Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan gələn ay Azərbaycana gələcək. Boyukmillet.com xəbər verir ki, bu barədə “A Haber” məlumat yayıb. Qeyd olunub ki, Türkiyə liderinin may ayı üçün nəzərdə tutulmuş proqramında Azərbaycana səfər də var. Bundan başqa, Ərdoğan aprelin 29-da IV Hökumətlərarası Zirvə Görüşündə iştirak məqasədilə İtaliyaya gedəcək. Mayın 3-də Şimali Kipr Türk Respublikasında təşkil olunan TEKNOFEST-də iştirak edəcək. İyunda isə …
Read More »Yearly Archives: 2025
Hindistan və Pakistan sərhədində vəziyyət gərgin olaraq qalır
Pakistan və Hindistan sərhədində gərginlik yüksək səviyyədə qalır, tərəflər atıcı silahlardan atəş açmağa davam edirlər. Boyukmillet.com xəbər verir ki, bu barədə “Reuters” agentliyi məlumat yayıb. Agentliyin məlumatına görə, Hindistan atəşin Pakistan tərəfindən atıcı silahlardan açıldığını iddia edir. Bildirilib ki, Hindistan hərbçiləri arasında xəsarət alanlar yoxdur. İslamabad isə öz növbəsində bu məlumatlarla bağlı hələ ki şərh vermir.
Read More »Naxçıvanda qadının öldürülərək su quyusuna atılması ilə bağlı daha bir şübhəli tutulub
Şərur rayon Oğlanqala kənd sakini Zeynəb İsmayılovanın aprelin 22-də öldürülərək su quyusuna atılması faktı ilə bağlı cinayət işi üzrə daha bir şəxs məsuliyyətə cəlb olunub. “Report”un yerli bürosu xəbər verir ki, Şərur rayon prokurorluğunda ibtidai istintaqı aparılan cinayət işi üzrə prokurorluq və polis əməkdaşları tərəfindən davam etdirilən istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində Aypara Əsgərova cinayət əməlini 1991-ci il təvəllüdlü qonşusu Firuzə …
Read More »Tramp: ABŞ İranla yüksək səviyyəli danışıqlar aparır
ABŞ administrasiyası Tehranın nüvə proqramı ilə bağlı İran hakimiyyəti ilə yüksək səviyyəli məsləhətləşmələr aparır. Boyukmillet.com-un məlumatına görə, bunu ABŞ Prezidenti Donald Tramp Vaşinqtondan Romaya uçan təyyarəsində jurnalistlərlə söhbətində deyib. “İran razılaşması çox yaxşı gedir. Biz İranla bağlı işlə ən yüksək səviyyədə məşğul oluruq. Düşünürəm ki, onlar müqavilə bağlamaq istəyirlər və biz də razılaşma istəyirik. Başqa bir razılaşma, daha pis bir …
Read More »Rəsmi Bakı: Beynəlxalq Ədalət Məhkəməsinin qərarı Ermənistanın əsassız tələblərinin heç bir nəticə verməyəcəyini nümayiş etdirir
Beynəlxalq Ədalət Məhkəməsinin qərarı Ermənistanın davam edən məhkəmə proseslərini pozmağa və diqqəti əvvəllər işğal olunmuş ərazilərdə Ermənistanın qanunsuz şəkildə yaradılmış rejiminin qeyri-qanuni hərəkətlərindən yayındırmağa yönəlmiş əsassız tələblərinin heç bir nəticə verməyəcəyini bir daha nümayiş etdirir. Boyukmillet.com xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin 25 aprel 2025-ci il tarixində Beynəlxalq Ədalət Məhkəməsi Ermənistanın Azərbaycana qarşı təcavüzü nəticəsində, eləcə də 2020-ci …
Read More »Hərbi xidmətdən ehtiyata buraxılanların geyim formalarını daşıya biləcəyi günlər müəyyənləşib
Hərbi xidmətdən ehtiyata buraxılanların geyim formalarını daşıya biləcəyi günlər müəyyənləşib. Boyukmillet.com xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı “Hərbi xidmətkeçmə haqqında” Əsasnaməyə dəyişikliyi təsdiqləyib. Belə ki, həqiqi hərbi xidmətdən ehtiyata və ya istefaya buraxılarkən hərbi geyim formasını daşımaq hüququ verilmiş şəxslər həmin geyim formasını yalnız rəsmi dəvət olunduqları tədbirlərdə, peşə bayramı günlərində, habelə Azərbaycan Silahlı Qüvvələri Günü, Zəfər Günü …
Read More »Rəsmi Bakı: Ermənistan və Fransa Azərbaycan bayrağını yandırmış şəxsləri məsuliyyətə cəlb etməlidir
Rəsmi Bakı aprelin 23-də Ermənistanın paytaxtı İrəvanda “məşəl yürüşü” zamanı, habelə ötən gün Fransanın paytaxtı Paris şəhərində erməni icmasının toplantısı zamanı Azərbaycan bayrağının yandırılmasını qətiyyətlə pisləyib. Boyukmillet.com xəbər verir ki, bununla bağlı Azərbaycan Xarici İşlər Nazirliyi bəyanat yayıb. Qeyd olunub ki, Ermənistan və Fransa hökumətləri etnik zəmində kök salmış nifrətin təcəssümü olan bu kimi kampaniyaların qarşısını vaxtında almalı və müvafiq təhlükəsizlik tədbirləri görməli …
Read More »Azərbaycan klubunun məşqçisi 5 oyunluq cəzalandırılıb
AFFA futzal üzrə Yüksək Liqada çıxış edən “Neftçi” İK klubunun məşqçisi Əli Hüseynovu 5 oyunluq cəzalandırıb. Boyukmillet.com xəbər verir ki, bu barədə qurumun İntizam Komitəsinin iclasında qərar çıxarılıb. Buna XV turda baş tutan “Neftçi” İK – “Baku Fire” matçının (5:4) fasiləsində məşqçinin təhqiredici, qeyri-etik ifadələr işlətmək və ya jestlərdən istifadə səbəbindən birbaşa qırmızı vərəqə ilə meydandan kənarlaşdırılması səbəb olub. Nəticədə o, 5 oyunluq diskvalifikasiya edilib. “Baku …
Read More »Türkmənistan ilk dəfə Bakıda TTM platformasında türk iqtisadi birliyinə qoşulub
Bakıda Türk Ticarət Mərkəzinin (TTM) açılışı Türkmənistanın iştirak etdiyi ilk iqtisadi tədbir olub. Boyukmillet.com xəbər verir ki, bunu TTM-nin direktoru Yılmaz Okuklu deyib. “Bu gün Türkmənistan ilk dəfə, qismən də olsa, məhz Azərbaycanda türk ölkələrinin dünya iqtisadi birliyinə qoşulub”, – o vurğulayıb. Tədbir “Türk Obası” mədəniyyət mərkəzində keçirilir, burada Qazaxıstan, Qırğızıstan, Türkmənistan, Türkiyə və Özbəkistanın ticarət pavilyonları açılıb.
Read More »Frank Şvabe Tofiq Yaqubluya azadlıq tələb edib
“Tofiq Yaqublu Azərbaycanda daha da artan özbaşınalığın xüsusilə acınacaqlı nümunəsidir” Avropa Şurası Parlament Assambleyasının (AŞPA) Almaniyadan olan deputatı Frank Şvabe həbsdə olan Müsavat Partiyasının və Milli Şuranın üzvü Tofiq Yaqubluya azadlıq tələb edib. Almaniyalı deputat bu barədə “X” platformasında paylaşım edib: “Tofiq Yaqublu Azərbaycanda daha da artan özbaşınalığın xüsusilə acınacaqlı nümunəsidir. O, haqsız yerə həbs edilib. Həyatı təhlükədədir. O, dərhal azad …
Read More »
Boyukmillet.com Biz yanmasaq vətən yanar