Bazar ertəsi , 6 Aprel 2026

Yearly Archives: 2025

Bakıda əyləncə klubunun fəaliyyəti dayandırılıb

Fövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət Yanğın Nəzarəti Xidməti Bakıda əyləncə klubunun fəaliyyətini dayandırıb. Bu barədə FHN-dən məlumat verilib.  Bildirilib ki, Bakı şəhəri, Səbail rayonu, Zeynalabdin Tağıyev küçəsi, ev 2 ünvanında yerləşən “Decapo” əyləncə klubunda keçirilən yoxlama zamanı yanğın təhlükəsizliyi sahəsində çoxsaylı nöqsanların mövcud olduğu, həmin nöqsanların insan həyatı və ya sağlamlığına, ətraf mühitə və dövlətin əmlak maraqlarına birbaşa təhlükə yaratdığı …

Read More »

Sabirabadda evdən içərisində 60 min manata yaxın pul olan seyf oğurlanıb

Sabirabad rayonunun Moranlı kəndi ərazisində yerləşən evlərin birindən pul və qızıl-zinət əşyaları oğurlamaqda şübhəli bilinən Araz Qarayev saxlanılıb. Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şirvan regional qrupundan məlumat verilib.  Bildirilib ki, adı çəkilən şəxs qohumunun evinə qanunsuz daxil olaraq oradan 2500 manat dəyərində qızıl-zinət əşyaları, eləcə də içərisində 39 min 500 manat və 12 min ABŞ dolları olan seyfi oğurlayıb.  …

Read More »

Aİ Çindən gələn 2 500-ə yaxın konteyneri müsadirə edib

Avropa Prokurorluğu Yunanıstanın Pirey limanında Çin malları olan 2,4 mindən çox konteyneri müsadirə edib. Boyukmillet.com xəbər verir ki, bu barədə “Politico” nəşri qurumun məlumatlarına istinadən yazır. Prokurorluğun məlumatına görə, konteynerlər əsasən elektrikli velosipedlər, tekstil və ayaqqabı ilə dolu idi. Aİ-yə malların qanunsuz idxalı sxemi ən azı səkkiz il ərzində fəaliyyət göstərib və birliyin və onun üzvlərinin büdcəsinə təxminən 800 milyon …

Read More »

Özbəkistan Vladivostokda vətəndaşlarının döyülməsi ilə bağlı Rusiya XİN-ə nota göndərib

Rusiyanın Vladivostok şəhərində yerli gənclər Özbəkistan vətəndaşlarını döyüblər. Boyukmillet.com “Kun.uz” portalına istinadən xəbər verir ki, bu barədə sosial şəbəkələrdə yayılan görüntülərə Özbəkistanın müvafiq qurumları tərəfindən reaksiya verilib. Bildirilir ki, rus gənclərin Özbəkistan vətəndaşlarının döyməsi və təhqir etməsi ilə bağlı bu ölkənin Vladivostok şəhərindəki Baş konsulluğu Rusiya Xarici İşlər Nazirliyinin Vladivostokdakı nümayəndəliyinə və Primorsk Vilayət Prokurorluğuna nota göndərib. “Hadisə müəyyən edilən …

Read More »

Rusiyadan Ermənistana qaz tədarükü dayandırılacaq

Rusiya qazının Ermənistana tədarükü 10 gün müddətinə dayandırılacaq. Boyukmillet.com Ermənistan KİV-inə istinadən xəbər verir ki, bu barədə “Qazprom Ermənistan” şirkətinin mətbuat xidmətindən bildirilib. “16 sentyabr saat 09:00-dan 26 sentyabr saat 09:00-dək Rusiya Federasiyasının Stavropol diyarı ərazisində “Şimali Qafqaz- Zaqafqaziya” magistral qaz kəmərində planlı təmir işlərinin aparılması ilə əlaqədar bu kəmərlə Ermənistana təbii qaz təchizatı müvəqqəti olaraq dayandırılacaq”, – məlumatda qeyd …

Read More »

Şuşada külli miqdarda silah-sursat aşkarlanıb – BİRGƏ MƏLUMAT

Şuşa rayonunun Kiçik Qaladərəsi kəndi ərazisində külli miqdarda silah-sursat aşkar edilib. Boyukmillet.com xəbər verir ki, bu barədə Dövlət Təhlükəsizliyi Xidmətinin, Daxili İşlər Nazirliyinin və Azərbaycan Minatəmizləmə Agentliyinin yaydığı birgə məlumatda bildirilib.  Məlumata görə, Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən Daxili İşlər Nazirliyi və Minatəmizləmə Agentliyi ilə birgə Azərbaycan Respublikasının Qarabağ ərazisində qanunsuz odlu silah və partlayıcı maddələrin saxlanıldığı gizli saxlanc yerlərinin axtarışı …

Read More »

“Vüsal 300” kimi tanınan iş adamı həbs edilib

“Vüsal 300” kimi tanınan iş adamı Abbasov Vüsal Şirvan oğlu həbs edilib. Boyukmillet.com xəbər verir ki, Xətai rayon Məhkəməsində hakim Vüqar Nağıyev sədrliyi keçirilən prosesdə Vüsal Abbasov barəsində 3 ay müddətinə həbs qətimkan tədbiri seçilib. Xətai rayon Prokurorluğu tərəfindən Vüsal Abbasova Cinayət Məcəlləsinin 192.3.2-ci (qanunsuz sahibkarlıq, xüsusi külli miqdarda) maddəsi ilə yeni ittiham irəli sürülüb. Bundan qabaq isə V. Abbasov Cinayət …

Read More »

Ermənistanda Ağrıdağ təsvirinin pasport möhürlərindən çıxarılmasının səbəbi açıqlanıb

Ermənistan hökuməti sərhədi keçərkən pasportlara vurulan möhürlərdən Ağrıdağın (ermənilər onu Ararat dağı adlandırırlar – red.) təsvirini qonşu ölkələrə təhlükəli mesajlar göndərməmək üçün çıxarmağa qərar verib. “Report”un Ermənistan KİV-inə istinadən verdiyi məlumata görə, bunu ölkənin hakim “Vətəndaş müqaviləsi” partiyasının katibi Artur Ovannisyan bildirib. O, bu qərarda heç bir qəsdin olmadığını təsdiq edib. Dağın təsvirinin Ermənistanın dövlət gerbindən çıxarılması məsələsinə toxunan A.Ovannisyan …

Read More »

Azərbaycan Bolqarıstan və İraqda kəşfiyyat işlərinin aparılması imkanını öyrənib

Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Bolqarıstan və İraqda axtarış-kəşfiyyat işlərinin aparılması imkanını öyrənib. Boyukmillet.com xəbər verir ki, bu barədə SOCAR-ın 2024-cü il üzrə hesabatında deyilir. “2024-cü ildə Bolqarıstan və İraqda axtarış-kəşfiyyat layihələri qiymətləndirilib və investisiya qərarlarının qəbul edilməsi üçün SOCAR rəhbərliyinə təkliflər verilib”, – hesabatda qeyd olunur. Həmçinin ötən il Azərbaycanın quru sahələrində neft-qaz hövzələrinin perspektivliyinin qiymətləndirilməsi həyata keçirilib. Xüsusilə …

Read More »

Pirəkəşkül və Ağdərədə yararsız döyüş sursatları məhv ediləcək

Pirəkəşkül və Ağdərədə 15-19 sentyabr tarixlərində müddəti başa çatmış və istifadəyə yararsız döyüş sursatları məhv ediləcək. Bu barədə  Müdafiə Nazirliyindən məlumat verilib. Bildirilib ki, istismar müddəti başa çatmış və istifadəyə yararsız olan döyüş sursatlarının təhlükəsizlik qaydalarına riayət olunmaqla Pirəkəşkül qəsəbəsi yaxınlığındakı poliqon və Ağdərə yaxınlığında təlim mərkəzində məhv edilməsi prosesi həyata keçiriləcək: “Partlayış səsləri ilə əlaqədar əhalini təşvişə düşməməyə çağırır …

Read More »