Cümə axşamı , 2 Aprel 2026

Yearly Archives: 2022

İlham Əliyev çörəyin bahalaşmasına münasibət bildirib

“Çörəyin qiymətinin qalxması qaçılmaz idi. Dünyada taxılın, buğdanın qiyməti kəskin artıb. Bizim əsas təchizatçı Rusiya tərəfidir”. Boyukmillet.com xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev yanvarın 12-də yerli televiziya kanallarına müsahibəsində deyib. “Ona görə ki, ən ucuz buğdanı biz Rusiyadan alırıq. Orada həm qiymətlər, həm də ixrac rüsumları artmışdır və artmaqda davam edir. Təbii ki, biz çörəyin qiymətini süni şəkildə …

Read More »

Dövlət başçısı: “Daim sosial sahəyə xüsusi diqqət göstərilir”

“Bizim siyasətimizin təməlində insan faktoru mərkəzdə olduğu üçün daim sosial sahəyə xüsusi diqqət göstərilir”. Boyukmillet.com xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev yanvarın 12-də yerli televiziya kanallarına müsahibəsində deyib. “Maaşların, pensiyaların, təqaüdlərin qaldırılması, sosial obyektlərin yaradılması, şəhid ailələrinə, keçmiş məcburi köçkünlərə diqqətin göstərilməsi – bütün bu sosial paket imkan verirdi ki, iqtisadi islahatları biz uğurla həyata keçirək. Keçən il …

Read More »

Prezident bir neçə il əvvəl devalvasiyaya gedilməsinin səbəbini açıqlayıb: “10 milyard dollar itirdik”

“Bildiyiniz kimi, bir neçə il bundan əvvəl biz çox ağır bir addımın atılmasına məcbur idik. Manatın qiymətdən düşməsi insanların rifah halına mənfi təsir göstərmişdi”. Boyukmillet.com xəbər verir ki, bu fikirləri Azərbaycan Prezidenti İlham Əliyev yanvarın 12-də yerli televiziya kanallarına müsahibəsində deyib. “Amma o addımı biz mütləq atmalı idik. Çünki əgər biz bu addımı atmasaydıq, biz bütün valyuta ehtiyatlarımızı xərcləyə bilərdik. …

Read More »

Prezident İlham Əliyev: “Qeyri-neft ixracımız 40 faizdən çox artıb”

“Bizim ixracımızla bağlı planlarımız həyata keçirilir. Qeyri-neft ixracımız 40 faizdən çox artıb”. Boyukmillet.com xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev yanvarın 12-də yerli televiziya kanallarına müsahibəsində deyib. “Bu, imkan verir ki, biz valyutanı təkcə neft, qaz hesabına yox, eyni zamanda digər məhsullar hesabına ölkəmizə gətirək. Nəzərə almalıyıq ki, ölkədə əhali artır. Deməli, tələbat artır, daxili istehlak artır. Belə olan …

Read More »

İlham Əliyev: “Sabah Azərbaycanın həyatında çox önəmli hadisə baş verəcək”

“Sabah ölkəmizin həyatında çox önəmli hadisə baş verəcək. Xarici investorların hesabına Azərbaycanda böyük külək elektrik stansiyasının təməli qoyulacaq”. Boyukmillet.com xəbər verir ki, bu fikirləri Azərbaycan Prezidenti İlham Əliyev yanvarın 12-də yerli televiziya kanallarına müsahibəsində deyib. “240 meqavatlıq külək elektrik stansiyasının təməli qoyulur. Vəsaiti investorlar 100 faiz özləri təmin edəcəklər”, – Prezident vurğulayıb.

Read More »

Azərbaycan lideri: “Manata inam böyük dərəcədə artıb”

“Uzun illərdir manatın məzənnəsi sabitdir. Ölkə əhalisi bundan faydalanır. Manata inam böyük dərəcədə artıb”. Boyukmillet.com xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev yanvarın 12-də yerli televiziya kanallarına müsahibəsində deyib. “Manat depozitlərinin həcmi artır. Ümumi depozitlərin balansında artıq üstünlük təşkil edir. İnvestorlar üçün də bunun çox böyük faydası var”, – Prezident vurğulayıb.

Read More »

Dövlət başçısı: “Azərbaycan nadir ölkələrdən biridir ki, xarici ticarət balansının saldosu müsbətdir”

“Azərbaycan unikal, bəlkə də nadir ölkələrdən biridir ki, bizdə xarici ticarət balansının saldosu müsbətdir”. Boyukmillet.com xəbər verir ki, bu fikirləri Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 12-də yerli televiziya kanallarına müsahibəsində deyib. “Çünki dünyanın əksər ölkələrində idxal ixracı üstələyir. Bizdə isə ilin yekunlarına görə ixrac idxalı böyük dərəcədə üstələyib. Müsbət saldo 10 milyard dollardan çoxdur. İqtisadiyyatla məşğul olan hər bir …

Read More »

Azərbaycan Prezidenti: “Valyuta ehtiyatlarının azalmasına imkan verməməliyik”

“Mənim hökumətə ümumi göstərişim ondan ibarət idi ki, biz valyuta ehtiyatlarının azalmasına imkan verməməliyik. Əgər lazım olarsa, xərcləri, xüsusilə investisiya xərclərini bir qədər azaldıb, amma valyuta ehtiyatlarımızı sabit saxlamalıyıq və çalışmalıyıq ki, artıraq”. Boyukmillet.com xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev yanvarın 12-də yerli televiziya kanallarına müsahibəsində deyib. “Çünki, bu, bizə iqtisadi müstəqillik verir. İqtisadi müstəqillik olmadan siyasi müstəqilllikdən …

Read More »

Prezident İlham Əliyev: “İqtisadi artım 5 faizdən çoxdur”

“Bu yaxınlarda artıq ilin yekunları mənə təqdim edildi və nəticələr də gözlənilən kimidir. İqtisadi artım 5 faizdən çoxdur. Çox gözəl göstəricidir. Xüsusilə, müharibədən çıxmış ölkə üçün”. Boyukmillet.com xəbər verir ki, bu fikirləri Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 12-də yerli televiziya kanallarına müsahibəsində deyib. “Ən sevindirici hal odur ki, qeyri-neft iqtisadiyyatımız 7,2 faiz artıb. Bu onu göstərir ki, qeyri-neft sektorunun …

Read More »

İlham Əliyev: “Prezident seçiləndə 41 yaşım vardı, onda beynəlxalq hüquqa inanırdım”

“Biz hər zaman beynəlxalq hüququn aliliyini müdafiə edirdik və ümid edirdik ki, bu, bizim məsələmizin həllinə, bizə köməklik göstərəcək. Amma görürük ki, bu, yoxdur, bu, işləmir. Münaqişələr uzun müddət həll olunmayanda, bu münaqişələrlə məşğul olanlar və ümumiyyətlə, beynəlxalq aləm dediyimiz bir toplum bu münaqişələrdən yorulur. Bu yorğunluq indi digər münaqişələrdə də hiss olunur”. Boyukmillet.com xəbər verir ki, bunu Azərbaycan Prezidenti …

Read More »