Bazar ertəsi , 6 Aprel 2026

Yearly Archives: 2025

Hava nəqliyyatında yol verilən pozuntulara görə cərimələr I oxunuşda qəbul edilib

Azərbaycanda hava nəqliyyatında yol verilən pozuntulara görə cərimələr müəyyənləşir. Boyukmillet.com xəbər verir ki, bununla bağlı İnzibati Xətalar Məcəlləsinə dəyişikliklər Milli Məclisin bugünkü plenar iclasında birinci oxunuşda müzakirə edilib. Layihəyə əsasən, müntəzəm və qeyri-müntəzəm (çarter) marşrutlara icazə olmadan uçuşların həyata keçirilməsinə görə fiziki şəxslər 3 min manat məbləğində, vəzifəli şəxslər 5 min manat məbləğində, hüquqi şəxslər 10 min manat məbləğində cərimə …

Read More »

8 mart günü Azərbaycanda 22 dərəcə isti olacaq

Beynəlxalq Qadınlar Günü – 8 martda Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.  Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata əsasən, gecə və səhər bəzi yerlərdə zəif duman olacaq.  Cənub-qərb küləyi gündüz şimal-qərb küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 4-8° isti, gündüz 13-18° isti olacaq. Atmosfer təzyiqi 765 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət gecə 60-65 %, …

Read More »

İran ABŞ-dən 12 milyard dollardan çox kompensasiya tələb edir

İran Məhkəməsi ABŞ hakimiyyətinin 12 milyard 615 milyon dollar məbləğində kompensasiya ödəməsi haqqında qərar qəbul edib. Boyukmillet.com xəbər verir ki, bu barədə məlumatı İran İnqilab Keşikçiləri Qvardiyasına (Sepah) bağlı mənbə yayıb. Məlumata əsasən, İran məhkəməsi sanksiya nəticəsində talassemiyadan əziyyət çəkən iranlı xəstələrə dəymiş fiziki və mənəvi ziyana görə ABŞ hakimiyyətinin 12 milyard 615 milyon dollar təzminat ödəməsinə qərar verib.   Xatırladaq …

Read More »

Azərbaycan COP30 brifinqində qlobal iqlim tədbirlərini irəli aparmaq öhdəliyini bir daha təsdiqləyib

Azərbaycan ötən gün Braziliyada keçirilən COP30 brifinqində qlobal iqlim tədbirlərini irəli aparmaq öhdəliyini bir daha təsdiqləyib. Boyukmillet.com xəbər verir ki, bu barədə Azərbaycan Respublikasının Birləşmiş Millətlər Təşkilatı yanında Daimi Nümayəndəliyinin “X”dəki rəsmi hesabında bildirilib. Qeyd olunur ki, Azərbaycanda keçirilmiş COP29 iqlim fəaliyyətinin irəliləyişində dönüş nöqtəsi oldu: “Biz Bakıda başlanmış Fəaliyyət Proqramı təşəbbüslərinə əsaslanaraq COP-dan COP-a əməkdaşlığı gücləndirmək, davamlılıq və uyğunluğu …

Read More »

KİV: ABŞ bəzi ölkələrin vətəndaşlarının ölkəyə girişini qadağan edəcək

Amerika lideri Donald Tramp bir sıra ölkələrin vətəndaşlarının ABŞ-yə girişini qadağan etməyi planlaşdırır. Boyukmillet.com xəbər verir ki, bu barədə “The New York Times” mənbələrə istinadən məlumat yayıb. Onların sözlərinə görə, Tramp administrasiyası ölkələrin qırmızı siyahısını tərtib etmək üzərində işləyir. Siyahıya çox güman ki, Trampın ilk dövründə vətəndaşlarının ABŞ-yə girişi qadağan edilmiş ölkələr də daxil olacaq. Onların arasında Venesuela, İran, Yəmən, …

Read More »

Anar AYB-nin qapılarını meyxanaçılara taybatay açdı – yazıçılar “üsyan” edir…

Meyxana ilə ciddi poeziyanın arasında heç bir bağ olmadığı halda, bəzi meyxanaçılar Azərbaycan Yazıçılar Birliyinə (AYB) üzv olmaq istədiklərini bildiriblər. Azərbaycan Yazıçılar Birliyinin (AYB) sədri Anar Rzayev mətbuata bildirib ki, təşkilata üzvlük Birliyin nizamnaməsinə uyğun həyata keçirilir: “Meyxanaçılar da AYB-yə üzv olmaq istəyirlərsə, həmin nizamnamə ilə tanış olub üzv olmaq istədikləri ilə bağlı ərizə versinlər. Qəbul komissiyası tərəfindən ərizələrinə baxılacaq”. …

Read More »

Azərbaycan həbsdə olan jurnalist sayına görə ikinci yerdədir

Avropa ölkələrində həbsdə olan 159 jurnalistdən 30-u Azərbaycandadır Avropa Şurasının Jurnalistikanın qorunması və jurnalistlərin təhlükəsizliyi üzrə platforması illik hesabatını yayıb. Martın 5-də dərc olunan “2024: Siyasi təzyiq, dezinformasiya və media müstəqilliyinin aşınması ilə mübarizə” adlı hesabatda bildirilib ki, Azərbaycan həbsdə olan jurnalist sayına görə Avropada Belarusdan sonra ikinci yerdədir. Ötən il dekabrın 31-dək Avropada 159 jurnalist həbsdə olub. Onların 44-ü Belarusun, 30-u …

Read More »

Azərbaycana PUA ilə narkotik keçirilməsinin qarşısı alınıb, uçuş aparatı zərərsizləşdirilib

Dövlət sərhədində müşahidə edilən uçuş aparatı zərərsizləşdirilib. Bu barədə Dövlət Sərhəd Xidmətindən (DSX) məlumat verilib. Bildirilib ki, martın 4-də DSX-in Sərhəd Qoşunları Komandanlığının “Göytəpə” sərhəd dəstəsinin xidməti ərazisindən ümumi çəkisi 515 qram narkotik vasitə heroinin kiçik həcmli PUA vasitəsilə Azərbaycana keçirilməsinin qarşısı alınıb. Faktla bağlı əməliyyat-istintaq tədbirləri davam etdirilir.

Read More »

Ağadadaş Ağayevə hökm oxunub

Xalq artistinə qarşı xuliqanlıqda ittiham olunan “Medera Hospitalı”n mühafizəçisinə də cəza verilib Xuliqanlıqda ittiham olunan Xalq artisti, müğənni Ağadadaş Ağayevin işi üzrə məhkəmə prosesi yekunlaşıb. Binəqədi Rayon Məhkəməsində keçirilən iclasda ona hökm oxunub. Hökmə əsasən, Ağadadaş Ağayevə 2 il azadlıqdan məhrumetmə cəzası təyin edilib. Cinayət Məcəlləsinin 70-ci (şərti məhkum etmə) maddəsi tətbiq edilməklə, 1 il sınaq müddəti təyin olunub və …

Read More »

Azərbaycan ilə NATO arasında ikitərəfli əməkdaşlıq məsələləri müzakirə olunub

Ramid Namazovun rəhbərliyi ilə Milli Məclisin nümayəndə heyəti NATO Parlament Assambleyası çərçivəsində görüşlərdə iştirak etmək üçün Brüsselə səfər edib. Bu barədə Boyukmillet.com -a NATO yanında Azərbaycan nümayəndəliyinin “X” sosial şəbəkəsindəki paylaşımına istinadən xəbər verir. Səfər çərçivəsində Azərbaycan nümayəndə heyəti nümayəndəliyin diplomatları ilə birlikdə NATO Parlament Assambleyasının Baş katibi, həmçinin bir neçə komitənin rəhbərləri ilə görüşlər keçirib. “Görüşlərdə Azərbaycan ilə NATO …

Read More »