Mayın 13-ü saat 20:45-dən saat 21:30-dək Ermənistan silahlı qüvvələrinin bölmələri Gorus və Çəmbərək rayonları istiqamətlərində yerləşən mövqelərindən Azərbaycan Ordusunun mövqelərini atıcı silahlardan fasilələrlə atəşə tutub. Bu barədə Azərbaycanın Müdafiə Nazirliyindən bildirilib. Bölmələrimiz tərəfindən qeyd olunan istiqamətlərdə adekvat cavab tədbirləri görülüb.
Read More »Yearly Archives: 2025
KİV: ABŞ-nin hərbi helikopterindən Yaponiyaya pirotexniki çanta düşüb
ABŞ hərbi bazalarının Yaponiyada əhalinin sıx məskunlaşdığı ərazilərdə yerləşdiyi Okinava prefekturasında Birləşmiş Ştatların hərbi helikopterinin uçuş zamanı içərisində pirotexniki məşəllər olan 18 kq-lıq çanta düşüb. Boyukmillet.com NHK telekanalına istinadən xəbər verir ki, zərərçəkənlər barədə məlumat olmasa da, çanta hələ də tapılmayıb. Hadisə mayın 13-də Okinavanın əsas adası Motobu yarımadası bölgəsində, ABŞ Ordusunun Dəniz Qüvvələri bazasına aid UH1 helikopterinin uçuşu zamanı …
Read More »UNICEF-in də Azərbaycandakı nümayəndəliyinin fəaliyyəti dayandırılır
Təşkilatın fəaliyyəti mərhələli şəkildə dayandırılacaq UNICEF-in Azərbaycandakı nümayəndəliyinin fəaliyyəti dayandırılır. “Report”un məlumatına görə, bunu UNICEF-in Avropa və Mərkəzi Asiya üzrə Kommunikasiya İdarəsinin regional rəhbəri İrina Mazur (Iryna Mazur) təsdiqləyib. Onun sözlərinə görə, UNICEF-in Azərbaycandakı fəaliyyəti qarşıdakı aylarda mərhələli şəkildə dayandırılacaq: “UNICEF Azərbaycanda tərəfdaşlarla əməkdaşlığı regional ofisi və baş qərargahı vasitəsilə davam etdirəcək”. “Son 30 il ərzində əməkdaşlığımız uşaq ölümlərinin azalmasına, keyfiyyətli təhsilə …
Read More »Zelenski mayın 15-də Putini İstanbulda gözləyəcəyini deyib
Ukrayna Prezidenti bu görüşə Rusiyanın atəşi dayandırmadığı halda belə hazır olduğunu bildirib Ukrayna Prezidenti Volodimir Zelenski mayın 15-də İstanbulda Rusiya Prezidenti Vladimir Putinlə birbaşa danışıqlara hazır olduğunu bildirib.Bu haqda mayın 11-də səhər saatlarında sosial şəbəkələrdə məlumat verən Ukrayna Prezidenti öncə bu görüşün baş tutmasının əsas şərti kimi tam atəşkəsin elan olunmalı olduğunu bildirib. Zelenski qeyd edib ki, “tam və uzunmüddətli” atəşkəs mayın …
Read More »Prezident İlham Əliyev PKK terror qruplaşmasının özünü ləğv etməsini tarixi hadisə adlandırıb
Azərbaycan Prezidenti İlham Əliyev PKK terror qruplaşmasının özünü ləğv etməsini tarixi hadisə adlandırıb. Boyukmillet.com xəbər verir ki, dövlət başçısı bu fikri mayın 13-də Türkiyənin milli müdafiə naziri Yaşar Güləri qəbul edərkən səsləndirib. İlham Əliyev PKK terror qruplaşmasının özünü ləğv etməsi ilə bağlı Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanı təbrik etdiyini vurğulayıb. PKK terror qruplaşmasının özünü ləğv etməsini tarixi hadisə adlandıran və …
Read More »Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının akademiyası BP ilə Anlaşma Memorandumu imzalayıb
Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) Əmək və Sosial Münasibətlər Akademiyası ilə BP şirkəti arasında Anlaşma Memorandumu imzalanıb. Bununla əlaqədar keçirilən tədbirdə çıxış edən Konfederasiya sədri Sahib Məmmədov ölkəmizdə həmkarlar ittifaqlarının səmərəli fəaliyyəti üçün yaradılmış əlverişli şəraiti qeyd edib, cənab Prezident İlham Əliyevin bu sahəyə göstərdiyi xüsusi diqqət və qayğını vurğulayıb. Tədbirdə həmkarlar ittifaqları sistemində aparılan islahatlar, həyata keçirilən layihələrdən danışılıb, …
Read More »Azərbaycan insan alverinə görə 11 nəfəri İnterpol xətti ilə beynəlxalq axtarışa verib
2024-cü ildə insan alveri, seksual xarakterli hərəkətlərə cəlb etmə, əxlaqsız yuvaları saxlama, yetkinlik yaşına çatmayanları ictimai mənəviyyata zidd əməllərə cəlb etmə, pornoqrafik materialları və ya əşyaları qanunsuz yayma cinayətlərinə görə 30 təqsirləndirilən şəxs yerli axtarışda olub. Boyukmillet.com xəbər verir ki, bu, İnsan alverinə qarşı mübarizə üzrə Milli Koordinatorun illik məlumatında öz əksini tapıb. Sənəd parlamentin İnsan hüquqları, Hüquq siyasəti və …
Read More »Tramp Suriyaya qarşı sanksiyaların ləğvi ilə bağlı Ərdoğanla işləməyə hazır olduğunu bildirib
ABŞ Prezidenti Donald Tramp Suriya məsələsində Türkiyə lideri Rəcəb Tayyib Ərdoğanla işləməyə hazır olduğunu bildirib. Boyukmillet.com xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Amerika lideri Ağ Evdə jurnalistlərə açıqlamasında bildirib. “Biz onunla (Türkiyə Prezidentini nəzərdə tutur – red.), o cümlədən Suriya məsələsi il bağlı işləyirik. Yeri gəlmişkən, sanksiyalarla bağlı qərar verməliyik və bunu xeyli yumşalda bilərik. Suriyaya qarşı sanksiyaları ləğv …
Read More »Ərdoğan Rusiya və Ukraynaya çağırış edib
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Rusiya və Ukraynaya çağırış edib. Boyukmillet.com xəbər verir ki, Türkiyə lideri hökumətin iclasından sonrakı çıxışında deyib ki, ABŞ Prezidenti Donald Trampın müharibəyə son qoymaq istiqamətindəki səylərini dəstəkləyir. “Bütün tərəflərin etimadını qazanmış yeganə ölkə kimi müzakirələrə töhfə verməyə hazırıq. Müzakirələrə ev sahibliyi etmək bizi sevindirər. Son təmaslarla yeni fürsət pəncərəsinin açıldığını görürük. Ümid edirəm ki, bu dəfə …
Read More »Füzuli Məmmədovu gözdən salma cəhdləri nəyə hesablanıb?
Ölkəmizin tanınmış futbolçularından biri olmuş Füzuli Məmmədov hazırda məşqçi kimi fəaliyyət göstərir. Bu ildən isə “Mingəçevir” futbol komandasının baş məşqçisidir. İdmanda komanda dəyişmək bir qaydadır. İdman, futbol daim inkişafdadır. Hər bir klub heyətində daha yaxşı futbolçular, daha yaxşı məşqçilər, mütəxəssislər görmək istərlər. Bu məsələdə heç kimi qınamaq olmaz. Amma deyəsən kimlərsə Füzuli bəyin yerdəyişməsini ciddi şəkildə izləyir. İndi isə bu …
Read More »
Boyukmillet.com Biz yanmasaq vətən yanar