Bazar ertəsi , 6 Aprel 2026

Yearly Archives: 2022

“Qarabağ” ordenli şəhidin zabit əmisi dəfn edilib

“Qarabağ” ordenli şəhidin zabit əmisi dəfn edilib. Boyukmillet.com xəbərverir ki, “12 fevral şərəfli zabit yolu keçən, Vətənə, dövlətə nümunəvi xidmətləri ilə seçilən Azərbaycan Ordusunun hərbi qulluqçularından biri istefada olan polkovnik Xəzər Həmid oğlu Abbasovun doğum günüdür. Yaşasaydı ailəsi və dostları bu gün onun anadan olmasının 54-cü ilini birlikdə qeyd edəcək, xeyirxah insan, səmimi dost, mehriban ailə başçısı, Vətənin sədaqətli zabiti …

Read More »

Bakıda Misir-Azərbaycan Hökumətlərarası Komissiyanın iclası və biznes-forum keçiriləcək

Fevralın 23-25-də Bakıda Misir-Azərbaycan Hökumətlərarası İqtisadi, Texniki və Elmi əməkdaşlıq üzrə Müştərək Komissiyasının beşinci iclası təşkil olunacaq. Bu barədə  Misirin Azərbaycandakı səfirliyindən bildirilib. İclas Misirin beynəlxalq əməkdaşlıq naziri Ranya Al-Maşatın və Azərbaycan tərəfindən rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyevin sədrliyi ilə keçiriləcək. Misirin Azərbaycandakı səfiri Adel İbrahim bildirib ki, idxal, ixrac, turizm, istehsal, inşaat, kənd təsərrüfatı, nəqliyyat, rabitə, informasiya …

Read More »

Azərbaycan neftinin qiyməti 99 dollara çatıb

Dünya bazarında “Azeri Light” markalı Azərbaycan neftinin 1 barelinin qiyməti 0,52 ABŞ dolları, yaxud 0,5 % artaraq 98,75 ABŞ dollarına çatıb. Bu barədə  neft bazarındakı mənbə məlumat verib. Dünən “Brent” markalı neftin bir bareli 94,44 ABŞ dolları olub. Azərbaycanın builki dövlət büdcəsində bir barel neftin orta qiyməti 50 ABŞ dolları götürülüb. Xatırladaq ki, “Azeri Light” neftinin ən aşağı qiyməti 2020-ci il aprelin 21-də (15,81 ABŞ dolları), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 ABŞ …

Read More »

Azərbaycanın işğaldan azad olunmuş ərazilərində vandalizm faktları ilə bağlı “Vandalizm” sənədli filmi çəkiləcək

Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə “Mədəniyyətin və Milli Ənənələrin Təbliği” ictimai birliyi tərəfindən həyata keçirilən “Azərbaycanın işğaldan azad olunmuş ərazilərində vandalizm faktları ilə bağlı “Vandalizm” sənədli filminin çəkilməsi (azərbaycan, rus və ingilis dillərində)” adlı layihə 1 fevral – 1 may 2022-ci il tarixləri əhatə edən 3 (üç) müddətində icra olunacaq. Layihənin ideyası işğaldan azad olunmuş …

Read More »

Beynəlxalq qurumlar buna adekvat münasibət bildirməlidir – QHT sədri

“Hər bir beynəlxalq təşkilatın əsas məqsədi birmənalı olaraq həqiqəti müdafiə etmək olmalıdır. Amma son dövrlər bəzi beynəlxalq təşkilatlar bu prizmadan yanaşma nümayiş etdirmirlər. Mütəmadi olaraq Azərbaycan dövlətinə, Azərbaycan dövlətçilik ənənələrinə qarşı fərdi mövqelərindən çıxış edirlər”. Boyukmillet.com xəbər verir ki, bunu İnformasiya Təşəbbüslərinə Dəstək İctimai Birliyinin sədri Cəsarət Hüseynzadə deyib.Onun sözlərinə görə, bəzi təşkilat təmsilçiləri sosial şəbəkələrdə öz şəxsi profillərində Azərbaycan …

Read More »

Bir ömrün 70-ci işığı

Yasəmən Möhübbətqızı-70 Bu işıq həmişə xalqın önündə olan “Dövlət və qanun” qəzetini də nurlandırıb Nəhəng ağacların rişələri özündən on dəfələrlə uzun məsafəyə – dərinliyə baş vuraraq, yerin üst və şor süxurlarını dəlib keçir, saf-şirin su mənbələrini taparaq onlardan həmişəyaşarlıq şirəsi çəkir. O səbəbdən də belə nəhənglər uzunömürlü, təzə-tər, barlı-bəhrəli olur. Onların əzəməti göz oxşayır, kölgəsindən neçə-neçə insan faydalanır…Haqqında söhbət açdığım …

Read More »

DİN Ağcabədidə qadının qətli ilə bağlı açıqlama yayıb

Daxili İşlər Nazirliyi (DİN) Ağcabədi rayonunda qadının qətli ilə bağlı açıqlama yayıb. DİN-dən  daxil olan açıqlamada deyilir: “2020-ci il fevral ayının 23-də Ağcabədi Rayon Polis Şöbəsinə rayon sakini, 1962-ci il təvəllüdlü Fəxrəndə İbrahimovanın yaşadığı evdə pilləkəndən düşərkən yıxılaraq ölməsi barədə məlumat daxil olub. Rayonun polis və prokurorluq orqanlarının əməkdaşları tərəfindən müvafiq tədbirlər həyata keçirilib. İstintaq-əməliyyat tədbirləri nəticəsində qadının həmin gün …

Read More »

Qarabağda döyüşməmək üçün özlərini şikəst edən ermənilər mühakimə olunacaq

Ermənistanın İstintaq Komitəsinin Baş Hərbi İstintaq İdarəsində orduda özünü şikəst etmə faktı ilə bağlı cinayət işi üzrə ibtidai istintaq başa çatıb. Bu barədə Boyukmillet.com Ermənistanın İstintaq Komitəsinin mətbuat xidmətinə istinadən xəbər verir. Məlumata görə, təhqiqat zamanı məlum olub ki, 2020-ci il sentyabrın 27-də başlayan müharibə zamanı Ermənistanın hərbi qulluqçuları V.K və N.A. döyüşlərdə iştirak etməmək məqsədilə bir-birinin sağlamlığına zərər vurmaqla (özünü şikəst …

Read More »

Bakıdakı “Formula 1” yarışının proqramı açıqlanıb

“Formula 1” üzrə Azərbaycan Qran-prisinin proqramı bəlli olub. Boyukmillet.com Beynəlxalq Avtomobil Federasiyasının (FIA) rəsmi tviter hesabına istinadən xəbər verir ki, yarış iyunun 10-da yerli vaxtla saat 15:00-da birinci sərbəst yürüşlə başlayacaq. Saat 18:00-da isə ikinci test yürüşü gerçəkləşəcək. İyunun 11-də saat 15:00-da üçüncü sərbəst yürüş, saat 18:00-da isə sıralama turu olacaq. Nəhayət, iyunun 12-də əsas yarış saat 15:00-da start götürəcək. Qeyd edək …

Read More »

Bayden: “Amerikalılar və ruslar bir-birinə atəş açsalar, yeni dünya müharibəsi başlayacaq”

ABŞ ordusu heç bir halda Ukraynaya göndərilməyəcək. Boyukmillet.com xəbər verir ki, bunu NBC telekanalına müsahibəsində ABŞ Prezidenti Cozef Bayden deyib. Ağ Ev rəhbəri bildirib ki, Rusiya-ABŞ münaqişəsinin olacağı təqdirdə dünya müharibəsini proqnozlaşdırır. ABŞ liderinin sözlərinə görə, “amerikalılar və ruslar bir-birinə atəş açsalar, onda yeni dünya müharibəsi başlayacaq”. Cozef Bayden həmçinin ABŞ vətəndaşlarını münaqişənin gərginləşməsi ehtimalına görə Ukraynanı tərk etməyə çağırıb.

Read More »