Bazar ertəsi , 6 Aprel 2026

Yearly Archives: 2025

“Meydan TV işi”ndəki müstəntiqin adı rüşvətdə hallanır

23 yaşlı müstəntiq Meydan TV əməkdaşlarına qarşı açılan cinayət işi üzrə istintaq qrupunun üzvüdür Turizm sahəsində çalışan Leyla İbrahimova Bakı Şəhər Baş Polis İdarəsində (BŞBPİ) təzyiqə məruz qaldığını deyir. Səbəb isə saxta ittihamı rədd etməsidir. Xətai Rayon Məhkəməsinin 25 aprel 2025-cil il tarixli qərarı ilə Cinayət Məcəlləsinin 178.2.2, (dələduzluq təkrar törədildikdə), 178.2.4 (dələduzluq xeyli miqdarda ziyan vurmaqla törədildikdə) maddələrilə təqsirləndirilən Leyla …

Read More »

PKK silahlı fəaliyyətinə son verdiyini və təşkilatın buraxıldığını açıqlayıb

Bu qərar Abdullah Öcalan tərəfindən verilən çağırışa cavab olaraq həyata keçirilib Kürdüstan Fəhlə Partiyası (PKK) silahlı fəaliyyətinə son verdiyini və təşkilatın buraxıldığını açıqlayıb. Bu qərar, təşkilatın 12-ci qurultayında qəbul edilib və Abdullah Öcalan tərəfindən səslənən çağırışa cavab olaraq həyata keçirilib. Boyukmillet.com xəbər verir ki, mayın 12-də yayımlanan bəyanatda PKK 40 illik silahlı mübarizənin “tarixi missiyasını” başa vurduğunu və kürd məsələsinin artıq …

Read More »

Hacı Vəliyevin xəstəxanaya yerləşdirildiyi bildirilir

Onun 1 Saylı Respublika Psixiatriya Xəstəxanasına aparıldığı deyilir Boyukmillet.com xəbər verir ki,“Gənc Qazilər” İctimai Birliyinin həbsdə olan sədri Hacı Vəliyevin xəstəxanaya yerləşdirildiyi bildirilir. Ailəsinin verdiyi məlumata görə, o, 1 Saylı Respublika Psixiatriya Xəstəxanasına aparılıb. Bildirilib ki, Hacı Vəliyev havaya çıxa bilmir, gözləri ağrıyır. “Saxlanılma yerində isə müalicə və müayinəsini həyata keçirmək üçün həkim ayrılmayıb. Onun reabilitasiya mərkəzində müalicəyə ehtiyacı var”, – qazinin …

Read More »

Baş Prokurorluq Koçaryanın qanunsuz yolla əldə etdiyi əmlakın müsadirə edilməsini tələb edib

Ermənistan Baş Prokurorluğu ikinci prezident Robert Koçaryanın qanunsuz əmlakının və onunla əlaqəli şəxslərin 22 daşınmaz əmlakının, 15 müxtəlif şirkətdəki payların müsadirə edilməsini tələb edir. Boyukmillet.com Ermənistan mediasına istinadən xəbər verir ki, bu barədə baş prokuror Anna Vardapetyan parlamentində bildirib. “İş üzrə cavabdehlər Robert və Bella Koçaryanlar, Sedrak Koçaryan və Zarui Badalyan, Levon və Siranuş Koçaryanlar, Qayane Koçaryan və Vigen Çatinyandır. …

Read More »

Sabah 28 dərəcə isti olacaq

Bakıda və Abşeron yarımadasında mayın 13-də hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Bu barədə  Milli Hidrometeorologiya Xidmətidən məlumat verilib. Bildirilib ki, səhər yarımadanın bəzi yerlərində qısamüddətli az yağış yağacağı ehtimalı var. Şimal-qərb küləyi əsəcək. Havanın temperaturu gecə 14-16° isti, gündüz 21-26° isti olacaq. Atmosfer təzyiqi normadan aşağı 754 mm civə sütunu olacaq. Nisbi rütubət gecə 70-75 %, gündüz 55-60 …

Read More »

DTX xaricdə terrorçuluqda təqsirləndirilən şəxsləri saxlayaraq Bakıya gətirib, məhkəmələri keçirilir

Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətində (DTX) terrorçuluqla bağlı axtarışda olan şəxslər barəsində Bakı şəhəri Səbail rayon məhkəməsi tərəfindən həbs qətimkan tədbiri seçildiyi məlum olub. Boyukmillet.com-un əldə etdiyi məlumata görə, qeyd olunan şəxslər DTX tərəfindən terrorçuluğa qarşı həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində ardıcıl şəkildə xarici ölkələrin ərazisində ələ keçirilərək Azərbaycana gətiriliblər. Saxlanılan terrorçuların sayının çox olduğu bildirilir. DTX-nin Mətbuat xidmətindən “Report”un …

Read More »

PKK terror təşkilatı özünü buraxdığını açıqlayıb

PKK terror təşkilatı özünü buraxdığını açıqlayıb. Boyukmillet.com “Haber Global”a istinadən xəbər verir ki, 1978-cü ildə yaradılan və 1984-cü ildə ilk terror aktını həyata keçirən qruplaşma özünü buraxdığını elan edib. “PKK Abdullah Öcalanın fevralın 27-də verdiyi bəyanatla əlaqədar qurultay təyin edib. Qruplaşmanın XII qurultayında PKK adı altında aparılan işlərə son qoyulduğu ilə bağlı qərar qəbul edilib”, – yayılan məlumatda qeyd olunub.

Read More »

Yaşar Gülər Azərbaycana səfər edəcək

Türkiyənin milli müdafiə naziri Yaşar Gülər Azərbaycana səfər edəcək. Boyukmillet.com xəbər verir ki, bu barədə “TRT Haber” məlumat yayıb. Bildirilib ki, nazir Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın rəhbərliyi ilə bu gün keçiriləcək Nazirlər Kabinetinin iclasından sonra Bakıya yola düşəcək. Səfər çərçivəsində onun bir sıra görüşlər keçirəcəyi qeyd olunub.

Read More »

50 il öncə… Elçibəy necə həbs olunmuşdu – Tələbəsinin YAZISI

Ələsgər SİYABLI Azərbaycan milli azadlıq hərəkatının lideri, mərhum eks-prezident Əbülfəz Elçibəy 50 il öncə – 1975-ci ildə “KQB” tərəfindən həbs olunmuşdu Elçbəysevənlərin marağını nəzərə alıb onun həbsi və məhkəməsinin şahidi kimi xatirələrimi sizinlə bölüşürəm. Azərbaycan Dövlət Universitetinin Tarix və Sərqsünaslıq fakultələrində və başqa institutlarda yüzlərlə tələbəyə dərs dəyən Elçibəyin fəaliyyəti artıq 1970-ci ilin əvvəllərindən sovet rejim üçün təhlükə təşkil edirdi. …

Read More »

Tramp İsveçrədə ABŞ və Çin arasında ticarət danışıqlarında böyük irəliləyişin olduğunu açıqlayıb

Vaşinqton və Pekin arasında ticarət məsələlərinə həsr olunmuş danışıqlar İsveçrədə konstruktiv şəkildə keçirilib, böyük irəliləyiş əldə olunub. Boyukmillet.com xəbər verir ki, bu barədə ABŞ Prezidenti Donald Tramp “Truth Social”da yazıb. “Bu gün (mayın 10-da – red.) İsveçrədə Çinlə çox yaxşı görüş keçirildi. Bir çox məsələlər müzakirə olundu, bir çox məsələlər barədə razılığa gəlindi”, – o bildirib. “Yenidən başlama dostcasına, lakin konstruktiv …

Read More »