Bazar , 5 Aprel 2026

Yearly Archives: 2025

Ali Məhkəmə Vüqar Səfərlinin cinayət işi üzrə qərar verib

Ali Məhkəmə ləğv edilmiş Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun (KİVDF) həbsdə olan sabiq vəzifəli şəxslərinin cinayət işləri üzrə qərar verib. Boyukmillet.com-un məlumatına görə, hakim Vidadi Cəfərovun sədrliyi ilə keçirilən prosesdə ləğv olunmuş KİVDF-nin sabiq icraçı direktoru Vüqar Səfərlinin müsadirə olunmuş əmlakları ilə bağlı verilmiş kassasiya şikayəti təmin edilməyib, apellyasiya məhkəməsinin qərarı qüvvədə saxlanılıb. Təqsirləndirilən Telman Tahirov barəsində verilmiş …

Read More »

Rusiyada Azərbaycanın xəbər saytlarına giriş məhdudlaşdırılıb

Məhdudiyyətlər əsasən mobil provayderlərdə tətbiq olunur Bir həftədən çoxdur Rusiyada mobil internet provayderləri üzərindən “az” domeni ilə qeydiyyatdan keçmiş Azərbaycan saytlarına giriş məhdudlaşdırılıb. APA-nın məlumatına görə, bu məhdudiyyət əsasən mobil şəbəkələrdə müşahidə olunur və istifadəçilər Azərbaycan domenli saytlara daxil olmaqda çətinlik çəkirlər. Məhdudiyyətlər tam şəkildə bütün Rusiya ərazisində deyil, əsasən mobil provayderlərdə tətbiq olunur. “WiFi” şəbəkəsinə qoşulan cihazlarda problemin olmadığı bildirilir. Rusiya …

Read More »

Əsir götürüldükdən sonra Ermənistana aparılmış şəxs: Məhz azərbaycanlı olduğuma görə işgəncələrə məruz qalırdım

İyulun 3-də Bakı Hərbi Məhkəməsində davam etdirilən məhkəmə prosesində Azərbaycanın vaxtilə Ermənistan silahlı qüvvələrinin işğalı altında olan ərazilərində əsir və girov götürülmüş şəxslər ifadə veriblər. Boyukmillet.com xəbər verir ki, zərərçəkmiş şəxs Elnur Mehdiyev ifadəsində Goranboy rayonunda yerləşən taborda əsgər kimi hərbi xidmət edən zaman yolu azması nəticəsində 2000-ci il fevralın 1-də erməni hərbçiləri tərəfindən əsir götürüldüyünü bildirib. O, Ermənistan silahlı …

Read More »

Prezident İlham Əliyev Əhmədbəyli-Füzuli-Şuşa yolunun açılışında iştirak edib

Prezident İlham Əliyev iyulun 3-də Əhmədbəyli-Füzuli-Şuşa yolunun açılışında iştirak edib. Boyukmillet.com xəbər verir ki, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İdarə Heyətinin sədri Saleh Məmmədov dövlət başçısına görülmüş işlər barədə məlumat verib. Bildirilib ki, mövcud yolun uzunluğu 101 kilometr, yeni yolun uzunluğu isə 81,7 kilometrdir. Yeni yol məsafəni 19,3 kilometr qısaldacaq. Birinci texniki dərəcəyə uyğun olan yolun ilk 48 kilometri 6, …

Read More »

İran Avropa ilə danışıqları mənasız hesab edib

İran Avropa ölkələri ilə danışıqları mənasız hesab edir. Boyukmillet.com TASS-a istinadən xəbər verir ki, bu barədə İslam Respublikasının xarici işlər naziri Abbas Əraqçi bildirib. “Əgər Birgə Hərtərəfli Fəaliyyət Planı üzrə komissiyanın koordinatoru (Aİ diplomatiyasının rəhbəri Kaya Kallas nəzərdə tutulur) gələcəkdəki hər hansı danışıqların məqsədinin “İranın nüvə proqramının dayandırılması” olduğuna əmindirsə, o zaman Avropa İttifaqı və Böyük Britaniyanın gələcək danışıqlarda iştirakı bütün …

Read More »

Yekaterinburqda həbs edilən Ayaz Səfərov və Şahin Lalayev apellyasiya şikayəti veriblər

Yekaterinburqda keçmiş illərdə qətl törəkməkdə ittiham olunan Ayaz Səfərov və Şahin Lalayev qərara etiraz ediblər. Boyukmillet.com xəbər verir ki, bu barədə TASS-a Sverdlovsk vilayəti məhkəmələrinin birləşmiş mətbuat xidməti məlumat verib. Əvvəllər Yekaterinburqun Lenin rayon məhkəməsi 8 azərbaycanlını – Ayaz, Akif, Məzahir, Kamal və Bakir Səfərovları, Əhliman Gənciyevi, Şahin Lalayevi və Əziz Abasovu həbs edib. Akif Səfərov da daha əvvəl həbs …

Read More »

Rusiyanın Yekaterinburq şəhərində Azərbaycanın daha bir vətəndaşı həbs edilib

Rusiyanın Yekaterinburq şəhərinin Lenin Rayon Məhkəməsi Azərbaycan vətəndaşı Əziz Abasov barəsində həbs qətimkan tədbiri seçib. “Report”un Rusiya mətbuatına istinadən verdiyi məlumata görə, bu barədə məhkəmənin mətbuat xidməti məlumat yayıb. Məlumata görə, 2025-ci il iyulun 19-dək həbs qətimkan tədbiri seçilib. Xatırladaq ki, iyunun 27-də səhər saatlarında Rusiya Federal Təhlükəsizlik Xidməti Yekaterinburqda azərbaycanlıların evlərinə basqın edib. Basqın zamanı iki nəfər öldürülüb, bir …

Read More »

Rəsmi Bakı Rusiyanı vəziyyəti süni şəkildə daha da gərginləşdirən addımlardan çəkinməyə çağırıb

Azərbaycan Xarici İşlər Nazirliyi Rusiya tərəfini vəziyyəti süni şəkildə daha da gərginləşdirən addımlardan və bəyanatlardan çəkinməyə çağırıb. Boyukmillet.com xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin rəisi Ayxan Hacızadə Rusiya Federasiyası Xarici İşlər Nazirliyinin mətbuat katibinin və Rusiyanın ölkəmizdəki Səfirliyinin 2 iyul tarixli bəyanatlarında guya Azərbaycanda səfərdə olan Rusiya vətəndaşlarına və onların ailə üzvlərinə qarşı hüquq-mühafizə orqanları …

Read More »

Bakıda qəzalı və istismar müddəti bitən yaşayış binaları ilə bağlı xüsusi Komissiya yaradılıb

Bakı Şəhər İcra Hakimiyyətində Prezident İlham Əliyevin tapşırıq və göstərişlərindən irəli gələn məsələlərlə bağlı müşavirə keçirilib. Boyukmillet.com xəbər verir ki, müşavirədə bir sıra məsələlər müzakirə olunub, o cümlədən son vaxtlarda paytaxtda aparılan geniş miqyaslı abadlıq işlərindən söz açılıb. Müşavirə zamanı paytaxtda şəhərin estetik görkəminə xələl gətirən, qəzalı vəziyyətdə olan və istismar müddətini bitirmiş yaşayış binaları ilə bağlı xüsusi Komissiya yaradılması qərara …

Read More »

Özbəkistan Prezidenti Azərbaycana dövlət səfərinə gəlib

Özbəkistan Prezidenti Şavkat Mirziyoyev iyulun 2-də Azərbaycana dövlət səfərinə gəlib. Boyukmillet.com xəbər verir ki, hər iki ölkənin Dövlət bayraqlarının dalğalandığı Heydər Əliyev Beynəlxalq Aeroportunda ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülüb. Özbəkistan Prezidenti Şavkat Mirziyoyevi Azərbaycan Baş nazirinin birinci müavini Yaqub Eyyubov, xarici işlər nazirinin müavini Samir Şərifov və digər rəsmi şəxslər qarşılayıb.

Read More »