Külli miqdarda narkotik vasitənin ölkə ərazisinə keçirilməsinin qarşısı alınıb. Boyukmillet.com xəbər verir ki, bu barədə Dövlət Sərhəd Xidməti (DSX) məlumat yayıb. Məlumata əsasən, DSX-nin Sərhəd Qoşunları Komandanlığının “Horadiz” sərhəd dəstəsinin xidməti ərazisində İrandan Azərbaycan istiqamətinə dövlət sərhədinin pozulması halının qarşısı alınıb. Keçirilmiş sərhəd axtarışı və əməliyyat tədbirləri nəticəsində xidməti ərazidən ümumi çəkisi 10 kiloqram 700 qram narkotik vasitə marixuana aşkar …
Read More »Yearly Archives: 2025
Mediada saxta məlumatların dərc edilməsinə yol verilməməsinə dair yeni normalar müəyyənləşir
Azərbaycan mediasında saxta məlumatların dərc edilməsinə yol verilməməsinə dair yeni normalar müəyyənləşir. Boyukmillet.com xəbər verir ki, bu, Milli Məclisin İnsan hüquqları komitəsinin ötən gün keçirilən iclasında birinci oxunuş üçün müzakirəyə çıxarılan “Media haqqında” qanuna təklif olunan dəyişiklikdə öz əksini tapıb. Məlumat verilib ki, qanunda ilk dəfə olaraq kütləvi informasiya istehsalı ilə məşğul olan ənənəvi media resurslarına münasibətdə “media subyekti” anlayışı …
Read More »Azərbaycan günahkarların məhkəmə qarşısına çıxarılması üçün bütün hüquqi mexanizmlərdən istifadə edəcək – RƏSMİ
Azərbaycan günahkarların məhkəmə qarşısına çıxarılması üçün bütün hüquqi mexanizmlərdən istifadə edəcək. Boyukmillet.com xəbər verir ki, bunu Baş Prokurorluğun İstintaq idarəsinin rəisi Nemət Əvəzov iyulun 2-də Baş Prokururluqda Rusiyada qətlə yetirilən azərbaycanlılarla bağlı cinayət işinin açılmasına dair keçirilən mətbuat konfransında deyib. İdarə rəisi Azərbaycan vətəndaşlarının hüquqlarının qorunmasının Konstitusiyaya əsaslandığını xatırladıb: “Bu hüquqların təmin edilməsi dövlətin ali məqsədidir və Azərbaycan prokurorluğu da …
Read More »Baş Prokurorluğun idarə rəisi: Ziyəddin Səfərov hadisə günü Rusiya hüquq-mühafizə orqanlarının avtomobilində ölüb
Ziyəddin Səfərov hadisə günü səhər saatlarında Rusiya hüquq-mühafizə orqanlarının avtomobilində ölüb. Boyukmillet.com xəbər verir ki, bu barədə Baş Prokurorluğun İstintaq idarəsinin rəisi Nemət Əvəzov iyulun 2-də Baş Prokururluqda Rusiyada qətlə yetirilən azərbaycanlılarla bağlı cinayət işinin açılmasına dair keçirilən mətbuat konfransında məlumat verib. Onun sözlərinə görə, iyunun 27-də Azərbaycan vətəndaşlarını Rusiyanın hüquq-mühafizə orqanlarının qətlə yetirməsi faktı ilə bağlı araşadırma başlanılıb: “İlkin …
Read More »Volodimir Zelenski Yekaterinburqda azərbaycanlıların həlak olması ilə bağlı Prezident İlham Əliyevə başsağlığı verib
İyulun 1-də Ukrayna Prezidenti Volodimir Zelenski Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə zəng edib. Boyukmillet.com xəbər verir ki, Volodimir Zelenski Rusiyanın Yekaterinburq şəhərində azərbaycanlılara qarşı hücumlarda həmvətənlilərimizin qətlə yetirilməsi ilə bağlı Ukrayna ictimaiyyətinin başsağlığını çatdırıb. Dövlət başçısı başsağlığına görə minnətdarlığını bildirib. Prezident Volodimir Zelenski, həmçinin Ukrayna vətəndaşlarının İrandan təxliyəsi məsələsində Azərbaycanın dəstəyinə görə dövlət başçısına təşəkkür edib. Telefon söhbəti əsnasında ölkələr …
Read More »“Yada düşdü” jurnalına Aydın Quliyevin YUBİLEY MÜSAHİBƏSİ…
1960-cı il 18 iyulda Naxçıvan MR Babək rayonun Cəhri kəndində anadan olub. 1983-cü ildə Bakı Dövlət Universitetinin tarix fakültəsini fərqlənmə diplomu ilə bitirib.1984-1989-cu illərdə Azərbaycan Dövlət Elm və Texnika Komitəsi yanında Elmi-Texniki İnformasiya və Texniki-İqtisadi Tədqiqatlar İnstitutunun Naxçıvan Elmi-Texniki İnformasiya Mərkəzində baş elmi redaktor işləyib. Azərbaycan Milli Azadlıq hərəkatının Naxçıvan MR-də ilk fəallarından olub. Naxçıvanın erməni təcavüzkarlarından könüllü müdafiə dəstələrinin …
Read More »DİN Bakıda narkotik tranziti və onlayn dələduzluqda şübhəli bilinən Rusiya vətəndaşlarından ibarət iki dəstəni saxlayıb – VİDEO
Daxili İşlər Nazirliyi (DİN) Bakıda İrandan narkotik vasitələrin tranzitində, onlayn dövriyyəsində və kiberdələduzluq cinayətlərində şübhəli bilinən iki mütəşəkkil cinayətkar dəstəni saxlayıb. Boyukmillet.com-un əldə etdiyi məlumata görə, onlar Rusiya vətəndaşlarıdır. Həmin şəxslərin qanunsuz əməlləri ilə bağlı əməliyyat-axtarış tədbirləri davam etdirilir.
Read More »Azərbaycan tərəfi Yekaterinburqda ölən azərbaycanlı qardaşların ekspertiza rəyini açıqlayıb
“Azərbaycandakı ekspertiza rəyi ilə Rusiya tərəfinin təqdim etdiyi uyğun gəlmir” İyunun 27-də Yekaterinburqda bir neçə ünvan üzrə aparılan polis əməliyyatı nəticəsində həyatını itirən azərbaycanlı qardaşlar – Ziyəddin və Hüseyn Səfərovların meyitlərinin Azərbaycanda təkrar keçirilmiş ekspertiza rəyi açıqlanıb. Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin baş direktoru Ədalət Həsənov iyulun 1-də keçirilən mətbuat konfransında bildirib ki, Azərbaycandakı ekspertiza rəyi ilə …
Read More »Fransanın Baş Qərargah rəisi Rusiyanın Ukraynada strateji qələbəsinin qarşısını almağa çağırıb
Fransa Milli Assambleyasında bu yaxınlarda keçirilən dinləmələr zamanı Fransa Silahlı Qüvvələrinin Baş Qərargah rəisi general Tyerri Burkhar Ukraynadakı münaqişənin gedişatını dəyişdirməyə və Rusiyanın strateji qələbəsinin qarşısını almağa çağırıb. Bu barədə Boyukmillet.com “Le Figaro” qəzetinə istinadən xəbər verir. O qeyd edib ki, təmas xəttindəki çətin vəziyyətə baxmayaraq, Rusiya qoşunları Ukrayna ordusundan dəqiqə artıq dayana bilir: “Biz nəzərdə tutduğumuz nəticələrlə strateji məğlubiyyətin Rusiyanın …
Read More »Bu gündən sosial müavinətlər və təqaüdlər artırılır
Bu gündən Azərbaycanda sosial müavinətlərin, Prezident təqaüdlərinin və fəxri adlara görə təqaüdlərin məbləğləri artırılır. Boyukmillet.com xəbər verir ki, Prezident İlham Əliyevin bununla əlaqədar bəzi fərmanlarda və sərəncamda dəyişiklik edilməsi haqqında Fərmana əsasən, iyulun 1-dən sosial müavinətlərin məbləğləri aşağıdakı kimi müəyyən edilib: – orqanizmin funksiyalarının 81–100 % pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxslərə 300 manat, orqanizmin funksiyalarının 61–80 % pozulmasına görə …
Read More »
Boyukmillet.com Biz yanmasaq vətən yanar