Cümə , 3 Aprel 2026

Yearly Archives: 2025

Şimali Kipr nümayəndəsi türk dövlətlərinə müraciət edib

Türk dövlətləri transsərhəd, təbii fəlakət, qeyri-qanuni miqrasiya və hibrid təhdidlərə qarşı da birləşməlidir. Boyukmillet.com xəbər verir ki, bunu Şimali Kipr Məclisinin Hüquq, siyasi məsələlər, xarici əlaqələr və müdafiə komitəsinin sədri Yasemi Öztürk Türk Dövlətləri Parlament Assambleyasına (TÜRKPA) üzv dövlətlərin parlamentlərinin müdafiə və təhlükəsizlik üzrə komitə sədrlərinin Bakıda keçirilən ikinci iclasında deyib. O, türk dövlətlərinə müraciət edərək bildirib ki, bu gün …

Read More »

Barro: Rusiyanı masaya “boğa-boğa” gətirmək lazımdır

Rusiyanı danışıqlar masasına gətirmək üçün onu sanksiyalarla boğmaq lazımdır. Boyukmillet.com xəbər verir ki, bunu Fransa xarici işlər naziri Jan-Noel Barro deyib. “Ötən həftəsonu Sumı vilayətində törədilən qırğınla Ukraynadakı dəhşətlər pik həddə çatdı. Sumı şəhərində iki dəfə günahsız dinc sakinlər Putinin raketləri ilə hədəfə alınıb. Bu, bir daha sübut edir ki, Putin mülki əhali və müharibə qaydalarına hörmət etmir”, – Barro …

Read More »

Dövlət qurumlarına məxsus pulları mənimsəməkdə təqsirləndirilən şirkət rəhbərinə hökm oxunub

Cinayət yolu ilə əldə edilmiş əmlakı leqallaşdırmaqda təqsirləndirilən Rüfət Nurəddin oğlu Kərimovun cinayət işi üzrə məhkəmə prosesi yekunlaşıb. Boyukmillet.com-un məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Kamran Muxtarovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub. Hökmə əsasən, onun barəsində 3 il sınaq müddəti seçilməklə şərti cəza verilib.  İttihama görə, Rüfət Kərimov 2017-2022-ci illər ərzində təsisçisi və faktiki rəhbəri olduğu çoxsaylı şirkətlərə dövlət qurumları …

Read More »

DTX-də Naxçıvan Səhiyyə Nazirliyindəki maliyyə pozuntuları ilə bağlı cinayət işi başlanıb

Hesablama Palatasının Naxçıvan Muxtar Respublikasının Səhiyyə Nazirliyində və onun tabeliyində olmayan qurumlarda apardığı kənar dövlət maliyyə nəzarət tədbiri nəticəsində dövlət vəsaitlərinin və əmlakının idarə olunması sahəsində hüquqpozmalara yol verildiyi müəyyən olunub. Boyukmillet.com xəbər verir ki, bu barədə Palatanın ötənilki fəaliyyəti ilə bağlı hesabatda bildirilir. Sənədə əsasən, aşkar edilmiş pozuntularla bağlı müvafiq materiallar Dövlət Təhlükəsizliyi Xidmətinə (DTX) təqdim edilib. Xidmətdən daxil olan …

Read More »

Hesablama Palatası Naxçıvanda aşkarladığı pozuntularla bağlı Baş Prokurorluq və DTX-yə müraciət edib

2024-cü ildə Naxçıvan Muxtar Respublikasında 4 audit üzrə aşkarlanmış hüquqpozmalarda cinayət tərkibinin əlamətlərinin ehtimal edilməsi ilə əlaqədar müvafiq materiallar Baş Prokurorluğa, eləcə də Dövlət Təhlükəsizliyi Xidmətinə (DTX) göndərilib. Boyukmillet.com xəbər verir ki, bu barədə Hesablama Palatasının ötənilki fəaliyyəti ilə bağlı hesabatda bildirilir. Sənəddə deyilir ki, Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsindən təqdim edilmiş məlumata əsasən Palatanın yerli idarəsinin …

Read More »

Hesablama Palatası ötən il 575 milyon manatlıq maliyyə pozuntusu aşkar edib

2024-cü ildə Hesabalama Palatası həyata keçirdiyi kənar dövlət maliyyə nəzarəti tədbirləri hesabına 574,9 milyon manatlıq pozuntu aşkar edib. Boyukmillet.com xəbər verir ki, bu barədə Palatanın ötənilki fəaliyyəti ilə bağlı hesabatda bildirilir. Sənədə əsasən, bunun 113,3 milyon manatı uyğunluq elementləri üzrə dövlət büdcəsinə dəymiş zərər, 461,6 milyon manatı isə digər maliyyə pozuntuları olub. Hesabat dövründə zərərin 83,4 milyon manatı pul və yaxud …

Read More »

Bakıda tanınmış gecə əyləncə klubunun fəaliyyəti dayandırılıb

Bakıda tanınmış gecə əyləncə klubunun fəaliyyəti dayandırılıb. Bu barədə Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən məlumat verilib. Bildirilib ki, Dövlət Yanğın Nəzarəti Xidməti tərəfindən Bakı şəhəri, Səbail rayonu, Əbdülkərim Əlizadə küçəsi, ev 7 ünvanında yerləşən “Paramount Baku” gecə əyləncə klubunda keçirilən yoxlama zamanı yanğın təhlükəsizliyi sahəsində çoxsaylı nöqsanların mövcud olduğu, həmin nöqsanların insan həyatı və ya sağlamlığına, ətraf mühitə və dövlətin əmlak …

Read More »

Ermənistan XİN: İrəvan Bakı ilə həm sərhəddə, həm də üçüncü ölkədə saziş imzalamağa hazırdır

Ermənistan Azərbaycanla həm sərhəddə, həm də üçüncü ölkələrdən hansısa birində sülh sazişi imzalamaq imkanlarını mümkün hesab edir. Boyukmillet.com xəbər verir ki, bu barədə Türkiyənin NTV telekanalına müsahibəsində Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan bildirib. “Hesab edirik ki, indi sazişin imzalanma yerini, vaxtını və dəqiq tarixini müəyyən etmək üçün dərhal məsləhətləşmələrə başlaya bilərik. Bu, Ermənistan-Azərbaycan sərhədi də ola bilər, həm Yerevan, …

Read More »

ABŞ İranın nüvə obyektlərinə zərbə endirə bilər

Vaşinqton lazım gələrsə, İrana qarşı sərt davranmağa hazırdır və digər məsələlərlə yanaşı, Tehranın nüvə obyektlərinin məhv edilməsini də nəzərdən keçirir. Boyukmillet.com-un məlumatına görə, bunu ABŞ Prezidenti Donald Tramp Ağ Evdə Salvador Prezidenti Nayib Bukele ilə görüşü zamanı jurnalistlərə deyib. “Bu, çox sadədir. Onların (İran – red.) nüvə silahı ola bilməz və onlar (ABŞ ilə danışıqlarda – red.) tez hərəkət etməlidirlər. Əgər …

Read More »

Ersin Tatar İlham Əliyevə təşəkkür edib

Şimali Kipr Türk Cümhuriyyətinin Prezidenti Ersin Tatar Antalyada Azərbaycan Prezidenti İlham Əliyevlə görüşüb. Boyukmillet.com xəbər verir ki, Antalya Diplomatiya Forumunda iştirak etmək üçün Türkiyədə səfərdə olan Prezident Ersin Tatar Antalyada Azərbaycan Prezidenti İlham Əliyevlə görüşünü dəyərləndirib. Prezident Ersin Tatar qeyd edib ki, tərəflər Prezidenti İlham Əliyevlə Şimali Kiprlələ Azərbaycan arasında əlaqələrin gücləndirilməsi məqsədilə tələbələrin və turistlərin sayının artırılması, gənclərin və …

Read More »