Rusiya Avropa İttifaqının (Aİ) növbəti sanksiyalar paketinə cavab olaraq ölkə ərazisinə girişi qadağan edilən Aİ vətəndaşlarının siyahısını genişləndirib. Boyukmillet.com Rusiya KİV-inə istinadən xəbər verir ki, bu barədə ölkənin Xarici İşlər Nazirliyi məlumat yayıb. “Bu qeyri-dost hərəkətlərə cavab olaraq Rusiya tərəfi Avropa institutlarının, Avropa İttifaqına üzv ölkələrin və Brüsselin anti-Rusiya siyasətinə qoşulan bir sıra Avropa dövlətlərinin Rusiya ərazisinə girişi qadağan edilən …
Read More »Monthly Archives: İyul 2025
Tbilisinin mərkəzində ərazi Azərbaycanın istifadəsinə verilib
Gürcüstan Tbilisidə torpaq sahəsini Azərbaycana pulsuz istifadəyə verib, icarə müddəti 49 il təşkil edəcək. Boyukmillet.com-un Gürcüstan KİV-inə istinadən verdiyi məlumata görə, Vaxtanq Qorqasali küçəsindəki sahə hökumətin sərəncamı ilə səfirliyin istifadəsinə verilib. Məlumata görə, müvafiq sənəd iyulun 18-də Baş nazir İrakli Kobaxidze tərəfindən imzalanıb. Əsas kimi Gürcüstanın “Dövlət mülkiyyəti haqqında” Qanununun 36-cı maddəsinin 2-ci bəndi götürülüb. İqtisadiyyat Nazirliyinin tabeliyində olan Dövlət …
Read More »Azərbaycanın icmal büdcəsində 5 milyard manata yaxın profisit yaranıb
Bu ilin yanvar-iyun aylarında Azərbaycanın icmal büdcəsinin gəlirləri 24 milyard 357,9 milyon manat, xərcləri isə 19 milyard 593,7 milyon manat icra olunub. Boyukmillet.com bu barədə Maliyyə Nazirliyinə istinadən xəbər verir. İcmal büdcədə 4 milyard 764,2 milyon manat həcmində profisit yaranıb. İcmal büdcənin tərkib hissəsi olan Dövlət Sosial Müdafiə Fondunun büdcəsinin gəlirləri 3 milyard 962,9 milyon manat (2024-cü ilin eyni dövrü ilə müqayisədə 554,6 milyon manat və ya 16,3 % çox), xərcləri 3743,5 milyon manat …
Read More »Tramp: ABŞ İranın nüvə obyektlərinə yenidən zərbələr endirməyə hazırdır
ABŞ lazım gələrsə İranın nüvə obyektlərinə yenidən zərbələr endirməyə hazırdır. Boyukmillet.com xəbər verir ki, bu sözləri ABŞ Prezidenti Donald Tramp İranın XİN rəhbəri Abbas Araqçının əvvəlki hücumdan sonra ciddi ziyan dəyməsi ilə bağlı açıqlamalarından sonra deyib. “Xarici işlər naziri Abbas Araqçı İranın nüvə obyektləri ilə bağlı: “Zərər çox ağırdır, onlar məhv edilib”. Təbii ki, mən belə dedim və lazım gələrsə, yenə …
Read More »Azərbaycan milli mətbuatının yaranmasından 150 il ötür
Bu gün Azərbaycan milli mətbuatının yaranması günüdür. Boyukmillet.com xatırladır ki, 150 il öncə – 1875-ci il iyulun 22-də dövrünün maarifçilik hərəkatının görkəmli nümayəndələrindən olan Həsən bəy Zərdabinin “Əkinçi” qəzetini nəşrə başlaması ilə Azərbaycan milli mətbuatının əsası qoyulub. “Əkinçi” Azərbaycan dilində əsl milli demokratik və xalq mətbuatının ilk təməl daşını qoyub. Cəmi 56 nömrəsi çıxan qəzet millətin aynası olub, Azərbaycan jurnalistikasının bayraqdarına …
Read More »Zelenski Rusiya ilə qarşıdakı danışıqların gündəliyini açıqlayıb
Rusiya ilə danışıqlar zamanı Ukrayna yeni məhbus mübadiləsinin hazırlanmasını müzakirə etməyi planlaşdırır. Boyukmillet.com-un məlumatına görə, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski özünün teleqram kanalında bildirib. “Görüşün gündəliyi bizə aydındır – məhbusların qaytarılması, Rusiya tərəfindən qaçırılan uşaqların geri qaytarılması və liderlərin görüşünün hazırlanması”, – o yazıb və danışıqlarda daha böyük dinamikaya ehtiyac olduğunu vurğulayıb. Xatırladaq ki, iyulun 19-da Zelenski Ukraynanın müdafiə …
Read More »Masallıda əməliyyat keçirilib, 39 kq narkotik aşkar olunub
Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə davam etdirilir. Bu barədə nazirlikdən məlumat verilib. Bildirilib ki, Masallı rayonunda keçirilən növbəti əməliyyat zamanı 1987-ci il təvəllüdlü Rüstəm Abdullayev saxlanılıb. Ondan 39 kq tərkibinə psixotrop maddələr əlavə edilmiş marixuana aşkarlanıb. R.Abdullayev ifadəsində narkotik vasitələri şəxsiyyəti istintaqla araşdırılan İran vətəndaşı vasitəsilə Masallı rayonu ərazisindən götürdüyünü …
Read More »İranlı deputat: “Qafqaz üçün sabit və təhlükəsiz yol yalnız İran üzərindən keçir”
“Zəngəzur dəhlizi İranın strateji maraqları və rolu nəzərə alınmadan həyata keçirilə bilməz”. Boyukmillet.com xəbər verir ki, İran İslam Şurası Məclisinin Ərdəbildən olan deputatı və İran-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri Südeyif Bədri belə deyib. “Son günlərdə Zəngəzur dəhlizinin icrası ilə bağlı bəzi qeyri-peşəkar və qeyri-real açıqlamaların şahidi oluruq. Bu cür məsələlər heç bir halda icra və əməliyyat mərhələsinə keçə bilməz və …
Read More »ABŞ və Türkiyə PKK ilə əlaqəli SDF qruplaşmasına 30 gün vaxt verib
ABŞ və Türkiyə YPG/PKK ilə əlaqəli Suriya Demokratik Qüvvələrinə (SDF) Suriya hökumətinə qoşulmaq üçün 30 gün vaxt verib. Boyukmillet.com xəbər verir ki, bu barədə “Middle East Eye” mənbələrə istinadən bildirib. Qeyd olunub ki, inteqrasiya olunmayan bölmələr tərk-silah ediləcək, Dəməşq isə tam nəzarəti özündə saxlayacaq. Qruplaşmanın lideri Mazlum Abdi mart ayında Suriyanın keçid dövrü prezidenti Əhməd əş-Şaraa ilə SDF və onların …
Read More »Ukraynanın silah istehsalı 35 dəfə artıb
Ukraynada genişmiqyaslı müharibə başlayandan bəri silah istehsalı 35 dəfə artıb. Ukrayna sürəti azaltmağı planlaşdırmır. Bu barədə ölkənin müdafiə naziri Denis Şmıqal bildirib. “Ukrayna silahlarının istehsalının artırılması əsas müdafiə prioritetlərindən biridir. Biz müharibə başlayandan bəri istehsalı əhəmiyyətli dərəcədə artırmışıq – 35 dəfə. Bizim rəqəmləri daha da artırmaq üçün potensialımız var”, – Şmıqal qeyd edib. Onun sözlərinə görə, hazırda cəbhədə Ukrayna silahlarının payı 40% …
Read More »

Boyukmillet.com Biz yanmasaq vətən yanar
