Bazar ertəsi , 6 Aprel 2026

Yearly Archives: 2025

UEFA Çempionlar Liqası: “Qarabağ”ın əsas mərhələdəki rəqibləri bu gün müəyyənləşəcək

Bu gün Monakoda UEFA Çempionlar Liqasının əsas mərhələsinin püşkatma mərasimi keçiriləcək. Boyukmillet.com xəbər verir ki, Bakı vaxtı ilə saat 20:00-da təşkil olunacaq tədbirdə Azərbaycan çempionu “Qarabağ”ın da rəqibləri müəyyənləşəcək. Püşkatmadan öncə əsas mərhələdə iştirak edəcək 36 komanda 4 səbətə bölünüb. Qurban Qurbanovun rəhbərlik etdiyi kollektiv IV səbətdə yer alıb. I səbət PSJ (Fransa), “Real” (İspaniya), “Mançester Siti” (İngiltərə), “Bavariya” (Almaniya), …

Read More »

26 ölkənin lideri Çinə səfər edəcək

İkinci dünya müharibəsində qələbənin 80 illiyi münasibətilə Çində keçiriləcək bayram tədbirlərində dünyanın 26 ölkəsinin liderləri iştirak edəcəklər. “Report” xəbər verir ki, bu barədə “Sinxua” Çin xarici işlər nazirinin köməkçisi Hun Leyə istinadən məlumat yayıb. Qeyd olunur ki, Çin sentyabrın 3-də böyük hərbi parad keçirəcək.

Read More »

Argentinada sakinlər prezidentin olduğu avtomobilə daş və butulka atıblar

Argentina Prezidenti Xavyer Mileyin kortejinə daş və butulka atılıb, nəticədə dövlət başçısı təhlükəsizlik qüvvələri tərəfindən təcili təxliyə edilib. Boyukmillet.com xəbər verir ki, bu barədə TN telekanalı məlumat yayıb. Hadisə Miley üstü açıq limuzinlə Buenos-Ayres əyalətinin Lomas de Zamora şəhərinin küçələri ilə hərəkət edərkən baş verib. Prezident bacısı Karina ilə birlikdə hakim partiyadan parlament deputatlığına namizədin seçki kampaniyası aparmaq üçün oraya …

Read More »

Tələbə axını Bakıda kirayə mənzil bazarını silkələyib – ARAŞDIRMA

Sentyabr ayında ali məktəblərdə tədris ilinin başlanması Bakıya və digər böyük şəhərlərə on minlərlə tələbənin axını ilə müşayiət olunur. Hər il təxminən 60 min abituriyent tələbə adını qazanır ki, onların da əhəmiyyətli hissəsi paytaxta üz tutur. Bu, ilk növbədə, mənzil bazarının kirayə seqmentinə ciddi təsir göstərir: tələb artır, mənzillərin sayı azalır, nəticədə qiymətlər yüksəlir. Əgər əvvəl bu bahalaşma yalnız mövsümi …

Read More »

Azərbaycana qaçaqmalçılıq yolu ilə gətirilən 62 kq narkotik aşkarlanıb

Azərbaycana qaçaqmalçılıq yolu ilə gətirilən 62 kq narkotik aşkarlanıb. Bu barədə Daxili İşlər Nazirliyindən məlumat verilib. Bildirilib ki, Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən narkotik vasitələrin qaçaqmalçılıq yolu ilə ölkə ərazisinə gətirilməsinin qarşısının alınması məqsədi ilə sərhədyanı bölgələrdə əməliyyatlar davam etdirilir. Lənkəran rayonunda keçirilən növbəti əməliyyat zamanı 1978-ci il təvəllüdlü, Lerik rayon sakini Nazim Fərəcov tutulub. Ondan 62 kq tərkibinə …

Read More »

İstanbulda irimiqyaslı əməliyyat – milyonlarla dollarlıq zinət əşyaları və antik əşyalar müsadirə edilib

İstanbul polisi almaz qaçaqmalçılığı ilə bağlı araşdırma zamanı Kapalı Çarşıda təxminən 30 milyon dollar dəyərində zərgərlik məmulatları və antik əşyalar müsadirə edib. Bu barədə Boyukmillet.com “AP News”a istinadən məlumat verib. “Əməliyyat ilkin olaraq Türkiyəyə qiymətli daşların qaçaqmalçılığında şübhəli bilinən 10 nəfərin saxlanılmasından sonra başlanıb”, – məlumatda bildirilib. İstanbul Baş Prokurorluğunun əmri ilə polis XV əsrə aid qapalı bazarda 23 ticarət …

Read More »

Səfirlik: Azərbaycanla ABŞ arasında Vaşinqtonda imzalanan sənəd əməkdaşlığın yeni mərhələsinin başlanğıcıdır

Azərbaycanla ABŞ arasında Vaşinqtonda imzalanan sənəd əməkdaşlığın yeni mərhələsinin başlanğıcıdır. Bu barədə “Report”un sorğusuna cavab olaraq ABŞ-nin Azərbaycandakı səfirliyindən bildirilib. Vurğulanıb ki, ABŞ Prezidenti Donald Tramp avqustun 8-də Azərbaycan və Ermənistan arasında onilliklərdir davam edən münaqişəyə son qoymaq üçün tarixi bir razılaşma üzrə danışıqlar aparıb: “Həmin gün ABŞ və Azərbaycan arasında Strateji Tərəfdaşlıq Xartiyasının hazırlanması məqsədilə Strateji İşçi Qrupunun yaradılmasına dair …

Read More »

Küləki hava avqustun 29-dək davam edəcək

Azərbaycanda müşahidə olunan küləkli havanın avqustun 29-u gündüzədək davam edəcəyi gözlənilir. Bu barədə  Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Bildirilib ki, ölkə ərazisinin əksər rayonlarında hava şəraiti əsasən yağmursuz keçib, lakin gecə Quba və Qusarda qısamüddətli yağış yağıb (1 mm). Bir sıra ərazilərdə şimal-qərb küləyi əsir, küləyin maksimal sürəti Bakıda və Abşeron yarımadasında, eyni zamanda Culfada 21, Neftçalada 20 m/s-dək güclənir.

Read More »

İlham Əliyev: Rusiya ilə münasibətlərin korlanmasına görə məsuliyyət Azərbaycanın üzərinə düşmür

Prezident İlham Əliyev Rusiya ilə münasibətlərin korlanmasına görə məsuliyyətin Azərbaycanın üzərinə düşmədiyini bəyan edib. Boyukmillet.com xəbər verir ki, Azərbaycan Prezidenti İlham Əliyev Səudiyyə Ərəbistanının “Əl-Ərəbiyyə” telekanalına müsahibəsində Rusiyada azərbaycanlılara qarşı əsassız hücumlardan danışarkən qeyd edib ki, Azərbaycan yalnız konstruktiv və hüquqi şəkildə cavab verir, lakin heç vaxt Azərbaycana qarşı təcavüz əlamətlərinə və təzahürlərinə, yaxud hörmətsizliyə dözməyəcək. “Rusiyada azərbaycanlılara qarşı səbəbsiz hücumlar …

Read More »

Prezident: Mülki təyyarəmizin Rusiya tərəfindən vurulması ölkəmizdə çox böyük məyusluq doğurdu

Azərbaycanın mülki təyyarəsinin Rusiya tərəfindən vurulması və Rusiya rəsmilərinin buna reaksiyası ölkəmizdə çox böyük məyusluq və təəssüf doğurdu. Birincisi, ilk növbədə, təyyarəyə atəş açılmamalı idi, çünki Rusiya hava limanlarına dron hücumları baş verəndə onlar xüsusi rejim elan edirlər. Bu rejim “xalça”, rus dilində “kavyor” adlanır. Boyukmillet.com xəbər verir ki, bu fikirləri Azərbaycan Prezidenti İlham Əliyev Səudiyyə Ərəbistanının “Əl-Ərəbiyyə” telekanalına müsahibəsində …

Read More »