Prezident İlham Əliyevin “Əmək pensiyaçılarının sosial müdafiəsi sahəsində əlavə tədbirlər haqqında” 8 fevral 2022-ci il tarixli Sərəncamı dövlət başçısının pensiyaçılara növbəti qayğısı olmaqla, COVİD-19 pandemiyasının, habelə beynəlxalq bazarlardakı qiymət artımlarının ölkədaxili inflyasiyaya və əmək pensiyaçılarının sosial rifahına mənfi təsirlərinin yumşaldılması məqsədinə xidmət edir. Yeni Sərəncamla 2022-ci il 1 yanvar tarixinədək təyin edilmiş əmək pensiyalarının sığorta hissəsi 2021-ci il üzrə orta …
Read More »Yearly Archives: 2022
Əmək pensiyaçılarına 200 manat məbləğində maddi yardım ödəniləcək
Prezident İlham Əliyev “Əmək pensiyaçılarının sosial müdafiəsi sahəsində əlavə tədbirlər haqqında” Sərəncam imzalayıb. Boyukmillet.com xəbər verir ki, Sərəncama əsasən əmək pensiyaçılarının sosial müdafiəsini gücləndirmək, COVID-19 pandemiyasının, habelə beynəlxalq bazarlardakı proseslərin ölkədaxili qiymətlərə sirayət etməsinin əmək pensiyaçılarının sosial rifahına mənfi təsirlərini yumşaltmaq, həmçinin postmüharibə dövründə xüsusi əhali qruplarına dövlət qayğısını artırmaq məqsədilə 2022-ci il yanvarın 1-nə 2021-ci il üzrə Dövlət Statistika …
Read More »XİN: “Ermənistanın üzərinə götürdüyü öhdəlikləri inkar etməsi mənəvi-etik və beynəlxalq hüquqi çərçivələrdən tamamilə kənara çıxır”
Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin (XİN) Mətbuat xidməti idarəsi Ermənistan tərəfinin üzərinə götürdüyü öhdəliklərdən yayınmaq cəhdi ilə bağlı açıqlama verib. XİN-dən daxil olan açıqlamada deyilir: “Ermənistan Xarici İşlər Nazirliyinin mətbuat katibinin 8 erməni əsilli hərbi qulluqçunun qaytarılması müqabilində birinci Ermənistan-Azərbaycan müharibəsində itkin düşmüş vətəndaşlarımızın və onların basdırıldıqları kütləvi məzarlıqların yerləri barədə məlumatların Azərbaycan tərəfinə verilməsi barədə Ermənistanın öz üzərinə öhdəlik …
Read More »İşğaldan azad edilən ərazilərdə daha 5 modul tipli xəstəxana tikiləcək
İşğaldan azad edilən ərazilərdə 5 modul tipli xəstəxana tikiləcək. Boyukmillet.com xəbər verir ki, bunu İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin Strateji təhlil departamentinin rəhbəri Araz Nəsirov deyib. Onun sözlərinə görə, artıq Şuşada inşası başa çatan modul tipli xəstəxana istifadəyə verilib: “Hazırda Ağdam, Cəbrayıl, Kəlbəcər, Zəngilan və Qubadlıda modul tipli xəstəxanaların tikilməsi ilə bağlı sənədləşdirmə işləri həll edilir. Bu rayonların hər …
Read More »Azərbaycanın Ermənistana qaytardığı hərbçilər istintaqa cəlb olunub
Azərbaycanın humanizm prinsipini rəhbər tutaraq fevralın 8-də Ermənistana qaytardığı 8 hərbçi barədə İrəvanda istintaq araşdırması başlayıb. Boyukmillet.com xəbər verir ki, bu barədə “Joxovurd” qəzeti yazıb. Məlumata görə, hərbçilərin dindirilməsi 7-8 saat çəkib. Onların valideynləri buna etiraz ediblər və İstintaq Komitəsinin pəncərələrini sındırmağa çalışaraq binaya ziyan vurublar. Bildirilib ki, İrəvana qayıdan 8 hərbçidən 6-sı artıq sərbəst buraxılıb. Digər iki nəfərin işi …
Read More »Azərbaycan Türkiyədə keçiriləcək turizm sərgisində iştirak edəcək
Azərbaycan fevarlın 9-12-də Türkiyənin İstanbul şəhərində keçiriləcək “Şərqi Aralıq dənizi Beynəlxalq Turizm və Səyahət Sərgisi”ndə iştirak edəcək. Boyukmillet.com bu barədə türk mətbuatına istinadən xəbər verir. Sərgini Türkiyədə fəaliyyət göstərən “Hyve Group” təşkil edəcək. Sərginin keçirilməsi üçün “Tüyap Sərgi və Konqres Mərkəzi”ndə yer ayrılıb.
Read More »Ata Abdullayevin şikayəti icraata götürülüb
Hədə-qorxu ilə tələb etmədə təqsirləndirilən Ata Abdullayev barəsində olan hökmdən apellyasiya şikayəti icraata götürülüb. Bu barədə onun vəkili Telman Talıbov bildirib. O qeyd edib ki, apellyasiya şikayəti Bakı Apellyasiya Məhkəməsinin hakimi İlqar Murquzovun sədrliyi ilə araşdırılacaq. Vəkil müvəkkilinin barəsində bəraət hökmünün çıxarılmasını istəyir. Məhkəmənin ilkin baxış iclasının vaxtı hələ məlum deyil. Qeyd edək ki, ittihama əsasən, A.Abdullayev müxtəlif şəxslərdən onlar …
Read More »İmişli icra başçısının nümayəndəsinə cinayət işi açılıb
Azərbaycanda vəzifəli şəxslərə cinayət işi açılıb. Bu barədə İmişli Rayon Prokurorluğundan məlumat verilib. Bildirilib ki, İmişli Rayon İcra Hakimiyyəti başçısının Hacırüstəmli kənd icra nümayəndəsinin digər vəzifəli şəxslərlə cinayət əlaqəsinə girərək bir neçə şəxsə COVID-19 əleyhinə vaksinasiya olunmaları ilə bağlı saxta sənədlər vermələri ilə əlaqədar rayon prokurorluğunda araşdırma aparılıb. Araşdırmalarla Hacırüstəmli kənd üzrə icra nümayəndəsi Yavər Şıxalıyevin kənd icra nümayəndəliyinin mühasibi …
Read More »Putin: “Rusiya ilə NATO arasında hərbi münaqişə baş verərsə, qaliblər olmayacaq”
“Moskva NATO-nun şərqə doğru genişlənməsinin qəti əleyhinədir, çünki bu, Rusiya üçün təhlükə yaradır”. Boyukmillet.com xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin fransalı həmkarı Emmanuel Makronla danışıqların yekunlarına dair birgə mətbuat konfransında bildirib. Onun sözlərinə görə, əgər Ukrayna NATO-ya daxil olarsa və Krıma hücum edərsə, o zaman Rusiya ilə alyans arasında münaqişə yaranacaq: “Ukraynanın doktrina sənədlərində Krımın hərbi yolla qaytarılmasının mümkün …
Read More »Fransa lideri Rusiya səfərindən sonra Baydenlə danışa bilər
Amerika administrasiyası Fransa prezidenti Emmanuel Makronun Rusiyaya səfərindən sonra ABŞ prezidenti Co Bayden ilə yeni təmasda olacağına ümid edir. Boyukmillet.com xəbər verir ki, bunu jurnalistlər üçün keçirdiyi növbəti brifinqdə Ağ Evin mətbuat katibi Cen Psaki Makronun Rusiya prezidenti Vladimir Putinlə danışıqlarını şərh edərkən deyib. ABŞ administrasiyası rəhbərinin rəsmi nümayəndəsi, Fransa liderinin Moskvaya səfərindən sonra Vaşinqtonun Bayden və Makron arasında yeni …
Read More »
Boyukmillet.com Biz yanmasaq vətən yanar