Prezident İlham Əliyev Milli Məclisin mayın 23-də qəbul etdiyi Torpaq, Mülki Prosessual, Mülki Məcəllələrində, “Notariat haqqında” və “İcra haqqında” qanunlarda dəyişiklik edilməsi barədə qanunu təsdiqləyib. Boyukmillet.com xəbər verir ki, dəyişikliyə əsasən, Azərbaycanda miras şəriklərinə vərəsəlik şəhadətnaməsi verilməsi zamanı şəhadətnamə almaq üçün müraciət etməmiş şəxslərin də hüquqları təmin ediləcək. Həmçinin miras şərikləri arasında miras paylara sərəncam verilməsini nəzərdə tutan yeni qaydalar …
Read More »Yearly Archives: 2025
Husilər İsraildə hava limanına, dəniz limanlarına və elektrik stansiyasına zərbələr endirib
Yəmənin “Ənsar Allah” üsyançı hərəkatından olan husilər İsrailin paytaxtı Təl-Əvivdəki Ben Qurion hava limanına, Aşdod və Eylatdakı iki dəniz limanına, həmçinin Aşkelondakı elektrik stansiyasına raket və pilotsuz uçuş aparatlarından istifadə etməklə bir sıra zərbələr endiriblər. Boyukmillet.com TASS-a istinadən xəbər verir ki, bu barədə üsyançıların yaratdığı silahlı qüvvələrin nümayəndəsi Yəhya Saria bildirib. Onun sözlərinə görə, hücum İsrail aviasiyasının Yəmənin Hudeydə, Ras …
Read More »Gürcüstan MSK: ATƏT-in qətnaməsindən seçki prosesini gözdən salmaq üçün istifadə olunur
Gürcüstan Mərkəzi Seçki Komissiyası (MSK) bəyan edib ki, bəzi maraqlı tərəflər ATƏT-in qətnaməsindən seçki administrasiyasını gözdən salmaq və ümumilikdə seçki prosesinin legitimliyinə xələl gətirmək məqsədilə istifadə edirlər. “Report”un Gürcüstan bürosu xəbər verir ki, MSK-nın yaydığı açıqlamaya görə, nə ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun (DTİHB) hesabatında, nə də ATƏT-in qətnaməsində seçki saxtakarlığından söhbət getmir. Buna baxmayaraq, bəzi şəxslər media …
Read More »Türkiyənin ana müxalifət partiyasının sədri barəsində araşdırma başlanılıb
Türkiyədə Cümhuriyyət Xalq Partiyasının sədri Özgür Özəl barəsində araşdırmalara başlanılıb. Boyukmillet.com xəbər verir ki, Özgür Özəl Türkiyə Prezidentinə qarşı təhqir və təhdiddə ittiham olunur. Onun barəsində Ankara Baş Prokurorluğu tərəfindən araşdırma başlanılıb, hazırda istintaq aparılır.
Read More »Tayvanda qasırğa nəticəsində onlarla insan xəsarət alıb, minlərlə insan işıqsız qalıb
“Danas” qasırğası Tayvanın cənub-qərbində 28 nəfərin xəsarət almasına səbəb olub. Boyukmillet.com-un xarici mətbuata istinadən məlumatına görə, 2 853 nəfər təhlükəsiz ərazilərə təxliyə edilib. Tayvan Mərkəzi Meteorologiya İdarəsinin məlumatına görə, adada güclü leysan və sürəti 40-50 m/s aralığında dəyişən külək tüğyan edir. Təbii fəlakət nəticəsində 85 113 ev təsərrüfatının elektrik təchizatında fasilələr yaranıb. Hazırda elektrik təchizatı qismən bərpa edilib. Bəzi sahilyanı …
Read More »İraqın şimalında şəhid olan türk hərbçilərinin sayı 8-ə çatıb
İraqın şimalında mağarada əməliyyat-axtarış tədbirləri zamanı metan qazından zəhərlənərək şəhid olan Türkiyə hərbçilərinin sayı 8-ə çatıb. Boyukmillet.com xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi məlumat yayıb. Qeyd edək ki, dünən İraqın şimalında mağarada axtarış tədbirləri zamanı 19 hərbçi zəhərlənib. Azərbaycan müdafiə naziri general-polkovnik Zakir Həsənov Türkiyənin milli müdafiə naziri cənab Yaşar Gülerə başsağlığı verib.
Read More »Baş Prokurorluğun istintaqa çağırdığı İmaməddin Əlimanovun məhkəməsi başlayıb
Dövlət əleyhinə yönələn açıq çağırışlar etməkdə təqdirləndirilən İmaməddin Əlimanovun cinayət işi üzrə məhkəmə prosesi keçirilib. Boyukmillet.com-un məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Hüseyn Hüseynlinin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxs ölkə xaricində yaşadığı üçün məhkəməyə gətirilməsi mümkün olmayıb. Hakim prosesin qapalı keçiriləcəyini bildirib və media nümayəndələri məhkəmə zalından çıxarılıb. Məlumata görə, cinayət işi məhkəmə baxışına verilib və növbəti iclas …
Read More »İsrail Yəməndəki limanları və husilərin ələ keçirdiyi gəmini bombalayıb
İsrail Hərbi Hava Qüvvələri Yəməndə üç limana zərbələr endirib və 2023-cü ildə “Ənsar Allah” hərəkatından olan husilər tərəfindən ələ keçirilmiş “Galaxy Leader” yük gəmisinə hücum edib. Boyukmillet.com-un məlumatına görə, bu barədə İsrail Müdafiə naziri İsrael Katz öz X sosial şəbəkə səhifəsində yazıb. Onun sözlərinə görə, yeni əməliyyat “Qara bayraq” adlandırılıb. Nazir qeyd edib ki, husilərin nəzarətində olan Ras-İsa, Hodeida və …
Read More »Moskva və Sankt-Peterburq arasında hava əlaqəsi iflic olub
Rusiyanın Moskva ilə Sankt-Peterburq şəhərləri arasında hava əlaqəsi iflic olub. Boyukmillet.com xəbər verir ki, bu barədə Rusiya Turoperatorları Assosiasiyası (RTA) məlumat yayıb. “Günortadan sonra yerinə yetirilməli olan 52 reysdən 30-u ləğv edilib, 9-u isə gecikib. Milli aviadaşıyıcı Moskvadan Sankt-Peterburqa sərnişinləri geniş gövdəli təyyarələrlə daşıyacağını vəd edib”, – təşkilatın saytında dərc olunan məlumatda bildirilir. Qeyd olunur ki, iyulun 5-də reyslərin gecikməsi və …
Read More »Bakıda və rayonlarda yağış yağacaq, yüksək dağlıq ərazilərə dolu düşəcək
İyulun 7-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin 6-dan 7-nə keçən gecə və səhər bəzi yerlərdə qısamüddətli yağış yağacağı ehtimalı var. Bu barədə Milli Hidrometeorologiya Xidmətindən bildirilib. Mülayim şimal-qərb küləyi gündüz şimal-şərq küləyi ilə əvəz olunacaq.Havanın temperaturu gecə 19-23° isti, gündüz 27-31° isti olacaq. Atmosfer təzyiqi 759 mm civə sütunu olacaq. Nisbi rütubət gecə 60-70 …
Read More »
Boyukmillet.com Biz yanmasaq vətən yanar