Bazar ertəsi , 6 Aprel 2026

Yearly Archives: 2022

Xocavənddə ermənilərin atıb qaçdığı silah-sursat aşkarlanıb

Xocavənd rayonunda silah-sursat aşkarlanıb. Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Bərdə regional qrupundan məlumat verilib. Bildirilib ki işğaldan azad edilən ərazilərdə polis əməkdaşları tərəfindən silah-sursatın aşkar edilməsi istiqamətində profilaktiki tədbirlər davam etdirilir. Xocavənd Rayon Polis Şöbəsinin əməkdaşlarının rayon ərazisində keçirdikləri nəzarət tədbirləri ilə erməni ordusuna məxsus silah-sursat aşkar edilib. Polis əməkdaşları 1 minaatan qurğusu, 2 qumbaraatan, 8 top mərmisi və …

Read More »

Cüdo üzrə Azərbaycan birinciliyinə start verilib

Bakının Hövsan qəsəbəsində yerləşən Fövqəladə Hallar Nazirliyinin (FHN) İdman Sağlamlıq Mərkəzində 18 yaşadək cüdoçular arasında Azərbaycan birinciliyinə start verilib. Boyukmillet.com  xəbər verir ki, Gənclər və İdman Nazirliyi ilə birgə təşkil olunmuş yarışda ölkənin müxtəlif rayon və şəhərlərindən olan klublar, cəmiyyətlər və idman təşkilatlarından 568 (479 oğlan, 89 qız) idmançı mübarizə aparır. 3 gün davam edəcək ölkə birinciliyində qızlar 36 kq, …

Read More »

Türkiyə XİN Azərbaycanla diplomatik münasibətlərin 30-cu ildönümü münasibətilə bəyanat yayıb

“Bu gün dost və qardaş Azərbaycanla diplomatik münasibətlərin yenidən qurulmasının 30-cu ildönümünü qeyd edirik”. Boyukmillet.com xəbər verir ki, bu barədə Türkiyə Xarici İşlər Nazirliyinin bəyanatında qeyd olunub. “Azərbaycanın, Türkiyə Respublikamızın 68-ci ildönümünü qeyd etdiyimiz 29 oktyabr 1991-ci ildə beynəlxalq aləmin bərabər haqlarına sahib bir üzv olduğuna dair iradəsini nümayiş etdirib və həmin gün bizə ikiqat bayram yaşadıb. Beləliklə, Türkiyə çox keçmədən …

Read More »

ASCO gəmilərə xəbərdarlıq edib

Yanvarın 13-ü günün ikinci yarısından başlayan küləkli hava şəraiti ilə əlaqədar “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin (ASCO) Xəzər akvatoriyasında üzən gəmilərinə xəbərdarlıq göndərilib. Bu barədə ASCO-dan məlumat verilib. Mövcud hava şəraitinə görə, gəmilərin təhlükəsiz sığınacaqlara getməsi təmin olub. Yanvarın 15-i səhər saatlarından etibarən gəmilərin müvafiq qaydada yenidən fəaliyyətlərinin davam etdirəcəyi gözlənilir. Xatırladaq ki, bu gün Bakıda və Abşeron yarımadasında havanın …

Read More »

Ceyhun Bayramov Azərbaycan-Türkiyə əlaqələrinin 30 illiyi ilə bağlı paylaşım edib

“Azərbaycanla Türkiyə arasında diplomatik əlaqələrin qurulmasının 30 ili tamam olur”. Boyukmillet.com xəbər verir ki, bu fikir Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovun tviter səhifəsindəki paylaşımında yer alıb. “Müstəqilliyimiz daimi, dostluğumuz sarsılmaz, qardaşlığımız hər zaman möhkəm olsun!”, – paylaşımda qeyd edilib. Nazirin təbriki Azərbaycanın Xalq şairi Bəxtiyar Vahabzadənin bu misraları ilə bitir: “Birdir bizim hər halımız, diləyimiz, amalımız, bayraqlarda hilalımız, Azərbaycan, Türkiyə!”

Read More »

“Qarabağ” və “Neftçi” Türkiyədə ilk oyunlarına çıxır

Bu gün “Qarabağ” və “Neftçi” komandaları Türkiyənin Antalya bölgəsindəki təlim-məşq toplanışında ilk yoxlama oyununu keçirəcəklər. Boyukmillet.com-un məlumatına görə, paytaxt klubu Macarıstan “Kişvarda”sı ilə üz-üzə gələcək. Qarşılaşma Bakı vaxtı ilə saat 17:00-da start götürəcək. “Qarabağ” Rumıniya “Qaz Metan”ı ilə görüşəcək. Matç Bakı vaxtı ilə saat 18:00-da başlayacaq. Premyer Liqanın digər təmsilçisi “Səbail” də ilk yoxlama matçına çıxacaq. “Dənizçilər” Bakıda “Qarabağ”ın əvəzedici …

Read More »

Azərbaycan Mərkəzi Bankının valyuta məzənnələri (14.01.2022)

Azərbaycan Mərkəzi Bankının bu günə olan rəsmi valyuta məzənnələrinə əsasən, ABŞ dollarının məzənnəsi dəyişməyərək 1,7000 manat olub. Boyukmillet.com xəbər verir ki, avronun məzənnəsi 0,28 % artaraq 1,9506 manat, Rusiya rublunun məzənnəsi isə 2,24 % azalaraq 0,0223 manat təşkil edib. ValyutaMəzənnə1 ABŞ dolları1.70001 Avro1,95061 Rusiya rublu0,02231 Avstraliya dolları1,23801 Argentina pesosu0,01641 Belarus rublu0,66311 Braziliya rialı0,30741 BƏƏ dirhəmi0,46281 Cənubi Afrika randı0,1104100 Cənubi Koreya vonu0,14331 Çexiya kronu0,0795100 Çili pesosu0,20781 Çin yuanı0,26741 Danimarka kronu0,26211 Gürcü …

Read More »

Prezident İlham Əliyev Ərdoğana təbrik məktubu göndərib

Prezident İlham Əliyev Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğana məktub göndərib.Boyukmillet.com  xəbər verir ki, məktubda deyilir: “Hörmətli cənab Prezident, Əziz Qardaşım, Sizi və qardaş Türkiyə xalqını Azərbaycan Respublikası və Türkiyə Respublikası arasında diplomatik münasibətlərin qurulmasının 30 illiyi münasibətilə ürəkdən təbrik edir, ən səmimi arzularımı çatdırıram. 14 yanvar 1992-ci ildə qardaş Türkiyə ilə diplomatik əlaqələrin yaradılması Azərbaycan Respublikasının tarixində əlamətdar hadisə …

Read More »

Ermənistanda sabiq nazir, deputatdan ibarət dəstənin 14 milyon dollarlıq rüşvət faktı aşkarlanıb

Ermənistanın sabiq təbiəti mühafizə naziri Aram Arutyunyanın 14 milyon ABŞ dolları məbləğində rüşvət alması ilə bağlı iş üzrə istintaq tamamlanaraq məhkəməyə göndərilib. Sabiq nazir, deputatdan ibarət dəstənin 14 milyon dollarlıq rüşvət alması faktlarla müəyyənləşdirilib. Boyukmillet.com  Ermənistan mətbuatına istinadən xəbər verir ki, bu barədə Korrupsiyaya Qarşı Mübarizə Komitəsinin mətbuat xidməti məlumat yayıb. Cinayətkar şəbəkənin fəaliyyət sxeminə həmçinin keçmiş deputat Aleksan Petrosyan, …

Read More »

Azərbaycanla Türkiyə arasında diplomatik əlaqələrin qurulmasından 30 il ötür

“Əlaqələrimizi strateji səviyyədən müttəfiqliyə daşıyan Prezidentimiz Rəcəb Tayyib Ərdoğan və cənab Prezident İlham Əliyevin Şuşa Bəyannaməsinə atdıqları imzalar olub. Türkiyənin Azərbaycanla diplomatik əlaqələrinin 30-cu ildönümü mübarək, qardaşlığımız əbədi olsun”. Boyukmillet.com xəbər verir ki, bunu Türkiyənin Azərbaycandakı səfiri Cahit Bağçı tviter hesabında yazıb.  Qeyd edək ki, bu gün Azərbaycanla Türkiyə arasında diplomatik münasibətlərin qurulmasının 30-cu ildönümünüdür. Türkiyə 9 noyabr 1991-ci ildə Azərbaycanın müstəqilliyini tanıyan …

Read More »