Bakı Dövlət Universitetinin (BDU) müəllimi Nizaməddin Əhmədovun evindən oğurluq edilib. Boyukmillet.com-un əldə etdiyi məlumata görə, hadisə 2021-ci ilin aprel ayında paytaxtın Yasamal rayonu ərazisində qeydə alınıb. Belə ki, naməlum şəxslər N.Əhmədovun evindən 50 min manat pul oğurlayıb. Daha sonra BDU-nun müəllimi hüquq mühafizə orqanlarına müraciət edib. Bakı Şəhər Baş Polis İdarəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli …
Read More »Yearly Archives: 2022
Qarabağ və Şərqi Zəngəzurdakı yol layihələri barədə məlumat açıqlanıb
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında icra olunan yol infrastrukturu layihələrinə dair məlumat açıqlayıb. Boyukmillet.com məlumatı təqdim edir: 1 Əhmədbəyli – Füzuli – Şuşa avtomobil yolu – texniki göstəriciləri: 81.6 km, I texniki dərəcəli, 6-4 hərəkət zolaqlı.– görülmüş işlər: 0-17, 23-45, 51-52, 57-65, 71-72, 74-81-ci km hissələrdə torpaqyatağının tikintisi, 1, 27, 34, 37, 50, 62, …
Read More »Əfqanıstanda “Taliban”ın özbək və puştun dəstələri arasında atışma olub
Əfqanıstanın şimal-qərbində “Taliban” puştun və özbək silahlıları arasında silahlı toqquşma baş verib. Boyukmillet.com “Interfax”a istinadən xəbər verir ki, toqquşma yanvarın 14-də olub. Bildirilib ki, “Taliban” hökumətinin polis qüvvələri tərəfindən özbək dəstələrinin lideri Mahdum Ələm həbs edildikdən sonra atışma başlayıb. Həbs “Taliban” hökuməti müdafiə naziri Molla Fazelin tapşırığı əsasında keçirilib. Həbsin səbəbi bildirilməyib. M.Ələmin minlərlə tərəfdarı həbsə etiraz edib. “Taliban” bu …
Read More »Azərbaycan və Ukrayna prezidentlərinin geniş tərkibdə görüşü başlayıb
Yanvarın 14-də Ukraynada işgüzar səfərdə olan Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Ukrayna Prezidenti Volodimir Zelenskinin geniş tərkibdə görüşü keçirilir. Boyukmillet.com xəbər verir ki, bu barədə Azərbaycan Prezidentinin Mətbuat Xidməti məlumat yayıb.
Read More »Hulusi Akar: “Türkiyə Ordusu Azərbaycanda öz üzərinə götürdüyü vəzifələrin öhdəsindən gəlib”
“Türkiyə Silahlı Qüvvələri başda Azərbaycan və Liviya olmaqla bir çox bölgədə öz üzərinə götürdüyü vəzifələrin öhdəsindən gəldiyini bütün dünyaya göstərdi”. Boyukmillet.com xəbər verir ki, bunu Türkiyənin milli müdafiə naziri Hulusi Akar “Ufuk” təlim gəmisinin silahlanmaya qəbul edilməsi mərasimində söyləyib. “Bir vaxtlar ən yaxın müttəfiqlərimizdən dəstək ala bilmirdik. İndi isə Türkiyə NATO standartlarında silah istehsal edir. Əməliyyatlarda effektivliyi sübut olunan PUA-lar …
Read More »Ukrayna Ali Radasının komitə sədri: Prezident İlham Əliyevin Kiyevə səfərinin böyük siyasi və diplomatik əhəmiyyəti var
Azərbaycan Prezidenti İlham Əliyevin Ukraynaya işgüzar səfərinin böyük siyasi və diplomatik əhəmiyyəti var. Bu səfər dövlətlərimiz arasında strateji əlaqələri yeni səviyyəyə qaldıracaqBu fikri AZƏRTAC-a məxsusi açıqlamasında Avropa Şurası Parlament Assambleyasının vitse-prezidenti, Ukrayna Ali Radasının Xarici siyasət və parlamentlərarası əməkdaşlıq komitəsinin sədri Oleksandr Merejko söyləyib.Oleksandr Merejko bildirib ki, Prezident İlham Əliyevin Ukraynanın çətin dönəmində səfəri yüksək təqdirəlayiqdir.“Azərbaycan Prezidentinin səfəri Ukraynaya güclü …
Read More »Deputat: “Beynəlxalq birlik Azərbaycanın yaratdığı yeni reallıqları qəbul etməkdədir”
“Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmiz sürətli inkişaf dövrünü yaşayır”. Boyukmillet.com xəbər verir ki, bunu APA-ya açıqlamasında Milli Məclisin deputatı Fatma Yıldırım deyib. F. Yıldırım bildirib ki, həyata keçirilən uğurlu siyasət nəticəsində Azərbaycanın dayanıqlı inkişafı təmin edilib: “Dövlətimizin başçısının son illər ərzində apardığı islahatlar ölkənin hərtərəfli inkişafına əhəmiyyətli təkan verib. Prezident İlham Əliyevin yanvarın 12-də yerli televiziya kanallarına müsahibəsi də bir …
Read More »Mədəniyyət Nazirliyi QHT-lərlə əməkdaşlıq proseduru hazırlayır
“Mədəniyyət Nazirliyində layihələrin hazırlanmasında QHT-lərlə əməkdaşlıq proseduru hazırlanır”. Boyukmillet.com xəbər verir ki, bunu mədəniyyət nazirinin birinci müavini Elnur Əliyev jurnalistlərə açıqlamasında deyib. Onun sözlərinə görə, bu gün tətbiq edilən proses və prosedur nazirlikdaxili layihələrə aiddir: “Eyni zamanda bizim paralel olaraq QHT-lərlə əməkdaşlığımız da layihə idarəçiliyi çərçivəsində görülür. Bununla bağlı yaxın zamanlarda prosedur da hazır olacaq. Bu gün biz çalışırıq ki, Mədəniyyət Nazirliyi …
Read More »Azyaşlını döyən tərbiyəçi işdən çıxarılıb – RƏSMİ
İsmayıllı şəhəri 1 saylı körpələr evi-uşaq bağçasında körpəyə qarşı şiddət göstərən tərbiyəçisi Baxışova Zülfiyyə Ədalət qızı işdən çıxarılıb. Bu barədə Təhsil Nazirliyindən məlumat verilib. Bildirilib ki, Z.Baxışova ilə bağlanmış əmək müqaviləsi vəzifə səlahiyyətlərindən sui-istifadə etdiyinə, əmək müqaviləsi üzrə öhdəlikləri yerinə yetirmədiyinə, “Müəllimlərin etik davranış Qaydaları”nın tələblərini pozduğuna və azyaşlı ilə kobud rəftar etdiyinə görə Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən …
Read More »Rayonlarda qar yağıb, bəzi yerlərdə intensiv və güclü olub
Azərbaycanda müşahidə olunan faktiki hava açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, saat 11:00-a əsasən ölkə ərazisində hava şəraiti kəskin dəyişib, yağıntılı olub, əksər rayonlarda qar yağıb, bəzi yerlərdə intensiv və güclü olub. Düşən yağıntının miqdarı Sarıbaşda (Qax) 23 mm (aylıq normanın 51%-i), Qəbələ, Ağdərədə (Ordubad) 13 mm, Kişçayda (Şəki) 11 mm, Naxçıvan, Gədəbəy, Ordubadda 10 mm, Sədərək, Qobustan, Zaqatala, …
Read More »
Boyukmillet.com Biz yanmasaq vətən yanar