Arutyunyanın qısa müddətdə istintaqa təqdim edilməsi təmin ediləcək”
“Özünü qondarma respublikanın rəhbəri kimi təqdim edən Araik Arutyunyanın qısa müddətdə istintaqa təqdim edilməsi təmin olunacaq”. Boyukmillet.com xəbər verir ki, bunu Baş Prokurorluğun İstintaq İdarəsinin rəisi Nemət Əvəzov bildirib. “İstintaq hərəkətləri davam edir. Qısa müddət ərzində əməliyyat və kəşfiyyat qurumları tərəfindən onun məhkəmə baxışına çıxarılması təmin ediləcək”, – o vurğulayıb.
Read More »
Boyukmillet.com Biz yanmasaq vətən yanar