Bazar ertəsi , 6 Aprel 2026

Yearly Archives: 2025

Tramp Rusiya ilə danışıqlar nəticə verməsə belə, Ukrayna üçün NATO ölkələrinə silah satacaq

ABŞ administrasiyasındakı mənbəyə görə, Vaşinqton Rusiya ilə danışıqlar gözlənilən nəticəni verməsə belə, Ukrayna üçün NATO ölkələrinə silah satışını davam etdirəcək. Boyukmillet.com xəbər verir ki, bu barədə Axios nəşri məlumat yayıb. “Məsələ diplomatik səylərin uğurla nəticələnməsində deyil — Tramp Ukraynaya yardım üçün NATO ölkələrinə silah satmaqda davam edəcək”, — deyə adının açıqlanmasını istəməyən amerikalı rəsmisi bildirib. Onun sözlərinə görə, Trampın bəzi çıxışlarının …

Read More »

Ermənistan Azərbaycanın daha bir nəhəng layihəsinə qoşulmaq istəyir

Ermənistan Qara dənizin dibi ilə çəkiləcək enerji kabeli layihəsində iştirak üçün özünə uyğun format müəyyən edib. Boyukmillet.com xəbər verir ki, layihə Azərbaycanın və Rumıniyanın enerji sistemlərini Gürcüstan ərazisindən keçməklə birləşdirəcək və daha sonra Macarıstana qədər uzanacaq. Bu barədə Ermənistanın Ərazi İdarəetmə Nazirliyinə istinadən yerli KİV məlumat yayıb. Rəsmi qoşulma yalnız Ermənistanın Gürcüstan və layihənin digər iştirakçı ölkələri — Azərbaycan, Rumıniya və …

Read More »

Zelenski üçün FƏLAKƏT: Cəbhədə Rusiya təzyiqi, daxildə narazılıq, xaricdə diplomatik təcrid…

Boyukmillet.com xəbər verir ki, ABŞ-ın nüfuzlu Axios nəşri Ukrayna Prezidenti Volodimir Zelenskinin hazırkı vəziyyətini “əlverişsiz hadisələrin fəlakətli toqquşması” kimi qiymətləndirib. Nəşrin yazdığına görə, Zelenski eyni anda bir neçə ağır təzyiqlə üz-üzə qalıb: Rusiya ordusunun son aylarda cəbhədə əldə etdiyi uğurlar, Ukrayna daxilində artan sosial-siyasi narazılıqlar və qarşıdan gələn ABŞ–Rusiya sammitinin Kiyevi diplomatik küncə sıxma ehtimalı. Time və Reuters isə xəbər …

Read More »

Azərbaycanda xüsusi icra məmurları fəaliyyətə başlayacaqlar

Ölkəmizdə məhkəmə qərarlarının icrasının daha çevik və səmərəli həyata keçirilməsi məqsədilə xüsusi icra məmurları institutu yaradılır. Bununla əlaqədar Prezident İlham Əliyev bu gün “Xüsusi icra məmurları haqqında” Qanunu təsdiq edib. Sözügedən Qanuna əsasən, ölkəmizdə icranın qarışıq modelinə keçid planlaşdırılır. Bu modelə görə məhkəmə və digər orqanların qərarlarının icrasını həm dövlət, həm də xüsusi icra məmurları həyata keçirəcək. Xüsusi icra məmurları …

Read More »

Paşinyan Qırğızıstana getməkdən İMTİNA ETDİ – SƏBƏB

Ermənistanın baş naziri Nikol Paşinyan Avrasiya İqtisadi İttifaqına (Aİİ) üzv ölkələrin Avrasiya Hökumətlərarası Şurasının avqustun 14-15-də Qırğızıstanın Çolpon-Ata şəhərində keçiriləcək iclasında iştirak etməyəcək. Boyukmillet.com xəbər verir ki, bu barədə baş nazirin mətbuat katibi Nazeli Baqdasaryan açıqlama verib. Onun sözlərinə görə, Paşinyanın tədbirə qatılmamasının səbəbi onun avqustun 12-dən 15-dək məzuniyyətdə olmasıdır. İclasda Ermənistanı baş nazirin müavini Mher Qriqoryan təmsil edəcək. Toplantıda Aİİ …

Read More »

Estoniya XİN: Rusiya səfirliyinin əməkdaşı konstitusiya quruluşunu pozmağa görə ölkədən çıxarılır

Estoniyanın Xarici İşlər Nazirliyi (XİN) bu gün Rusiyanın Tallindəki səfirliyinin birinci katibi Dmitri Prilepini “persona non qrata” elan edib və diplomatın ölkəni tərk etməsini tələb edib. Boyukmillet.com xəbər verir ki, bu barədə ERR portalı Estoniya XİN-in məlumatına istinadən bildirib. Qərar rəsmi nota ilə birlikdə Rusiyanın müvəqqəti işlər vəkilinə təqdim edilib. XİN-in məlumatına görə, rusiyalı diplomat birbaşa və fəal şəkildə Estoniyanın …

Read More »

Türkiyə XİN rəhbəri Səudiyyə Ərəbistanı, Qətər, İraq kimi ölkələrə Suriyaya dəstək üçün çağırış edib

Türkiyənin xarici işlər naziri Hakan Fidan Səudiyyə Ərəbistanı, Qətər, İraq kimi ölkələrə Suriyaya dəstək üçün çağırış edib. Boyukmillet.com xəbər verir ki, o, bu barədə suriyalı həmkarı Əsəd Həsən Şeybani ilə birgə mətbuat konfransında danışıb. Türkiyə XİN başçısı vurğulayıb ki, Suriyada xalqın təhlükəsizliyi və azadlığı əsas prioritetdir: “Suriyadakı qardaşlarımızın məhz buna ehtiyacı var və əməkdaşlıq içində olduğumuz ölkələrlə birlikdə buna nail …

Read More »

Azərbaycanda xüsusi icra məmurları fəaliyyət göstərdikləri yer üzrə vergi uçotuna alınacaq

Prezident İlham Əliyev Mülki-Prosessual, Mülki, Vergi, Cinayət-Prosessual, Cəzaların İcrası, Rəqabət Məcəllələrində, həmçinin “Sosial sığorta haqqında”, “Polis haqqında”, “Tibbi sığorta haqqında”, “Notariat haqqında”, “İcra məmurları haqqında”, “İcra haqqında”, “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında”, “İnzibati icraat haqqında”, “Ədliyyə orqanlarında qulluq keçmə haqqında”, “Nağdsız hesablaşmalar haqqında” və “Siyasi partiyalar haqqında” qanunda dəyişiklik edilməsi haqqında qanunu təsdiqləyib. Boyukmillet.com xəbər verir ki, …

Read More »

Fransa kanaklara zorla saziş qəbul etdirməyə çalışır

Yeni Kaledoniyanın müstəqilliyi uğrunda əsas hərəkat olan Kanak və Sosialist Milli Azadlıq Cəbhəsi (Le Front de libération nationale kanak et socialiste, FLNKS) tərəfdarlarını rəsmi Parisin kanak xalqının razılığı olmadan siyasi nizamlamanı zorla qəbul etdirmək cəhdlərinə qarşı dinc səfərbərliyə və müqavimətə çağırıb. Bu barədə Boyukmillet.com Fransanın “Le Monde” nəşrinə istinadən məlumat verir. “Biz fəal qüvvələrimizə öz siyasətini zorla qəbul etdirmək niyyətində olan dövlətə …

Read More »

Qırğızıstan-Özbəkistan sərhədindəki keçid məntəqəsi bağlanıb

Qırğızıstan və Özbəkistan sərhədindəki “Otukçu” keçid məntəqəsi müvəqqəti bağlanıb. Boyukmillet.com xəbər verir ki, bu barədə Özbəkistan KİV-ləri Dövlət Təhlükəsizlik Komitəsinin Sərhəd Xidmətinə istinadən məlumat yayıb. Bununla əlaqədar vətəndaşlar saat 07.00-dan 23.00-dək fəaliyyət göstərən “Apkan” sərhəd məntəqəsinə yönləndiriləcəklər. Keçid məntəqəsi güclü su axınları nəticəsində “Otukçu” və “Tul” keçid məntəqələri arasındakı körpünün dayaqlarının yuyulması ilə əlaqədar olaraq bağlanıb.

Read More »