Bazar ertəsi , 6 Aprel 2026

Yearly Archives: 2025

Ərdoğan: “Türkmənistan qazı 5 ildən sonra Xəzərin dibi ilə Türkiyəyə nəql ediləcək”

Türkiyə beş ildən sonra Türkmənistanın təbii qazını Xəzərin dibi ilə borular vasitəsi idxal edəcək. Boyukmillet.com xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İstanbul Təbii Sərvətlər Zirvəsində çıxışı zamanı bildirib. “Bu ilin mart ayından Türkmənistan qazını İran ərazisindən keçərək Türkiyəyə tədarük edirik”, – deyə Türkiyə Prezidenti vurğulayıb. Onun sözlərinə görə, indiyədək bu marşrut üzrə 250 milyon kubmetr təbii qaz nəql olunub: …

Read More »

Mərdəkandakı Pir Həsən ziyarətgahının təmiri üçün 550 min manat ayrılıb – SƏRƏNCAM

Azərbaycan Prezidenti İlham Əliyev Mərdəkan qəsəbəsində yerləşən Pir Həsən ziyarətgahında təmir-bərpa işləri üçün vəsaitin ayrılması haqqında Sərəncam imzalayıb. Boyukmillet.com-un məlumatına görə, sərəncama əsasən ziyarətgahın təmir-bərpa işlərinə Prezidentin ehtiyat fondundan Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinə 550 min manat ayrılacaq. 

Read More »

BMT-nin İnkişaf Proqramının Azərbaycandakı nümayəndəliyi fəaliyyətini sonlandırıb

Nümayəndəliyin bu gün son iş günüdür BMT-nin İnkişaf Proqramının (UNDP) Azərbaycandakı nümayəndəliyinin fəaliyyəti başa çatıb. Bu barədə məlumatı “Report” yayıb. “Bu gün BMT-nin İnkişaf Proqramının Azərbaycandakı nümayəndəliyində son iş günüdür. Sabahdan etibarən fəaliyyət göstərməyəcəyik”,- qurumdan bildirilib. Bu il martın əvvəlində yerli mətbuatda BMT-nin bəzi qurumlarının Azərbaycandan çıxarılacağı ilə bağlı iddialar səsləndirilirdi.Hökumətyönlü “Caliber.az” saytı yazırdı ki, BMT-nin İnkişaf Proqramı (UNDP), Qaçqınlar üzrə Ali Komissarlığının İdarəsi (UNHCR), Beynəlxalq Qızıl …

Read More »

Məzahir Pənahovun gəlini elə faktlar açıqladı ki… – ŞOK TƏFƏRRÜAT

Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahovun gəlini həyat yoldaşı Məhəmməd Pənahov tərəfindən şiddətə məruz qaldığını deyir. Boyukmillet.com xəbər verir ki, o, Haqqin.az-a müraciət edərək hadisənin ABŞ-də baş verdiyini iddia edib və Azərbaycana qaçaraq həyatda qala bildiyini vurğulayıb. Onun sözlərinə görə, həyat yoldaşı spirtli içki aludəçisi olub. Qadın bildirib ki, əri pivəni içdikdən sonra boş butulkaları onun üzərinə atıb. Bu zaman …

Read More »

Bu türk dövləti adını dəyişir – “…mənası qalmayıb”

Şimali Kipr Türk Cümhuriyyətinin adı dəyişdirilə bilər. Boyukmillet.com xəbər verir ki, bunu ŞKTC Prezidenti Ersin Tatar jurnalist Hilmi Daşdemirə müsahibəsində deyib:  “Böyük ehtimalla dövlətin adı dəyişəcək. Mən də bu təklifi dəstəkləyirəm. Federasiya dəftəri artıq qapanıb. Artıq “Şimal” da mənasını itirib. Şimal-cənub deyə dövlət yoxdur. Artıq iki fərqli dövlət var”. Ersin Tatar dövlətin adının Kipr Türk Cümhuriyyətinə çevriləcəyini istisna etməyib.

Read More »

Vəkili: “Tofiq Yaqublu artıq huşunu itirir”

“O, hər bir an həyatını itirə bilər” Vəkil Nazim Musayev bu gün Ədliyyə nazirliyinin müalicə müəssisəsində 31 gündür həbsinə etiraz olaraq aclıq edən Müsavat Partiyasının və Milli Şuranın üzvü Tofiq Yaqublu ilə görüşüb. Nazim Musayev deyib ki, Tofiq Yaqublunun vəziyyəti həddindən artıq narahatedicidir. “Günü-gündən çəkisi azalır. Bu gün çəkisi 79.6 kq-dır. Digər göstəricilərini yadında saxlaya bilmədiyi üçün məlumat verə bilmədi. Saxlanma şəraitindən …

Read More »

İsrail Dəməşqdə prezident sarayının yaxınlığındakı hədəfə hücum edib

İsrail Suriyanın paytaxtı Dəməşq şəhərində prezident sarayının yaxınlığındakı hədəfə hücum edib. Boyukmillet.com xəbər verir ki, bu barədə “Times of Israel” İsrailin Baş naziri Benyamin Netanyahu və müdafiə naziri İsrael Katsın birgə yaydığı bəyanata istinadən məlumat yayıb. Qəzet bəyanatdan sitat gətirib: “Bu, Suriya rejiminə açıq siqnaldır. Biz Dəməşqin cənubuna qoşun göndərilməsinə və ya druz icması üçün hər hansı təhlükəyə icazə verməyəcəyik”.

Read More »

BMT-də maliyyə probleminə görə kütləvi ixtisarlar həyata keçirilə bilər

Birləşmiş Millətlər Təşkilatı əsas departamentlərin birləşdirilməsini və resursların yenidən bölüşdürülməsini nəzərdə tutan köklü restrukturizasiyanı nəzərdən keçirir. Boyukmillet.com xəbər verir ki, bu barədə BMT-nin baş katibi Antonio Quterreşin rəhbərlik etdiyi işçi qrupunun hazırladığı məxfi altı səhifəlik memoranduma istinadən Reuters agentliyi məlumat yayıb. Sənəd onlarla agentliyin dörd əsas sahə üzrə birləşdirilməsini təklif edir: sülh və təhlükəsizlik, humanitar məsələlər, davamlı inkişaf və insan …

Read More »

Vaşinqton Moskva-Kiyev danışıqlarında vasitəçi olmaqdan imtina edib

ABŞ artıq Rusiya və Ukrayna arasında danışıqlarda vasitəçi rolunu oynamayacaq, Moskva ilə Kiyev arasında birbaşa danışıqların vaxtı çatıb. Boyukmillet.com -un “İnterfaks”a istinadən verdiyi məlumata görə, bunu Dövlət Departamentinin rəsmi nümayəndəsi Temmi Bryus deyib. “Bu məsələyə yanaşma tərzimiz və metodologiyamız dəyişir. Biz vasitəçi olmayacağıq. Biz mötədil görüşlər üçün dünyanın o biri tərəfinə uçmayacağıq. İndi iş iki tərəf arasında aparılmalıdır. Bunun vaxtıdır”, …

Read More »

Növbəti üç gün güclü külək əsəcək – XƏBƏRDARLIQ

Bakıda və Abşeron yarımadasında, eyni zamanda bəzi bölgələrdə mayın 2-4-də güclü külək əsəcək. Boyukmillet.com xəbər verir ki, Milli Hidrometeorologiya Xidməti gözlənilən küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verib. Məlumata əsasən, Bakıda və Abşeron yarımadasında, Naxçıvan MR, Daşkəsən, Gədəbəy, Göygöl, Şəmkir, Gəncə, Naftalan, Goranboy, Mingəçevir, Kəlbəcər, Laçın, Füzuli, Cəbrayıl, Zəngilan, Qubadlı, Hacıqabul, Neftçala, Salyan, Xızıda cənub-qərb küləyi əsəcək. Bununla yanaşı, Xaçmaz, Şabran, …

Read More »