Türkiyənin xarici işlər naziri Hakan Fidan beynəlxalq ictimaiyyəti Sudanda üç ildən çoxdur davam edən qarşıdurmanın sonlandırılması üçün addım atmağa çağırıb. Boyukmillet.com xəbər verir ki, nazir bu barədə İstanbulda keçirilən İslam Əməkdaşlıq Təşkilatı (İƏT) Xarici İşlər Nazirləri Şurasının 51-ci sessiyasında danışıb. O, həmçinin qeyd edib ki, ortaq işlər nəticəsində Suriya bu gün həyata qaytarılır. Nazir Suriyanın İƏT-ə qayıtmasından məmnunluğunu ifadə edib: …
Read More »Yearly Archives: 2025
ABŞ səfirinin müavini vəzifəsinin icraçısı Azərbaycan-İran sərhədinə gedib
ABŞ səfirinin müavini vəzifəsini icra edən Mark Hernandez və səfirliyin bir qrup əməkdaşı bu gün Azərbaycanın cənubunda yerləşən Astara sərhəd-keçid məntəqəsinə səfər edib. Boyukmillet.com xəbər verir ki, bu barədə səfirlik “X” hesabında paylaşım edib. Bildirilib ki, ABŞ səfirliyi ölkəyə daxil olan ABŞ vətəndaşlarına yardım göstərilməsi istiqamətində Azərbaycanın davamlı dəstəyini yüksək qiymətləndirib: “Amerikalıların təhlükəsizliyi və onların təhlükəsiz şəkildə ölkəyə daxil olması bizim …
Read More »İsrailin İrana endirdiyi zərbə nəticəsində daha bir nüvə alimi öldürülüb
İsrailin hücumu nəticəsində İranda daha bir nüvə alimi həlak olub. Boyukmillet.com xəbər verir ki, bu barədə İran mətbuatı məlumat yayıb. Daha əvvəl “Reuters” agentliyi İsrail Müdafiə Ordusunun İran ərazisinə endirdiyi zərbələr nəticəsində ümumilikdə 14 nüvə aliminin həlak olduğunu bildirmişdi.
Read More »Türkiyə hərbçiləri İraqın şimalında terrorçulara aid mağara və silah-sursat aşkarlayıb
Türkiyə Silahlı Qüvvələri İraqın şimalında “Pəncə-Kilid” əməliyyat bölgəsində terrorçulara aid yeni mağara aşkar edib. Boyukmillet.com xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi məlumat yayıb. Bildirilib ki, bölgədə əməliyyat-axtarış tədbirləri fasiləsiz davam edir. “Yararsız hala salınan mağarada silah-sursat və məişət əşyaları ələ keçirilib”, – məlumatda qeyd olunub.
Read More »Milli Məclis Naxçıvan Konstitusiyasına çoxsaylı dəyişiklikləri birinci oxunuşda qəbul edib
Milli Məclis Naxçıvan Muxtar Respublikasının Konstitusiyasına Ali Məclisin və Naxçıvan Nazirlər Kabinetinin səlahiyyətləri ilə bağlı yeni maddələrin əlavə edilməsini ilk oxunuşda qəbul edib. Boyukmillet.com xəbər verir ki, bununla bağlı “Naxçıvan Muxtar Respublikasının Konstitusiyasında dəyişikliklərin təsdiq edilməsi haqqında” Konstitusiya qanununun layihəsi parlamentin növbədənkənar sessiyasının bugünkü plenar iclasında müzakirəyə çıxarılıb. Layihəyə əsasən, Naxçıvan Konstitusiyasına iki yeni maddə (maddə 3-1 və maddə 28-1) əlavə …
Read More »Azərbaycanın dəstəyi ilə Efiopiyada “ASAN xidmət” mərkəzi açılıb
Azərbaycan Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev Efiopiyada səfərdə olub. Qurumdan “Report”a verilən məlumata görə, səfər çərçivəsində “ASAN xidmət” modeli əsasında yaradılmış “MESOB” dövlət xidməti mərkəzinin rəsmi təqdimatı baş tutub. Azərbaycan nümayəndə heyətini Efiopiyanın Dövlət Xidməti Komissiyasının rəhbəri və Baş nazir Ofisinin dövlət naziri müşayiət ediblər. Eyni zamanda rəsmi təqdimatda Azərbaycanın Efiopiyadakı səfiri Ruslan …
Read More »İran ABŞ-yə Yaxın Şərqdəki hərbçiləri ilə bağlı xəbərdarlıq edib
Vaşinqton İsrailin başlatdığı hərbi əməliyyatlara qoşularsa, Tehran Yaxın Şərqdəki ABŞ hərbçilərinə cavab zərbələri endirməyə hazır olacaq. Boyukmillet.com xəbər verir ki, bunu “NBC News” telekanalına müsahibəsində İranın xarici işlər naziri Abbas Əraqçi deyib. “Müharibə olanda hər iki tərəf bir-birinə hücum edir. Bu başa düşüləndir. Özünümüdafiə hər bir ölkənin qanuni hüququdur”, – deyə o qeyd edib. İranlı diplomat əmin olduğunu bildirib ki, ABŞ …
Read More »İsrail İrandakı hərbi obyektlərə yeni silsilə zərbələr endirib
İsrail ordusu İranın raket infrastrukturuna yeni hava zərbələri dalğasının başladığını elan edib. Boyukmillet.com xəbər verir ki, bu barədə ordunun mətbuat xidməti (IDF) məlumat yayıb. Bu bəyanat İranın İsrail ərazisinə növbəti raket hücumundan dərhal sonra yayılıb. Bundan bir qədər əvvəl İran İsrailə doğru raketlər adıb, ölkənin bir sıra bölgələrində sirenlər səslənbi. İsrail ordusu hədəfləri tutmaq üçün İsrail Hərbi Hava Qüvvələrindən istifadə edildiyini …
Read More »Tramp İranda yerüstü əməliyyatın mümkünlüyü barədə danışmaq istəməyib
ABŞ prezidenti Donald Tramp ölkənin quru qoşunlarının İranda istifadəsi imkanlarını belə müzakirə etmək istəmədiyini bildirib. Boyukmillet.com xəbər verir ki, o, bu barədə Nyu-Cersidə jurnalistlərə açıqlamasında danışıb. “Mən quru qoşunları haqqında danışmayacağam. Quru qoşunları istifadə etmək istədiyimiz son şeydir”, – Amerika lideri vurğulayıb. Tramp danışıqların davam etdiyi bir vaxtda şəraitdən asılı olaraq İsrail və İran arasında atəşkəsə dəstək verə biləcəyini təklif …
Read More »İranın Məşhəd və Təbriz şəhərləri İsrailin hücumuna məruz qalıb
İranın Məşhəd və Təbriz şəhərlərində hava hücumundan müdafiə sistemləri işə salınıb. Boyukmillet.com xəbər verir ki, bu barədə “Mehr” agentliyi məlumat yayıb. Qeyd olunub ki, İran hərbçiləri İsrailin pilotsuz uçuş aparatlarının hücumlarını dəf etməyə çalışır. Artıq bir neçə pilotsuz təyyarənin məhv edildiyi iddia edilir.
Read More »
Boyukmillet.com Biz yanmasaq vətən yanar