Bazar ertəsi , 6 Aprel 2026

Yearly Archives: 2025

İlham Əliyev Ermənistanla sülh sazişinin imzalanmasının şərtini açıqlayıb

Ermənistan konstitusiyasında Azərbaycanın ərazi bütövlüyünü hələ də şübhə altına alan müddəa mövcuddur. Boyukmillet.com xəbər verir ki, bu fikirləri Azərbaycan Prezidenti İlham Əliyev Səudiyyə Ərəbistanının “Əl-Ərəbiyyə” telekanalına müsahibəsində deyib. Dövlət başçısı qeyd edib ki, danışıqlar bir neçə il davam etdi və nəhayət Vaşinqtonda Prezident Trampın və onun komandasının böyük dəstəyi ilə başa çatdı: “Mən hesab edirəm ki, bu, münaqişənin, müharibənin sonudur. …

Read More »

Tramp: ABŞ Kiyevi dəstəkləyən NATO müttəfiqlərinə silah tədarükünü artıracaq

ABŞ administrasiyası hazırda Ukraynaya hərbi yardım göstərən Vaşinqtonun NATO müttəfiqlərinə silah tədarükünü artırmaq niyyətindədir. Boyukmillet.com xəbər verir ki, bu barədə ABŞ administrasiyasının rəhbəri Donald Tramp Ağ Evdə hökumətin iclasında bildirib. “Biz NATO-ya milyonlarla və milyonlarla, nəticədə milyardlarla dollarlıq raket və hərbi texnika satırıq. Bunu davam etdirəcəyik. Biz onlara mümkün qədər çox silah verməyə çalışırıq. Onlar Amerikanın hərbi məhsullarını istəyirlər”, – o …

Read More »

Venesuela ABŞ-nin hərbi gəmilərini Karib dənizində yerləşdirməsi ilə bağlı BMT-yə müraciət edib

Venesuela ABŞ-nin Hərbi Dəniz Qüvvələrinin gəmilərini Karib dənizinə yerləşdirməsi və Latın Amerikasında sülhə təhlükə ilə bağlı BMT-nin baş katibinə müraciət edib. Boyukmillet.com-un xəbərinə görə, bunu Bolivar Respublikasının xarici işlər naziri İvan Gil Pinto BMT-nin Venesueladakı rezident əlaqələndiricisi Canluka Rampolla ilə görüşündən sonra özünün teleqram kanalında bildirib. “Biz BMT-nin baş katibi Antonio Quterreşə sağlam düşüncənin bərpası xahişi ilə müraciət etdik, ABŞ …

Read More »

Qurban Yetirmişli: Ötən gecə baş verən zəlzələyə görə təlaşa düşməyə ehtiyac yoxdur

Hər gün təkanlar olur, ötən gecə baş verən zəlzələyə görə də təlaşa düşməyə ehtiyac yoxdur. Bunu “Report”a açıqlamasında AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin baş direktoru Qurban Yetirmişli deyib. Onun sözlərinə görə, ölkə ərazisində gözlənilən dağıdıcı zəlzələ ehtimalı yoxdur: “Gecə saatlarında Dağıstandakı zəlzələ 5,3 maqnitudada olub, yeraltı təkanın ocağı 66 kilometr dərinlikdə yerləşib. Azərbaycanda da hiss olunub. Zəlzələ dərinlikdə olduğu üçün …

Read More »

Dövlət Vergi Xidməti vətəndaşlara onlardan xəbərsiz sahibkarlıq fəaliyyətinə dair xəbərdarlıq edib

Azərbaycanda çoxsaylı müraciətlərə baxmayaraq, qanunsuz gəlir əldə etmək məqsədilə ayrı-ayrı vətəndaşların etibarından sui-istifadə edərək onların adlarına müxtəlif hüquqi şəxslərin təsis olunması ilə bağlı hallara hələ də rast gəlinir. Boyukmillet.com xəbər verir ki, bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin açıqlamasında bildirilir. Araşdırmalar zamanı müəyyən olunub ki, əksər hallarda vətəndaşlar müxtəlif yollarla aldadılır və etibarnamə alınmaqla, yaxud onlara məxsus elektron …

Read More »

Azərbaycanda kriptovalyuta üzərinə həbs qoyulub

Dövlət Təhlükəsizliyi Xidmətində (DTX) başlanılmış cinayət işi üzrə mütəşəkkil dəstənin törətdiyi cinayətin predmeti olan kriptovalyuta üzərinə həbs qoyulub. Boyukmillet.com xəbər verir ki, bu barədə Səbail Rayon Məhkəməsi qərar qəbul edib. İstintaq materiallarında qeyd edilir ki, Cinayət Məcəlləsinin 99-1-ci maddəsinə əsasən, xüsusi müsadirə cinayət hüquqi tədbiri cinayət törədilərkən istifadə edilən alət və vasitələrin, cinayət yolu ilə əldə edilən əmlakın məcburi və …

Read More »

Rusiyada zəlzələ olub, Azərbaycanda 3-4 bal gücündə hiss edilib

Xəzər dənizi sahillərində 5,7 maqnitudada zəlzələ qeydə alınıb. Boyukmillet.com bu barədə Avropa Aralıq dənizi Seysmoloji Mərkəzinə (EMSC) istinadən xəbər verir. Məlumata görə, yeraltı təkanlar Bakı vaxtı ilə saat 00:33-də Dərbənddən (Rusiya) 50 km şimal-şimal-qərbdə qeydə alınıb. Zəlzələ ocağı 11 km dərinlikdə yerləşib. Tələfat və dağıntılar barədə məlumat daxil olmayıb. AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzindən “Report”a bildirilib ki, Dağıstandakı zəlzələ …

Read More »

Rusiyalı politoloq İlham Əliyevi təriflədiyi üçün “xarici agent” elan edilib

Rusiyalı siyasi şərhçi Sergey Markov öz ölkəsində “xarici agent” elan olunub. Rusiya Ədliyyə Nazirliyinin saytındakı məlumatda bildirilir ki, Markov “xarici agent” və ya “arzuolunmaz” şəxslər və təşkilatlarla bağlı məlumatları hazırlayıb yaydığı, həmçinin xarici media orqanlarına müsahibələr verdiyi üçün bu siyahıya daxil edilib.İndiyə qədər Markov hökumətyönlü mövqeyi ilə tanınıb. O, 2007–2011-ci illərdə Dövlət Dumasının deputatı və Avropa Şurası Parlament Assambleyasının üzvü olub. 2012-ci …

Read More »

Ticarət mərkəzlərində yanğınlar artır, sahibkarlar isə sığortasız qalır

Azərbaycanın ticarət mərkəzlərində baş verən yanğın və digər fövqəladə hallar zamanı icarədarların və obyektlərin sığortasız qalması ilə bağlı mətbuatda dəfələrlə xəbərlər yer alıb. Son olaraq, “Sədərək” ticarət mərkəzində oyuncaq anbarlarında baş verən yanğın iri ticarət mərkəzlərində təhlükəsizlik məsələlərini yenidən gündəmə gətirib. Ümumiyyətlə, “Sədərək” TM-də icarədarlar bundan əvvəl də texniki təhlükəsizlik və sığorta ilə bağlı narazılıqlarını bildiriblər. Son bir ildə adıçəkilən …

Read More »

“Kəndlilər məhsullarını tullantıya atır”

Fermerin zəhməti, qazancı tullantıya gedir. Bu hal Xaçmaz, Quba və Masallı rayonlarında daha geniş yayılıb. Kənd Təsərrüfatı Nazirliyi iddia edir ki, əkin sahələri genişlənir, məhsul istehsalı artır və bolluq yarandıqca təklif tələbi üstələyir. Kənd təsərrüfatı üzrə mütəxəssis Vahid Məhərrəmli isə deyir ki, bu xaotik vəziyyət illərdir baş verir, nazirlik fermerlərə dəstək vermir: “Bu gün ölkədə ən çox məhsul böyük marketlərdə …

Read More »