Bazar , 5 Aprel 2026

Monthly Archives: Avqust 2025

İçərişəhərdə səyahət avtobusları fəaliyyətə başlayıb

“İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu ərazisində yeni nəqliyyat xidməti fəaliyyətə başlayıb. Boyukmillet.com-un məlumatına görə, sakinlər və qonaqlar əsas marşrutlar üzrə rahat, ekoloji təmiz, əlverişli və sürətli hərəkət etmək üçün qolfkar-avtobuslardan istifadə edə bilərlər. Marşrut xətti Qız Qalası qarşısından başlayaraq Qüllə küçəsi, Kiçik Qala, Vəli Məmmədov, Asəf Zeynallı və Böyük Qala küçələrindən keçir, daha sonra yenidən Qız Qalası önündə yerləşən son dayanacaqla …

Read More »

Zelenski: Rusiya ABŞ vasitəsilə Ukrayna ilə ikitərəfli görüş tələb edib

Rusiya ABŞ Prezidenti Donald Tramp vasitəsilə Ukrayna ilə ikitərəfli, sonra isə ABŞ ilə üçtərəfli görüş istəyib. Boyukmillet.com-un məlumatına görə, bunu Ukrayna lideri Volodimir Zelenski Ağ Evdə müzakirələrdən sonra jurnalistlərin suallarını cavablandırarkən deyib. Onun sözlərinə görə, Kiyev növbəti danışıqlar üçün şərt kimi atəşkəsdə israr etməyəcək. “ABŞ Rusiya tərəfi ilə əlaqə saxladı və onlar hansı diplomatik addımların atıla biləcəyini müzakirə etdilər. Rusiya …

Read More »

KİV: Ukrayna Rusiyaya ərazi güzəştlərinə dair heç bir sövdələşməni qəbul etməyəcək

Ukrayna Rusiyaya ərazi güzəştlərini ehtiva edən heç bir sövdələşməni qəbul etməyəcək və tam sülh sazişi üçün ilk addım kimi atəşkəsdə israrlıdır. Boyukmillet.com-un “Financial Times”a istinadən verdiyi xəbərə görə, bu barədə Kiyevin Ağ Evdə keçirilən görüşdə ABŞ Prezidentinə təkliflərinin yer aldığı sənəddə deyilir. Qeyd olunur ki, Ukrayna Rusiya ilə sülh razılaşmasından sonra ABŞ-nin təhlükəsizlik zəmanətini əldə etmək cəhdi ilə Avropa tərəfindən …

Read More »

Fransa bir müddət əvvəl saxlanılmış azərbaycanlı uşaqların Almaniyaya qaytarılmasına razılıq verib

Azərbaycanın Fransadakı səfirliyi ölkə vətəndaşları Məhəmməd Quliyev və Gültac Abdullayevanın üzləşdikləri vəziyyətlə bağlı məlumat yayıb. Boyukmillet.com məlumatı təqdim edir: “Azərbaycan Respublikasının vətəndaşları Məhəmməd Quliyev və Gültac Abdullayevanın 2 övladının qəyyumluğunun valideynlərdən alınması ilə bağlı Almaniya məhkəməsinin qərarına uyğun olaraq, Fransa tərəfi ərazisində müvəqqəti saxladığı azyaşlı uşaqlar Abdullayev Dəniz Məhəmməd oğlunun və Abdullayev Araz Məhəmməd oğlunun Almaniya tərəfinə geri qaytarılmasına razılıq …

Read More »

Məhkəmə Şəhidlər xiyabanında qeyri-etik videolar çəkən əcnəbiləri üç ay müddətinə həbs edib

Şəhidlər xiyabanında qeyri-etik videolar çəkərək həmin videogörüntünü sosial şəbəkələrdə paylaşan üç əcnəbi barəsində həbs qətimkan tədbiri seçilib. Boyukmillet.com-un məlumatına görə, bu barədə qərar Səbail Rayon Məhkəməsində verilib. Qərara əsasən, onların hər biri barəsində üç ay müddətinə həbs qətimkan tədbiri seçilib. Qeyd edək ki, araşdırmalarla həmin şəxslərin avqustun 13-də Bakıya turist kimi beşgünlük gəldikləri, çəkdikləri videonu sosial şəbəkələrdə yaydıqları müəyyənləşdirilib. Faktla …

Read More »

Ermənistan ordusunun Laçına hücumu zamanı zərərçəkmiş: Ailəmizin dörd üzvü top atəşləri nəticəsində həlak oldu

Avqustun 18-də Bakı Hərbi Məhkəməsində keçirilən məhkəmə prosesində zərərçəkmiş şəxslərin hüquqi varisi Çingiz Alməmmədov ifadə verib. Boyukmillet.com xəbər verir ki, o, Laçın rayonundan məcburi köçkün düşdüyünü deyib. Zərərçəkmiş şəxs polis əməkdaşı kimi Laçının müdafiəsində iştirak etdiyini də söyləyib. Laçının işğalı zamanı Ermənistanın Gorus rayonundan açılan top atəşləri nəticəsində atası İdris Alməmmədov, qardaşı Ehtiram Alməmmədov, qardaşının həyat yoldaşı Mahirə Alməmmədova və …

Read More »

Perinatal mərkəzdə baş verən yanğınla bağlı məhkəmədə: Körpələrin sayı çox olduğu üçün otağa girmək mümkün deyildi

Respublika Perinatal Mərkəzində baş verən yanğınla bağlı təqsirləndirilən mərkəzin direktoru vəzifəsində işləmiş Mehriban Abasquliyevanın, sabiq şöbə rəisləri Hamlet Mustafayev və Elnur Əhmədlinin cinayət işləri üzrə məhkəmə prosesi keçirilib. Boyukmillet.com -un məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Leyla Əsgərova-Məmmədovanın sədrliyi ilə keçirilən prosesdə şahidlər ifadə verib. Şahid Fatimə Bağırova deyib ki, hadisə baş verən mərkəzdə tibb bacısı işləyib: “Mən mərkəzdə …

Read More »

Azərbaycanda rüşvətxorluğa qarşı yeni dövlət standartı qəbul edilib

Prezident yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin tabeliyində olan Azərbaycan Standartlaşdırma İnstitutu (AZSTAND) AZS ISO 37001:2021 “Rüşvətxorluğa qarşı idarəetmə sistemləri. Tələblər və istifadəyə dair rəhbəredici göstərişlər” dövlət standartının dövri yoxlamasını aparıb. Boyukmillet.com İnstituta istinadən xəbər verir ki, nəticədə, ISO 37001:2025 beynəlxalq standartı əsasında yeni AZS ISO 37001:2025 “Rüşvətxorluğa qarşı idarəetmə sistemləri. Tələblər və istifadəyə dair rəhbəredici göstərişlər” dövlət standartı …

Read More »

Cəlilabadda elektrik dirəkləri aşıb, 10-a yaxın iribuynuzlu heyvanı cərəyan vuraraq tələf edib

Cəlilabad rayonunda iribuynuzlu heyvanlar elektrik vurması nəticəsində tələf olub. “Report”un Muğan bürosunun məlumatına görə, hadisə rayonun Zərbiəlli kəndində qeydə alınıb. Kənd ərazisində biçilmiş əkin sahəsinin yandırılması səbəbindən yüksək gərginlikli elektrik dirəkləri yanarq aşıb. Həmin vaxt həmin ərazidə otlayan 10-a yaxın iribuynuzlu heyvanı elektrik cərəyanı vuraraq tələf edib. Hadisə ilə bağlı aidiyyəti qurumlara məlumat verildikdən sonra baş vermiş qəzanın nəticələri aradan …

Read More »