Bazar ertəsi , 6 Aprel 2026

Yearly Archives: 2025

ABŞ və Avropa İran sazişi üzrə avqustun sonuna qədər vaxt qoyub

ABŞ, Böyük Britaniya, Almaniya və Fransa İranla nüvə sazişinin bağlanması üçün son tarix kimi avqustun sonunu təyin etmək barədə razılığa gəliblər, əks halda Tehran sərt sanksiyalarla üzləşəcək. Boyukmillet.com xəbər verir ki, bu barədə “Axios” portalı üç mənbəyə istinadən məlumat yayıb. Nəşrə görə, ABŞ dövlət katibi Marko Rubio və Fransa, Almaniya və Böyük Britaniyanın xarici işlər nazirləri telefon danışığı zamanı razılıq əldə …

Read More »

KİV: İsrail Suriyanın hərbi obyektlərinə hücumları dayandıracağına söz verib

İsrail ABŞ Prezidenti Donald Tramp administrasiyasının müvafiq tələbindən sonra iyulun 15-də Suriyanın hərbi obyektlərinə hücumları dayandıracağına söz verib. Boyukmillet.com xəbər verir ki, bu barədə “Axios” portalı mənbələrə istinadən yazıb. Məlumata görə, Suriya hökuməti Əs-Suveyda bölgəsinə tankların göndərilməsi barədə İsraili əvvəlcədən xəbərdar edib və bunun bölgədə asayişin bərpası üçün edildiyini vurğulayıb. Xatırladaq ki, iyulun 13-də ölkənin cənubundakı Əs-Suveyda əyalətində toqquşmalar baş …

Read More »

Mahaçqalada rusiyalı MMA döyüşçüsü güllələnib

Rusiyanın Dağıstan respublikasında iki silahlı şəxs rusiyalı MMA döyüşçüsü Timur Xizriyevə sui-qəsd cəhdi edib. Boyukmillet.com bu barədə “Mash” teleqram kanalına istinadən xəbər verir. Atışma Mahaçqalanın Daniyalov küçəsində baş verib. Hücum anı həyət kameralarına düşüb. Kadrlarda iki naməlum maskalı şəxsin arxadan idmançıya tərəf qaçaraq azı beş dəfə atəş açması görünür. Bundan sonra hücum edənlər ağ rəngli “Priora”da qaçıblar. Yaralının vəziyyəti stabildir, həyatı …

Read More »

NATO Baş katibi üç ölkəni Rusiya ilə ticarətə görə sanksiyalarla hədələyib

Braziliya, Çin və Hindistan Rusiya ilə ticarəti dayandırmasalar, ikinci dərəcəli sanksiyalarla üzləşə bilərlər. Boyukmillet.com “Reuters”ə istinadən xəbər verir ki, bu barədə NATO Baş katibi Mark Rutte bildirib. “Mən bu üç ölkəni, xüsusən də əgər siz hazırda Pekində və ya Dehlidə yaşayırsınızsa və ya Braziliya Prezidentisinizsə, buna diqqət yetirməyə çağırıram, çünki bu, sizə çox ağır zərbə vura bilər”, – Rutte deyib. …

Read More »

KİV: Britaniya Əfqanıstanın minlərlə vətəndaşını gizli şəkildə ölkədən çıxarıb

Əfqanıstan minlərlə vətəndaşı gizli hökumət sxemi çərçivəsində Böyük Britaniyaya köçürülüb. Boyukmillet.com xəbər verir ki, bu barədə “Financial Times” (FT) iyulun 15-də məsələ ilə bağlı hər hansı məlumatın dərcini qadağan edən məhkəmə qərarının ləğvindən sonra yazıb. Yenicə ictimaiyyətə açıqlanan sənədlər 2021-ci ilin avqustunda “Taliban” hakimiyyətə gələnə qədər Londonla sıx əməkdaşlıq edən 25 minə yaxın əfqanın şəxsi məlumatlarının 2022-ci ilin fevralında təsadüfən internetə …

Read More »

Bəxtiyar Vahabzadənin 100 illiyinə həsr olunan kitab gürcü dilində nəşr olunub

Bəxtiyar Vahabzadənin 100 illiyinə həsr olunan kitab gürcü dilində nəşr olunub. Boyukmillet.com xəbər verir ki, kitabın müəllifi filologiya üzrə fəlsəfə doktoru Aida Mirzəyevadır. Kitab Azərbaycan və Gürcüstan arasında mədəni əlaqələrin daha da möhkəmləndirilməsi, dahi söz ustadının poeziyasındakı milli ruhun gürcü oxucusuna tanıdılması məqsədilə hazırlanıb. Monoqrafiya Tbilisidə “Universal” nəşriyyatı tərəfindən yayımlanıb və 191 səhifədən ibarətdir. Elmi redaktoru filologiya elmləri doktoru, prof.Almaz …

Read More »

Fransa XİN başçısı 22 rusiyalıya qarşı yeni sanksiyaların təsdiqləndiyini açıqlayıb

Fransanın xarici işlər naziri Jan-Noel Barro Avropa İttifaqı (Aİ) ölkələrinin xarici işlər nazirlərinin Brüssel görüşündə 22 rusiyalıya qarşı sanksiyaların təsdiqləndiyini açıqlayıb. Boyukmillet.com xəbər verir ki, bu barədə o, jurnalistlərə açıqlamasında bildirib. “Bu gün səhər Brüsseldə də altı rusiyalı hakimin və 16 rusiyalı fiziki şəxsin Avropa ərazisinə girişinə qadağa qoyulmasını, eləcə də onların aktivlərinin dondurulmasını təsdiq edirik”, – o deyib. Barro həmçinin …

Read More »

Slovakiya Azərbaycanda fəxri konsulluq açacaq

Slovakiya Azərbaycanda fəxri konsulluq açmağı planlaşdırır. Bu barədə Boyukmillet.com Slovakiya Xarici İşlər Nazirliyinə (XİN) istinadən xəbər verir. “Azərbaycanla əməkdaşlığın genişləndirilməsində əsas prioritetlər: Slovakiya şirkətlərinə fəal dəstək, Azərbaycanda fəxri konsulluğun açılmasına hazırlıq və iki ölkə arasında siyasi dialoqun dərinləşdirilməsidir”, – qurumdan qeyd edilib. Eyni zamanda, bildirilib ki, Slovakiyanın xarici işlər naziri Yuray Blanar bu ölkənin Azərbaycandakı yeni təyin olunmuş səfiri Elçin Qasımovla görüşüb. …

Read More »

İlham Əliyev Ərdoğana başsağlığı verib

Azərbaycan Prezidenti İlham Əliyev türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğana başsağlığı məktubu göndərib. Boyukmillet.com -un məlumatına görə, məktubda deyilir: “Əziz Qardaşım, Doqquz il əvvəl – 15 iyul tarixində Türkiyədə dövlət çevrilişi cəhdinin qarşısının alınması yolunda şəhid olmuş bütün qardaş-bacılarımızın əziz xatirəsini dərin hörmət və ehtiramla yad edir, ailələrinə və bütün xalqınıza dərin hüznlə başsağlığı verirəm. Həmin gecə qardaş Türkiyə müasir tarixinin …

Read More »

Kəlbəcərdə yabanı halda bitən 3 tondan artıq çətənə bitkisi məhv edilib

Kəlbəcərdə yabanı halda bitən 3 tondan artıq çətənə bitkisi məhv edilib. Report-un Qərb bürosunun məlumatına görə, Kəlbəcər rayonunda polis əməkdaşlarının “Xaş-xaş-2025” şərti adlı kompleks əməliyyat-axtarış və profilaktik tədbirlər çərçivəsində yabanı halda bitən narkotik tərkibli bitkilər aşkar edilib. Ümumi çəkisi 3 ton 150 kq olan 3500 ədəd çətənə bitkisi yandırılaraq məhv edilib.

Read More »