Nyu-Yorkun Bruklin meriyasında (Brooklyn Borough Hall) Zəfər Gününə həsr olunmuş tədbir keçirilib. Boyukmillet.com xəbər verir ki, Amerika-Azərbaycan Qadınlar Assosiasiyasının və Nyu-York Mədəniyyət Mərkəzinin təşəbbüsü və Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə keçirilən tədbirdə Azərbaycanın BMT-dəki daimi nümayəndəsi Yaşar Əliyev, Türkiyənin Nyu-Yorkdakı Baş konsulu Reyhan Özgür, Diasporla İş üzrə Dövlət Komitəsinin ABŞ, Böyük Britaniya və İsrail şöbəsinin rəhbəri Səlhət Abbasova, …
Read More »Yearly Archives: 2022
Ermənistanın kapitulyasiya aktını imzalamasından iki il ötür
Bu gün Ermənistanın İkinci Qarabağ müharibəsində məğlubiyyətini anlayaraq kapitulyasiya aktını imzalamasından iki il ötür. Boyukmillet.com xatırladır ki, işğalçı ölkə tərəfindən məğlubiyyət aktını Ermənistanın Baş naziri Nikol Paşinyan imzalayıb. Belə ki, 2020-ci il sentyabrın 27-də rəşadətli Azərbaycan Ordusu Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında 30 ilə yaxın müddət ərzində Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal altında saxlanılan torpaqların azad olunması …
Read More »Bu gün Mustafa Kamal Atatürkün anım günüdür
Bu gün Türkiyə Cümhuriyyətinin qurucusu və lideri Mustafa Kamal Atatürkün vəfat etməsindən 84 il ötür. 57 illik həyatında millətinin və vətəninin istiqlaliyyəti uğrunda apardığı hər bir mübarizəni zəfərlə taclandıran Atatürkün adı Türkiyə və dünya tarixinə qızıl hərflərlə yazılıb. Atatürk 1881-ci ildə Selanikdə anadan olub. Təhsil aldığı Selanik Hərbi Liseyində riyaziyyat müəllimi olan Mustafa Əfəndi Atatürkü sinifdəki digər Mustafadan fərqləndirmək üçün …
Read More »Şəhid və Qazi adı ilə manipulyasiya edən işbazlar…
Masallıya yeni təyin edilən icra başçısı tikinti normalarına cavab verməyən, yolu zəbt edən bir obyektin sökülməsinə göstəriş verib. Sosial şəbəkələrdə paylaşılan videolardan görünür ki, özünü şəhid atası kimi təqdim edən bir nəfər səlahiyyətli şəxslərin üstünə hücum çəkərək, icra başçısına xitabən bunları deyir: “Sən kimsən ki, burada at oynadırsan? Masallıda bunları edə bilməzsən, burada biz varıq. Mən şəhid atasıyam və s.) …
Read More »Türkiyə lideri: “Putinlə bir-birimizə inanırıq”
“Rusiya Prezidenti Vladimir Putinlə bir-birimizə qarşı inam olmasaydı, “taxıl sazişi” də bərpa olunmazdı”. Boyukmillet.com xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib. O, Rusiya Prezidenti ilə aralarında qarşılıqlı hörmətin olduğunu bildirib: “Ona görə də bu nailiyyət əldə edilir və bu prosesi davam etdiririk”. Ərdoğan Türkiyənin vasitəçiliyinin davam etdiyini vurğulayıb. O, Rusiyanın Xersonla bağlı verdiyi qərarı müsbət addım adlandırıb: “Rusiya …
Read More »Ərdoğan Türkiyə-Ermənistan münasibətlərinin normallaşmasının şərtini açıqlayıb
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ermənistanın Baş naziri Nikol Paşinyanla Çexiyanın paytaxtı Praqa şəhərində keçirdiyi görüşdə erməni hökumət başçısına çatdırdığı mesajı açıqlayıb. Boyukmillet.com xəbər verir ki, dövlət başçısı bu barədə noyabrın 10-da Özbəkistanın Səmərqənd şəhərinə yola düşməmişdən əvvəl keçirdiyi brifinqdə danışıb. “Ermənistanın Baş naziri Nikol Paşinyanla Praqada görüşmüşəm. Ona dedim ki, Azərbaycanla münasibətləri normal saxlasanız, biz də münasibətləri normallaşdırarıq. Amma …
Read More »Ekspert: “İran təkcə daxildə yox, həm də xaricdə vəhşiliklərin törədilməsinə şərait yaradır”
“İran təkcə ölkə daxilində barbarlıq etmir, həm də xaricdə törədilən vəhşiliklərdə iştirak edir və Ukraynaya qarşı istifadə etmək üçün Rusiyaya müxtəlif silahlar verməklə belə hərəkətlərə şərait yaradır”. Boyukmillet.com xəbər verir ki, bunu “Report”a açıqlamasında ABŞ Demokratiyaları Müdafiə Fondunun hökumətlə əlaqələr və strategiya üzrə baş vitse-prezidenti Tobi Derşovits deyib. “Bunun qarşısını almaq bizim kollektiv maraqlarımıza cavab verir. Amma biz buna qorxularımıza …
Read More »Samirə Musayeva: “Qarabağda sahibkarların hamısı vergi təşviqindən yararlanacaq”
“Azərbaycanın işğaldan azad edilmiş ərazilərində uçota alınan real vergi subyektlərinin hamısı vergi təşviqlərindən yararlanacaq”. Boyukmillet.com xəbər verir ki, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin rəis müavini Samirə Musayeva deyib. Onun sözlərinə görə, Qarabağdakı sahibkarlar gələn il yanvarın 1-dən 10 il müddətində hüquqi şəxs olduqda mənfəət vergisi, fiziki …
Read More »Zəfər və Bayraq günləri münasibətilə paytaxt sakinlərinə bayraq paylanılıb
Tariximizin şanlı günlərinə xüsusi önəmlə yanaşan “Nar” və Azərbaycan Könüllü Təşkilatları İttifaqı, Zəfər günü münasibətilə Azərbaycan xalqını təbrik etdi. 8 Noyabr “Zəfər günü” və 9 Noyabr “Bayraq günü” münasibətilə vətəndaşlara şanlı Azərbaycan bayraqları hədiyyə olundu. Təşəbbüs “Nar” və AKTİ-dən 200 könüllünün birgə iştirakı ilə paxtaxtın mərkəzi küçələrində həyata keçirilib. Vətəndaşlarımızın böyük sevinc və qürur hissi ilə qarşıladığı layihədən görüntüləri buradan izləyə bilərsiniz. …
Read More »Prezident İlham Əliyev Avropa Olimpiya Komitələrinin prezidentini qəbul edib
Azərbaycan Prezidenti İlham Əliyev noyabrın 10-da Avropa Olimpiya Komitələrinin prezidenti və Yunanıstan Olimpiya Komitəsinin Prezidenti Spiros Kapralosu qəbul edib. Boyukmillet.com xəbər verir ki, dövlət başçısı ilk növbədə Spiros Kapralosu Avropa Olimpiya Komitələrinin prezidenti vəzifəsinə seçilməsi münasibətilə təbrik edib, fəaliyyətində uğurlar arzulayıb, Azərbaycan Milli Olimpiya Komitəsinin 30 illik yubiley tədbirlərində iştirakına görə minnətdarlığını bildirib. Birinci Avropa Oyunlarını məmnunluqla xatırlayan Prezident İlham Əliyev …
Read More »
Boyukmillet.com Biz yanmasaq vətən yanar