Bazar ertəsi , 6 Aprel 2026

Yearly Archives: 2022

Səhiyyə nazirinin yeni müavinləri kimdir?

Səhiyyə nazirinə 3 yeni müavin təyin olunub. Boyukmillet.com xəbər verir ki, bunlar İlqar Əbülfəz oğlu Qasımov, Nadir Azər oğlu Zeynalov və Rasim Miskin oğlu İsmayılovdur. Qeyd edək ki, Qasımov İlqar Əbülfəz oğlu 12.04.1965-ci il tarixdə Bakı şəhərində anadan olub. 1982-ci ildə Bakı şəhəri 134 saylı orta məktəbi bitirib, həmin ildə Azərbaycan Tibb İnstitutunun müalicə-işi fakultəsinə daxil olub, 1988-ci ildə oranı bitirib. 1989-cu il …

Read More »

Aİ Azərbaycanla enerji daşıyıcıları tədarükünün şaxələndirilməsini müzakirə edir

Avropa İttifaq (Aİ) müxtəlif tərəfdaşlarla enerji daşıyıcıları tədarükünün şaxələndirilməsini müzakirə edir. Boyukmillet.com “RİA Novosti”yə istindən xəbər verir ki, bu barədə Avropa Komissiyasının (AK) rəhbəri Ursula fon der Leyen “Handelsblatt” qəzetinə müsahibəsində bildirib. “Ümumilikdə, biz uzun müddətdir etibarlı tərəfdaşlıq etdiyimiz Norveçdən tutmuş hamı ilə müzakirələr aparırıq. Bundan başqa, Qətər, Azərbaycan və Misirlə də müzakirələr aparılır. Təbii ki, ABŞ da mühüm rol oynayır. …

Read More »

ABŞ-dakı Azərbaycan icmasının problemləri müzakirə olunub

Azərbaycanın ABŞ-dakı səfirliyinin təşkilatçılığı ilə Nyu-York şəhəri və ətraf ştatlarda yaşayan Azərbaycan icmasının fəalları ilə görüş keçirilib. Boyukmillet.com xəbər verir ki, Nyu-Yorkda baş tutan görüşdə Azərbaycanın ABŞ-dakı fövqəladə və səlahiyyətli səfiri Xəzər İbrahim və səfirliyin konsulu Ceyhun Novruzov, Azərbaycanın BMT yanında daimi nümayəndəliyinin diplomatları iştirak ediblər. Görüşün keçirildiyi məkanda eyni zamanda səyyar konsulluq xidməti göstərilib, sənəd problemləri olan, pasportların yenilənməsi …

Read More »

Səhiyyə nazirinin 4 müavini işdən çıxarılıb, 3 yeni müavin təyin olunub – SİYAHI

Prezident İlham Əliyevin imzaladığı müvafiq sərəncamlar ilə səhiyyə nazirinin müavinləri vəzifələrindən azad olunublar. Boyukmillet.com xəbər verir ki, sərəncamlarla Nigar Ramiz qızı Əliyeva, Elsevər Məmməd oğlu Ağayev, Rahim Rafail oğlu Əliyev, Viktor Kərimoviç Qasımov işdən çıxarılıblar. Prezidentin digər sərəncamları ilə səhiyyə nazirinə 3 yeni müavin – İlqar Əbülfəz oğlu Qasımov, Nadir Azər oğlu Zeynalov və Rasim Miskin oğlu İsmayılov təyin olunublar.

Read More »

Azərbaycan Mərkəzi Bankının valyuta məzənnələri (04.02.2022)

Azərbaycan Mərkəzi Bankının bu günə olan rəsmi valyuta məzənnələrinə əsasən, ABŞ dollarının məzənnəsi dəyişməyərək 1,7000 manat olub. Boyukmillet.com xəbər verir ki, avronun məzənnəsi 1,5 % artaraq 1,9494 manat, Rusiya rublunun məzənnəsi isə dəyişməyərək 0,0223 manat təşkil edib. ValyutaMəzənnə1 ABŞ dolları1.70001 Avro1,94941 Rusiya rublu0,02231 Avstraliya dolları1,21541 Argentina pesosu0,01611 Belarus rublu0,65591 Braziliya rialı0,32151 BƏƏ dirhəmi0,46281 Cənubi Afrika randı0,1115100 Cənubi Koreya vonu0,14181 Çexiya …

Read More »

Bu gün XXIV Qış Olimpiya Oyunlarının açılış mərasimi keçiriləcək

Bu gün Çinin paytaxtı Pekində XXIV Qış Olimpiya Oyunlarının açılış mərasimi keçiriləcək. Boyukmillet.com-un məlumatına görə, Pekin Milli Stadionunda təşkil olunacaq tədbir Bakı vaxtı ilə saat 16:00-da başlayacaq. Oyunlarda 91 ölkədən ümumilikdə 3 000-dək idmançı qüvvəsini sınayacaq. Yarışda 15 idman növü üzrə 109 dəst medal öz sahibini tapacaq. “Tonq Ksin” (“Hamı bir nəfər kimi birlikdə”) adlanan medalların bir üzündə Çin harmoniya …

Read More »

Nigeriya sahillərində tankerdə partlayış zamanı 10 nəfər həlak olub

Nigeriya sahillərində yükgötürmə qabiliyyəti 2 milyon barel olan tankerdə baş verən partlayışda 10 nəfər həlak olub. Boyukmillet.com “Anadolu”ya istinadən xəbər verir ki, bu barədə yerli mətbuat məlumat yayıb. Məlumata görə, partlayış Niger çayının Eskravos terminalının yaxınlığındakı Ukpokiti neft yatağının ərazisindəki “Trinity Spirit” tankerində baş verib. Ölənlərin hamısı gəminin ekipaj üzvləridir. Partlayışın səbəbləri hələ müəyyən edilməyib. Gəmidə axtarış-xilasetmə əməliyyatı davam edir.

Read More »

ABŞ hərbçilərini Şərqi Avropada yerləşdirməyə başlayıb

ABŞ Ukrayna ətrafındakı vəziyyətə cavab tədbirləri çərçivəsində Avropaya əlavə hərbçilərin daşınmasına başlayıb. Boyukmillet.com bu barədə “RİA Novosti”yə istinadən xəbər verir. Məlumata görə, 2 000 nəfərlik kontingent Şimali Karolinadakı hərbi bazadan “C-17 Globemaster” təyyarəsi ilə uçub. ABŞ ordusunun əsas hissəsinin Polşada, qalan hissəsinin isə müvəqqəti olaraq Almaniyada yerləşdiriləcəyi bildirilir. Bundan əvvəl Pentaqon Amerika qüvvələrinin Avropaya mümkün köçürülməsi halında daha bir neçə min …

Read More »

Azərbaycan, Türkiyə və İsrailin ABŞ-dakı səfirləri görüşüb

Azərbaycan, Türkiyə, Özbəkistan, Qazaxıstan və İsrailin ABŞ-dakı səfirləri arasında görüş olub. Boyukmillet.com xəbər verir ki, bu barədə Azərbaycanın ABŞ-dakı səfiri Xəzər İbrahim tviterdə yazıb. “Səfir Mixael Hersoqu qonaq kimi qəbul etmək mənim üçün şərəfdir. Azərbaycan İsrail dostluğu regionda sülh, sabitlik və inkişaf üçün töhfədir!”, – Azərbaycan səfiri qeyd edib. Həmçinin bu görüş barədə İsrailin Azərbaycandakı səfiri Corc Dik də paylaşım …

Read More »

Türkiyədə şagirdləri daşıyan mikroavtobus qəzaya uğrayıb, yaralananlar var

Türkiyədə şagirdləri daşıyan mikroavtobus qəzaya uğrayıb. Boyukmillet.com xəbər verir ki, hadisə Milasda baş verib. Qəza zamanı mikroavtobusda olan 21 şagirddən 12-si xəsarət alıb. Hadisə yerinə təcili tibbi yardım maşınları cəlb edilib, yaralılardan 11-i Milas Dövlət Xəstəxanasına, 1-i isə özəl tibb müəssisəsinə çatdırılıb. Qəzanın başvermə səbəbləri açıqlanmır.

Read More »