Bazar ertəsi , 6 Aprel 2026

Yearly Archives: 2025

Türkmənistandan Azərbaycana gətirilən 56 ton pomidorda virus aşkarlanıb

Türkmənistandan Azərbaycana idxal edilən 56 ton pomidorda virus aşkarlanıb, məhdudiyyət qoyulub. Bu barədə Qida Təhlükəsizliyi Agentliyindən (AQTA)məlumat verilib. Bildirilib ki, “Katora 44” MMC-nin Türkmənistandan idxal etdiyi 56 ton pomidor məhsulundan nümunələr götürülərək müayinələrə cəlb olunub. Nümunələrin laborator müayinəsi nəticəsində məhsul partiyalarında pomidor meyvələrinin qonur qırışıqlıq virusu (Tomato brown rugose fruit virus) aşkarlanıb. Faktla bağlı məhsul partiyalarının gömrük ərazisinin hüdudlarından kənara …

Read More »

Roma Papası vəfat edib

Roma Papası Fransisk (əsl adı Xorxe Mario Berqolyo) vəfat edib. Boyukmillet.com xəbər verir ki, bu barədə “Reuters” Vatikana istinadən məlumat yayıb. Roma Papası 88 yaşında vəfat edib. Qeyd edək ki, 2013-cü ildə Roma Papası seçilən Fransisk Argentinada doğulub. Son aylarda o, pnevmoniya xəstəliyindən əziyyət çəkirdi. Onun son dəfə ictimaiyyət qarşısına çıxması bir gün əvvəl baş vermişdi, o zaman o, Pasxa müraciəti ilə çıxış etmişdi.

Read More »

Hərbi cinayətlər törətməkdə təqsirləndirilən erməniəsilli şəxslərin məhkəməsi keçirilir

Hərbi cinayətlər törətməkdə təqsirləndirilən erməniəsilli şəxslərin cinayət işi üzrə məhkəmənin baxış iclası keçirilir. Boyukmillet.com xəbər verir ki, proses Bakı Məhkəmə Kompleksində Bakı Hərbi Məhkəməsinin hakimi Zeynal Ağayevin sədrliyi ilə baş tutur. Xatırladaq ki, ötən prosesdə zərərçəkmiş şəxslər ifadə verib. Qeyd edək ki, onlar Ermənistan dövləti və onun silahlı qüvvələri, o cümlədən Ermənistan tərəfindən Azərbaycanın işğal olunmuş ərazilərində yaradılmış qondarma Dağlıq Qarabağ Respublikası …

Read More »

Bakıda toyda 51 nəfərin zəhərlənməsi ilə bağlı prokurorluqda araşdırma başlayıb

Bakıda şadlıq evində 50-dən çox şəxsin zəhərlənməsi faktı ilə bağlı araşdırmalara başlanılıb. “Report”un əldə etdiyi məlumata görə, Xətai rayonu “Venesiya” şadlıq evindəki kütləvi zəhərlənmə ilə bağlı Xətai rayon Prokurorluğunda araşdırmalara başlanılıb, müvafiq ekspertizalar təyin olunub. Qeyd edək ki, hadisə aprelin 18-də qeydə alınıb. Toy məclisi zamanı kütləvi zəhərlənmə olub. Dəqiqləşdirilməmiş bakterial qida zəhərlənməsi diaqnozu ilə onların hər birinə zəruri tibbi yardımlar göstərilib. …

Read More »

Bakıda Azərbaycan-İraq Hökumətlərarası Birgə Komissiyanın iclası keçiriləcək

Bakıda Azərbaycan-İraq Hökumətlərarası Birgə Komissiyanın iclası keçiriləcək. Boyukmillet.com xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi məlumat yayıb. Bildirilib ki, Azərbaycanın xarici işlər nazirinin müavini Yalçın Rəfiyev İraqa səfər edib. Səfər çərçivəsində nazir müavini Yalçın Rəfiyev İraqın rabitə naziri, Azərbaycan Hökuməti və İraq Hökuməti arasında ticarət, iqtisadi, elmi, texniki və mədəni əməkdaşlıq üzrə Birgə Komissiyanın İraq tərəfindən həmsədri xanım Hiyam Əl-Yasiri ilə görüşüb. …

Read More »

DTX terrorçuluqda şübhəli bilinən şəxsi saxlayaraq Azərbaycana gətirib

Bakı şəhər Səbail rayon məhkəməsində Dövlət Təhlükəsizliyi Xidmətində (DTX) aparılan cinayət işi üzrə saxlanılmış Nəcimov Ruslan Rafiq oğlu barəsində müstəntiqin vəsatəti və prokurorun təqdimatı əsasında həbs qətimkan tədbirinin seçilməsi ilə bağlı məhkəmə prosesi keçirilib. Boyukmillet.com -un məlumatına görə, müəyyən edilib ki, sabit silahlı qrup tərkibində terrorçuluqla bağlı cinayət əməllərinin törədilməsində şübhəli bilinən, 1987-ci il təvəllüdlü Azərbaycan Respublikasının vətəndaşı Nəcimov Ruslan Rafiq …

Read More »

İsrail ordusunun Livana endirdiyi zərbələr nəticəsində azı 7 nəfər ölüb

İsrail Hərbi Hava Qüvvələri pilotsuz uçuş aparatları ilə Livanın cənubuna endirdiyi zərbələr nəticəsində azı 7 nəfər həlak olub. Boyukmillet.com xəbər verir ki, bu barədə “Lebanon 24” xəbər portalı məlumat yayıb Qeyd olunub ki, zərbələrin çoxu Nəbatiyyə şəhərinin kənarında və “Hizbullah” bazalarının yerləşdiyi İqlim əl-Tuffah dağlıq bölgəsinə endirilib. Bir Livan əsgəri daxil olmaqla bir neçə nəfər yaralanıb.

Read More »

Roma Papası Azərbaycana və ​​Ermənistana müraciət edib

Roma Papası Fransisk Pasxa mesajında ​​Azərbaycan və Ermənistana qısa zamanda sülh razılaşmasına nail olmağa çağırıb. Bu barədə Boyukmillet.com “Vatican News”a istinadən xəbər verir. Pontifik iki ölkə arasında yekun barışığa və regionun bərpasına ümid etdiyini bildirib. “Sülh tərksilahsız mümkün deyil. Hər bir xalqın öz müdafiəsini təmin etməsi zərurətini dərk edərək, bunun qlobal silahlanma yarışına çevrilməsinin qarşısını almaq vacibdir”, – müraciətdə deyilir. O, …

Read More »

Azərbaycanın diaspor fəalları Lvovda Pasxa bayramı ərəfəsində humanitar yardım aksiyası həyata keçiriblər

Azərbaycanın Ukraynadakı diaspor fəalları Lvovda Pasxa bayramı ərəfəsində humanitar yardım aksiyası həyata keçiriblər. Boyukmillet.com AZƏRTAC-a istinadən xəbər verir ki, Birləşmiş Ukrayna Azərbaycanlıları Konqresinin Gənclər və İdman Departamenti və yerli YUNKOR Gənclər İcmasının birgə təşəbbüsü və təşkilatçılığı ilə Lvovda Pasxa bayramı münasibətilə əsgərlərə, hərbçilərə humanitar yardım göstərib. Birləşmiş Ukrayna Azərbaycanlıları Konqresinin Gənclər və İdman departamentinin rəhbəri Şəhriyar Məhərrəmov AZƏRTAC-a bildirib ki, Azərbaycan Prezidenti …

Read More »

Dubay şokoladı ətrafında ajiotaj dünyada püstə qıtlığına yol açıb

Keçən ilin yayında məşhurlaşan Dubay şokoladı ətrafında yaranan ajiotaj dünyada püstə qıtlığına səbəb olub. Boyukmillet.com xəbər verir ki, bu barədə “Financial Times” (FT) yazıb. Məhsul püstə pastası və kataifi xəmiri ilə doldurulmuş şokoladdan ibarətdir. O, bloqçuların çoxsaylı icmalları sayəsində trend halına gəlib. “Dubay şokoladının populyarlığının sürətli artımı püstənin qlobal təklif qıtlığını yaradıb ki, bu da dünyada mövcud olan bu yaşıl qozun …

Read More »