Şənbə , 4 Aprel 2026

Yearly Archives: 2025

Ədliyyə Nazirliyinə qulluğa qəbulla bağlı müsabiqədə iştirak üçün ərizə qəbulunun vaxtı uzadılıb

Ədliyyə Nazirliyinə qulluğa qəbulla bağlı elan olunan növbəti müsabiqədə iştirak üçün ərizə qəbulunun vaxtı çoxsaylı müraciətlər nəzərə alınaraq, iyunun 1-i saat 23:59-dək uzadılıb. Boyukmillet.com xəbər verir ki, namizədlər qeyd olunan tarixədək ərizələrini Nazirliyin rəsmi saytında “Qulluğa qəbul” bölməsində “Ədliyyə orqanlarına qulluğa qəbulla bağlı elektron müraciət” adlı hissəyə və ya linkə daxil olmaqla təqdim edə bilərlər. Müsabiqə üzrə test imtahanı Dövlət İmtahan Mərkəzi tərəfindən ödənişli əsaslarla …

Read More »

Türkiyə səfiri Mətbuat Şurasında olub

Türkiyənin Azərbaycandakı föqəladə və səlahiyyətli səfiri Birol Akgün Mətbuat Şurasında olub. Boyukmillet.com xəbər verir ki, bu barədə Türkiyə səfirliyinin mətbuat müşaviri Alptekin Cihangir İşbilir məlumat verib. “Bu gün hörmətli səfirimizlə Mətbuat Şurasında olduq. Azərbaycan mətbuatının 150 illiyini qeyd etdik. Türkiyə-Azərbaycan Media Platformasının səmərəli fəaliyyəti üçün məhsuldar məsləhətləşmələr apardıq. Azərbaycanda bir ili tamamladım. Sizin dəstəyinizlə çox uğurlu layihələr həyata keçirəcək, Türkiyə-Azərbaycan …

Read More »

Veysəloğlu Şirkətlər Qrupu iki nüfuzlu mükafata layiq görüldü

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası (AHİK) və Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının (ASK) birgə təşkilatçılığı ilə 28 Aprel – Ümumdünya Əməyin Mühafizəsi Günü və ilk kollektiv müqavilənin 120 illiyinə həsr olunmuş “Rəqəmsallaşma və süni intellektin iş yerlərinə təsiri” mövzusunda konfrans keçirilib. Tədbirdə dövlət və özəl qurumların, beynəlxalq təşkilatların nümayəndələri, həmçinin həmkarlar ittifaqlarının rəhbərləri, …

Read More »

Bakıda bir sıra abidələrin fasadlarında qanunsuz reklam lövhələrinin quraşdırılması halları aşkarlanıb

Bakıda bir sıra abidələrin fasadlarında qanunvericiliyin tələblərinə cavab verməyən reklam lövhələrinin quraşdırılması halları aşkarlanıb. Boyukmillet.com xəbər verir ki, bu barədə Azərbaycan Dövlət Reklam Agentliyi (ADRA) məlumat yayıb.  Qeyd olunub ki, ADRA Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidməti ilə paytaxt ərazisində apardığı yoxlamalar zamanı Bakı şəhərində bir sıra abidələrin fasadlarında 156 obyekt üzrə qanunvericiliyin tələblərinə cavab verməyən reklam lövhələrinin …

Read More »

İcra başçısı Azərbaycanda əldə etdiyi pullarla Avstriyanın paytaxtında “Belezza” mebel salonu açıb – FOTOFAKTLAR

BELEZZA Design & Concept GmbH 2023-cü ilin oktyabrında Vyanada FN 614844 h vergi nömrəsi ilə qeydiyyatdan keçib. Şirkətin 33 faizlik pay hüququ Qubanın sabiq icra başçısı Ziyəddin Əliyevin oğlu Nicat Əlibəylinin, digər 33 faizi onun yaxın adamı Ramin Şükürlünün, qalan 34 faizi isə türk əsilli Avstriya vətəndaşının adına rəsmiləşdirilib, nizamnamə kapitalı 35.000 avrodur və Gumpendorfer küçəsi 128-də fəaliyyət göstərir. Ötən …

Read More »

ABŞ-nin vitse-prezidenti: Ukraynadakı münaqişə nüvə müharibəsinə çevrilə bilər

“Ukraynada hərbi əməliyyatların davam etdirilməsi nüvə eskalasiyası riskini təhdid edir”. Boyukmillet.com xəbər verir ki, bunu ABŞ-nin vitse-prezidenti Cey Di Vens deyib. Onun fikrincə, münaqişənin uzadılması fəlakətli nəticələrə gətirib çıxara bilər: “Müharibənin daha bir neçə il davam etməsi cəmiyyətlərin dağılmasına gətirib çıxaracaq. Bu, nüvə müharibəsinə çevrilə bilər. Münaqişəyə son qoyulması ABŞ administrasiyasının rəsmi siyasətidir. Prezident Donald Tramp öz komandasına hər vasitə ilə …

Read More »

Hindistan-Pakistan sərhədində atəşkəs ardıcıl beşinci gecədir pozulub

Yeni Dehli ilə İslamabad arasında gərginlik fonunda Hindistan-Pakistan sərhədində atəşkəs ardıcıl beşinci gecədir pozulub. Boyukmillet.com xarici mətbuata istinadən xəbər verir ki, tərəflərin heç biri itkilər barədə məlumat yaymayıb. Bu arada “Economic Times” qəzeti hökumətdəki mənbələrə istinadən məlumat yayıb ki, Hindistan öz hava məkanını və limanlarını Pakistan üçün bağlamağı düşünür. Belə olan halda Pakistan Cənub-Şərqi Asiyadakı istiqamətlərə çatmaq üçün təyyarələrin marşrutunu Çin …

Read More »

Trampın üç aylıq hakimiyyəti dövründə 121 min dövlət işçisi ixtisara düşüb

Amerika lideri Donald Trampın bu ilin yanvarında hakimiyyətə gəlişindən bəri ABŞ-da ən azı 121 min federal hökumət işçisi ixtisar edilib. Boyukmillet.com xəbər verir ki, bu barədə “CNN” öz hesablamalarına istinadən məlumat yayıb. Qeyd olunub ki, kütləvi ixtisarlar 30-a yaxın departamentə təsir edib. Lakin ən çox zərər çəkən ABŞ Beynəlxalq İnkişaf Agentliyi (USAID) olub. Belə ki, bir neçə ixtisar dalğasından sonra onun …

Read More »