Cümə axşamı , 2 Aprel 2026

Yearly Archives: 2025

Baş İdarə əməliyyat keçirib, 62 kq narkotik aşkarlanıb

62 kiloqram narkotik vasitə dövriyyədən çıxarılıb. Bu barədə Daxili İşlər Nazirliyindən məlumat verilib. Bildirilib ki, Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsi və satışına qarşı mübarizə tədbirləri davam etdirilir. Astara rayonunda keçirilən əməliyyat zamanı əvvəllər də narkotiklə əlaqəli cinayətə görə məhkum olunmuş 43 yaşlı Anar Novruzov və onunla əlbir olan 39 yaşlı Taleh Məmmədov tutulublar. Saxlanılan şəxslərdən ümumilikdə …

Read More »

Vaşinqtondakı atışmada şübhəli bilinən şəxs vaxtilə ABŞ kəşfiyyatına işləyib

Vaşinqtondakı atışmada şübhəli bilinən şəxs əvvəllər Əfqanıstanda ABŞ-nin müxtəlif hökumət strukturlarına, o cümlədən kəşfiyyata işləyib. Boyukmillet.com xəbər verir ki, bu barədə Mərkəzi Kəşfiyyat İdarəsinin direktoru Con Retkliff “Fox News”a müsahibəsində bildirib. ABŞ polisi həmin şəxsin saxlanıldığını açıqlayıb. Onun təkbaşına hərəkət etdiyi dəqiqləşdirilib. KİV-in məlumatına görə, atəş açan şəxs 2024-cü ildə sığınacaq üçün müraciət edib və onun ərizəsi 2025-ci ilin aprelində …

Read More »

KİV: ABŞ Milli Qvardiyasının hərbçilərini öldürən şəxs Əfqanıstan vətəndaşıdır

Vaşinqtonun mərkəzində ABŞ Milli Qvardiyasının hərbi qulluqçularına atəş açaraq öldürən şəxs Əfqanıstan vətəndaşıdır. Boyukmillet.com-un məlumatına görə, bu barədə “CBS News” hüquq-mühafizə orqanlarındakı mənbələrə istinadən xəbər verib. Məlumata görə, hücumçunun adı Rəhmanulla Laqanvaldır. O, ABŞ-yə 2021-ci ildə gedib. Qeyd edək ki, hadisə zamanı iki hərbçi həlak olub.

Read More »

Honq Konqda yaşayış kompleksinin üç binasında yanğın davam edir

Honq Konqda yanğınsöndürənlər yaşayış kompleksinin səkkiz yaşayış binasından üçündə yanğının söndürülməsi işlərini davam etdirirlər. Boyukmillet.com -un məlumatına görə, bu barədə şəhərin yanğınsöndürmə xidməti xəbər verib. Məlumata görə, 26 axtarış-xilasetmə qrupu ölən və xəsarət alananların axtarışına başlayıb. Yanğın Hon Konqun yeni ərazilərinin Tay Po rayonundakı səkkiz çoxmərtəbəli binadan ibarət “Van Fuk Kout” kompleksində baş verib. Bir bina əsasən zərər görməyib, yeddi …

Read More »

Avtomobili bilərəkdən nömrəsiz idarə edən sürücü həbs edilib-Video

Bakıda avtomobili bilərəkdən nömrəsiz idarə edən sürücü həbs edilib. Boyukmillet.com xəbər verir ki, Bakıda “Chevrolet Cobalt LTZ” markalı, 90-YQ-* dövlət qeydiyyat nişanlı avtomobilin nömrəsiz idarə edildiyi müəyyən olunub. Paytaxtın Binəqədi şossesində həmin avtomobili idarə edən 2000-ci il təvəllüdlü Ələkbər Rzayevin yol hərəkəti qaydalarını dəfələrlə pozaraq digər hərəkət iştirakçılarının həyat və sağlamlığına real təhlükə yaratdığı, həmçinin məsuliyyətdən yayınmaq üçün dövlət nömrə …

Read More »

Honkonqda binada güclü yanğın – Çox sayda ölən və yaralanan var – VİDEO

Honkonqda mənzil kompleksində güclü yanğın olub. Baş verən yanğında ən azı dörd nəfər ölüb, çox sayda yaralı var. Şəhər polisinin məlumatına görə, yanğın Tay Po rayonundakı çoxmərtəbəli binada başlayıb. Bir binada başlayan yanğın ətrafdaki binalara da keçib və bir neçə binada yanğın davam edib. Yanğından görüntülər təqdim edirik:

Read More »

“İki Azərbaycan vətəndaşını Ukraynada əsassız yerə tutublar”

İki Azərbaycan və bir Türkiyə vətəndaşının 7 aydan çoxdur əsassız ittihamlarla Ukraynada saxlanıldığı deyilir. Boyukmillet.com xəbər verir ki, bu barədə “qafqazino”ya həbs olunan şəxslərdən birinin qohumu müraciət edib. Adının çəkilməyini istəməyən şikayətçi iddia edib ki, Əmrah Cəfərzadə, Vüsal Əliyev və İsa Koçar erməni əsilli qadının saxta ittihamlarına görə həbsə salınıblar. Onun sözlərinə görə, adıçəkilən şəxslərə erməni əsilli Ukrayna vətəndaşına qarşı təcavüz …

Read More »

DTX-nin həbs etdiyi şəxslərə ağır cəza verildi

Terroru maliyyələşdirməkdə təqsirləndirilən Xəqani Ömərov, Anar Salamzadə və Elçin Əzizovun barəsində Dövlət Təhlükəsizliyi Xidmətində (DTX) başlanılmış cinayət işi üzrə məhkəmə araşdırması yekunlaşıb. Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Nigar İmanovanın sədrliyi ilə keçirilən prosesdə müdafiə çıxışlarından sonra təqsirləndirilənlərə son söz verilib. Müşavirədən sonra hökm elan edilərək Xəqani Ömərov 10 il 6 ay, Anar Salamzadə 11 İl, Elçin Əzizov isə 10 il …

Read More »

Almaniya bunu da etdi – Baltik dənizinin gizli mühafizəçisinin VİDEOSU yayıldı

Almaniyanın “Euroatlas” şirkəti sualtı müşahidə texnologiyalarında yeni mərhələ sayılan görünməz, süni intellektlə idarə olunan “Greyshark” adlı dronu təqdim edib. Boyukmillet.com xəbər verir ki, bu aparat hidrogenlə işləyən mühərriklər sayəsində aylarla fasiləsiz suyun altında qala bilir və minlərlə kilometr məsafə qət edə bilir. Məlumata görə, “Greyshark” artıq mövcud kəşfiyyat-informasiya sistemlərinə inteqrasiya olunub və geniş akvatoriyaları real vaxtda izləyə bilir. Dron sualtı …

Read More »

Nazirlik bu kitaba qadağa qoydu

“Elm və Təhsil Nazirliyi çox qəribə və izahı çətin bir qərar qəbul edib: Donna Deyl Karneginin “Yeniyetmə qızlar: Dostları necə qazanmalı və insanlara necə təsir etməli” kitabının məktəb kitabxanalarına alınmasına qadağa qoyulub”.Boyukmillet.com xəbər verir ki, bunu “Qanun” Nəşrlər Evinin direktoru Şahbaz Xuduoğlu bildirib.Onun  sözlərinə görə, nazirlik yanında fəaliyyət göstərən hansısa komissiya bu kitabı məqsədəuyğun hesab etməyib.“Açığı, bu qərar mənə nəinki …

Read More »