Cümə axşamı , 2 Aprel 2026

Yearly Archives: 2022

Rusiya patriarxı Qazaxıstanı “tarixi rus torpaqları” ADLANDIRDI

Müqəddəs İsa məbədində gecə ibadətindən sonra Moskva və bütün Rusiya patriarxı Kirill Qazaxıstan torpağında sülhün bərqərar olması üçün dua edib. Onun sözlərinə Moskva patriarxatının saytı yer verir. “Biz hamımız bilirik ki, bir vaxtlar vahid və nəhəng ölkəmizin ərazisində bu gün ağır hadisələr baş verməkdədir. İnsanlar ağır vətəndaş qarşıdurması ilə üzləşiblər, qan axıdılır. Və bütün bunlar bizim lap yaxınlığımızda, tarixi Rus …

Read More »

QHT sədri: Dövlət orqanları məsələyə reaksiya verdi

Əsgər Ailələrinə Dəstək ictimai birliyinin sədri, müstəqil jurnalist Mətanət Əsgərqızı Dost Agentliyinə minnətdarlığımı bildiririb. Bu barədə QHT sədri öz səhifəsində paylaşım edib.”Bir paylaşıma rast gəldim, şəhid anası evdə soyuq olduğundan donur. Məsələni ictimailəşdirdim. Şəhidimiz Nicat Fikrət oğlu Salahov ailənin yeganə övladı olub. Anası birinci qrup əlildir. Ona baxan yoxdur. Qəribəsi odur ki, himayəsində yaşlı, əlil olan vətəndaşı müharibəyə aparmamalıdılar. Amma aparıblar. …

Read More »

İlham Əliyevdən Rusiyaya ETİRAZ MƏKTUBU

Rusiya Dövlət Dumasının deputatı Vitali Milonov Azərbaycan ərazilərinə növbəti dəfə qanunsuz səfər edib. Hakim “Vahid Rusiya” partiyasının üzvü Yeni il günlərində Rusiya sülhməramlılarının müvəqqəti nəzarəti altında olan Azərbaycan ərazilərə qeyri-qanuni səfər edərək, orada bir sıra görüşlər keçirib. Onun bu addımı Azərbaycan rəhbərliyinin kəskin etirazına səbəb olub. Belə ki, Azərbaycan Prezidenti İlham Əliyev “Vahid Rusiya” partiyasının sədri Dmitri Medvedevə məktub göndərərək, …

Read More »

Baş Prokurorluq: “Sabiq deputatın Bakıda ağacları kəsdirməsi ilə bağlı araşdırmalara başlanılıb”

Milli Məclisin sabiq deputatı, “Ştutqart” şirkətinin sahibi Nəriman Əliyevin Bakıda ağacları kəsdirməsi faktı ilə bağlı araşdırmalara başlanılıb. Bu barədə “Report”un sorğusuna cavab olaraq Baş Prokurorluğun Mətbuat Xidmətindən bildirilib. Qeyd edilib ki, Bakı şəhəri, Nərimanov rayonu, Ələsgər Qayıbov küçəsi 10C ünvanında ağacların kəsilməsi faktı ilə bağlı Ekologiya və Təbii Sərvətlər Nazirliyindən daxil olan materiallar əsasında Baş Prokurorluğun Cinayət təqibindən kənar icraatlar idarəsində …

Read More »

Sabah Bakıda yağış yağacaq

Bakıda və Abşeron yarımadasında sabah havanın dəyişkən buludlu, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən  verilən məlumata görə, lakin axşam bəzi yerlərdə yağış yağacağı ehtimalı var. Gecə və səhər duman olacaq. Gün ərzində güclü şimal-qərb küləyi əsəcək.Havanın temperaturu gecə 5-7° isti, gündüz 9-11° isti, Bakıda gecə 5-7° isti, gündüz 9-11° isti olacaq. Atmosfer …

Read More »

Aygün Əliyeva: “Xarici donor təşkilat yalnız bu halda Azərbaycanda fəaliyyət göstərə bilər” MÜSAHİBƏ

Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin icraçı direktoru Aygün Əliyeva bu sektordakı son vəziyyət, gözlənilən yeniliklərlə bağlı Musavat.com-a danışıb.  Aygün Əliyeva ilə müsahibəni təqdim edirik:  – Qeyri Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinə icraçı direktor təyin edilməyinizdən artıq 1 aydan çox vaxt ötür. Bu müddətdə nələri müşahidə etdiniz, hansı yeni qərarlar oldu, hansı addımları atdınız? – Agentliyin Aparat strukturu yeni formalaşdığından ilk növbədə …

Read More »

Ötən il dünyada 55 jurnalist öldürülüb

“Ötən il dünyada 55 jurnalist və media işçisi öldürülüb”. Boyukmillet.com xəbər verir ki, bunu UNESKO-nun baş direktoru Odre Azule deyib. O bildirib ki, 2021-ci ildə xeyli sayda jurnalistə həqiqəti üzə çıxarmaq baha başa gəlib: “İndi dünyanın hər zamankından daha çox obyektiv xəbərə ehtiyacı var. Biz bu işi görənlərin qorxmadan işləmələri üçün daha çox çalışmalıyıq. Əvvəlki illərdə olduğu kimi, 2021-ci ildə …

Read More »

Qazaxıstan Prezidenti silahlılara xəbərdarlıq edilmədən atəş açılmasına dair əmr verib

Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev qanunsuz silahlı dəstə üzvlərinə xəbərdarlıq edilmədən atəş açmaq əmri verib. Boyukmillet.com xəbər verir ki, məlumatı “RİA Novosti” yayıb. Bildirilib ki, Kasım-Jomart Tokayev yanvarın 7-də ölkə əhalisinə yenidən müraciət edib. O, müraciətində qanunsuz silahlılara xəbərdarlıq edilmədən atəş açılması haqqında əmr verdiyini də vurğulayıb. Dövlət başçısı həmçinin müraciətində ölkə üzrə elan etdiyi fövqəladə vəziyyət rejimini mərhələ-mərhələ aradan qaldıracağına …

Read More »

Salyanda 15 kq narkotiklə tutulan şəxsə 9 il həbs cəzası verilib

Salyan rayonunda qanunsuz olaraq narkotik vasitələri saxlamaqda təqsirləndirilən Abdulrəhim Axundova hökm oxunub, o, 9 il müddətinə azadlıqdan məhrum edilib. Boyukmillet.com-un xəbərinə görə, bu barədə hökm Lənkəran Ağır Cinayətlər Məhkəməsində çıxarılıb. Həmçinin məhkəmə A.Axundovun 2 500 manat məbləğində cərimələyib. Qeyd edək ki, A.Axundov 2021-ci ilin iyul ayında Salyan Rayon Polis Şöbəsi (RPŞ) əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri zamanı saxlanılıb. Belə ki, ona …

Read More »

Azərbaycanın 36 cüdoçusu Antalyaya yollanır

Azərbaycanın cüdo üzrə kişi və qadınlardan ibarət milli komandaları Türkiyənin Antalya şəhərində beynəlxalq təlim-məşq toplanışında iştirak edəcək. Boyukmillet.com federasiyanın rəsmi saytına istinadən xəbər verir ki, hazırlıq prosesi Avropa Cüdo Birliyinin təşkilatçılığı ilə 9 – 14 yanvarda gerçəkləşəcək. Antalyaya 24 kişi və 12 qadın idmançı yollanacaq. Kişilərdən ibarət yığmaya baş məşqçi Mövlud Mirəliyev, qadın millisinə baş məşqçi Rəşad Məmmədov rəhbərlik edəcək. …

Read More »