Dünya bazarında “Azeri Light” markalı Azərbaycan neftinin 1 barelinin qiyməti 0,36 ABŞ dolları, yaxud 0,42 % azalaraq 85,21 dollara düşüb. Bu barədə neft bazarındakı mənbə məlumat verib. Ötən gün “Brent” markalı neftin bir bareli 81,75 dollar olub. Azərbaycanın builki dövlət büdcəsində bir barel neftin orta qiyməti 50 ABŞ dolları götürülüb. Xatırladaq ki, “Azeri Light” neftinin ən aşağı qiyməti 2020-ci il …
Read More »Yearly Archives: 2022
Gəncədə iki qardaşı bıçaqlayan şəxs məhkəmə zalından azadlığa buraxılıb
Gəncədə iki qardaşı bıçaqlamaqda təqsirləndirilən Nicat Qurbanova hökm oxunub və o, məhkəmə zalından azadlığa buraxılıb. “Report”un əldə etdiyi məlumata görə, bu barədə hökm Gəncə Ağır Cinayətlər Məhkəməsinin hakimi Natiq Əliyevin sədrliyi ilə keçirilən prosesdə elan edilib. Hökmə əsasən, N.Qurbanova şərti cəza verilib. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənək başqa yerə getməmək haqqında iltizam tədbiri ilə …
Read More »Qazaxıstan Milli Təhlükəsizlik Komitəsinin keçmiş sədri saxlanılıb
Qazaxıstan Milli Təhlükəsizlik Komitəsinin keçmiş sədri Kərim Məsimov saxlanılıb. Boyukmillet.com xəbər verir ki, bu barədə ölkənin Milli Təhlükəsizlik Komitəsi məlumat yayıb. Məlumata görə, o, dövlətə xəyanətdə şübhəli bilinir. Bildirilib ki, sabiq sədr müvəqqəti saxlanılma təcridxanasına yerləşdirilib. Onunla yanaşı daha bir neçə nəfər saxlanılıb, lakin həmin şəxslərin adları açıqlanmır. Qeyd edək ki, K.Məsimov yanvarın 5-də vəzifəsindən kənarlaşdırılmışdı.
Read More »Almatı şəhərinin mərkəzində yenidən atışma başlayıb
Qazaxıstanın Almatı şəhərində yenidən atışma başlayıb. Bu barədə Boyukmillet.com RİA “Novosti”yə istinadən xəbər verir. Qeyd olunub ki, atışma şəhərin mərkəzində baş verir. Şəhərin digər hissələrində vəziyyətin nisbətən sakit olduğu deyilir. “Şəhər əhalisi şübhəli insan qruplarını müəyyən etməkdə polisə kömək edir. Cinayətkar dəstələr kiçik meydanlarda, parklarda gizlənirlər. Güclü duman polisin işini çətinləşdirir. Hələlik polis etirazçılar arasında saxlanılanların sayı barədə konkret məlumat …
Read More »Rusiya XİN Blinkenin KTMT ilə bağlı bəyanatına münasibət bildirib
“Bu gün ABŞ-ın dövlət katibi Entoni Blinken Qazaxıstanda baş verən faciəli hadisələrlə bağlı tipik acınacaqlı şəkildə zarafat edib”. Boyukmillet.com xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin “Telegram” kanalında qeyd edilir. Bildirilib ki, Blinken “Qazaxıstan rəhbərliyinin təhlükəsizliyin təmin edilməsində yardım göstərmək çağırışına Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) tamamilə qanuni cavabını” bədniyyətli ifadə ilə müşayiət edib. E. Blinkenin “Əgər sizin …
Read More »ABŞ Rusiya ilə Şərqi Avropada qoşunlarının sayının ikitərəfli azaldılmasını müzakirə etməyə hazırdır
ABŞ-ın Rusiya ilə Avropada təhlükəsizlik məsələlərinə dair müzakirələri qarşılıqlı olmaq şərtilə bölgənin şərqində qüvvələrin və təlimlərin sayının azaldılması məsələlərini də əhatə edə bilər. Boyukmillet.com xəbər verir ki, bu barədə NBC televiziyası ABŞ prezident administrasiyasındakı mənbələrə istinadən məlumat yayıb. Eyni zamanda, mənbələr iddia edirlər ki, Amerikanın nöqteyi-nəzərindən yalnız Rusiya qoşunlarının Ukrayna ilə sərhəddən çıxarılması Vaşinqtonun öz qüvvələrinin sayı məsələsini müzakirə etməyə …
Read More »Tokayev: “Sülhməramlılar vəziyyət sabitləşənə qədər Qazaxıstanda qalacaqlar”
“Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) Qazaxıstana göndərilən sülhməramlıları qüvvələri vəziyyət sabitləşənə qədər qısa müddət ərzində ölkədə qalacaqlar”. Boyukmillet.com xəbər verir ki, bu barədə Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev öz tviter hesabında yazıb. “KTMT-yə üzv ölkələrin çoxmillətli qüvvələrindən ibarət sülhməramlı qoşunları Qazaxıstanda yerləşdirilib, onlar vəziyyət sabitləşənə qədər qısa müddət ərzində ölkədə qalacaqlar ”, – Tokayev əlavə edib. Qeyd edək ki, Qazaxıstanda kütləvi …
Read More »Almaniya, Fransa və Avropa İttifaqı Qazaxıstan vətəndaşlarının hüquqlarını müdafiə etməyə çağırıb
Qazaxıstanda baş verən kütləvi etirazlar fonunda Almaniya hökuməti ölkədəki bütün tərəfləri təmkinli və tədbirli olmağa çağırıb. Boyukmillet.com xəbər verir ki, bunu Almaniya hökumətinin sözçüsünün müavini Kristian Hoffman bəyan edib. Onun sözlərinə görə, rəsmi Berlin mövcud olan zorakılıq hadisələrindən dərin narahatdır: “Biz əminik ki, zorakılıq heç vaxt adekvat cavab ola bilməz. Ona görə də biz bütün tərəfləri gərginliyi azaltmağa və vəziyyəti …
Read More »Saxta polkovnik Türkiyədə bu məmuru da aldadıbmış… — VİDEO
Xəbər verdiyimiz kimi, özünü FHN polkovniki kimi təqdim edərək Türkiyədə Marmaris Bələdiyyəsinin sədri Mehmet Oktayla görüşən Rasim Əhmədli ötən ilin noyabrından beynəlxalq axtarışa verilib. Boyukmillet.com xəbər verir ki, özünü ötən il Türkiyədə baş vermiş yanğınların söndürülməsində böyük şücaət göstərmiş kimi qələmə verən Rasimin qardaş ölkədə daha bir məmuru aldatdığı üzə çıxıb. Belə ki, əvvəllər Cinayət Məcəlləsinin 178 (dələduzluq), 221 (Xuliqanlıq) …
Read More »Keçmiş prokurorun bütün mülklərinin müsadirə edilməsi tələb olundu — Şok siyahı
Azərbaycanın Serbiya, Monteneqro, Bosniya və Herseqovinadakı sabiq fövqəladə və səlahiyyətli səfiri olmuş Eldar Həsənovun cinayət işi üzrə məhkəmə prosesi keçirilib. Boyukmillet.com xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Əfqan Hacıyevin sədrliyi ilə baş tutan prosesdə prokuror çıxış edib. O, Eldar Həsənovun 11 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib. Prokuror qeyd edib ki, Eldar Həsənova məxsus Sabunçu rayonu, Nardaran …
Read More »
Boyukmillet.com Biz yanmasaq vətən yanar