Bazar , 5 Aprel 2026

Yearly Archives: 2025

Azərbaycanın Los-Ancelesdəki Baş Konsulluğu öz binasında fəaliyyətini bərpa edib

Azərbaycanın Los-Ancelesdəki Baş Konsulluğu öz binasında fəaliyyətini bərpa edib. Bu barədə “Report”un sorğusuna cavab olaraq Azərbaycan Xarici İşlər Nazirliyinin Mətbuat Xidməti İdarəsinin rəisi Ayxan Hacızadə məlumat verib. Xatırladaq ki, Kaliforniyada yanvarın 7-dən başlayan yanğınlar səbəbindən Azərbaycanın Los Ancelesdəki Baş Konsulluğunun yerləşdiyi bina müvəqqəti olaraq evakuasiya edilmişdi. Konsulluğun fəaliyyəti distant qaydada həyata keçirilirdi.

Read More »

Türkiyə ordusu İraqda PKK-nın 11 üzvünü öldürüb

Türkiyə Silahlı Qüvvələri İraqın şimalında növbəti əməliyyatlar keçirib. Boyukmillet.com xəbər verir ki, bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyindən bildirilib. Qeyd olunub ki, yanvarın 29-dan fevralın 8-dək keçirilən əməliyyatlarda PKK terror təşkilatının 11 üzvü öldürülüb. Onlardan yeddisi Qara, dördü isə Hakurk bölgəsində keçirilən əməliyyatlar nəticəsində zərərsizləşdirilib. Nazirlikdən bildirilib ki, terrorçulara qarşı mübarizə davam edəcək.

Read More »

Lerikdə qarın hündürlüyü 62 sm-ə çatıb – FAKTİKİ HAVA

Fevralın 9-u saat 9:00-a olan məlumatına əsasən ölkə ərazisində yağıntılı və küləkli hava şəraiti müşahidə olunub. Boyukmillet.com xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidmətindən bildirilib. Qeyd olunub ki, Bakı və Abşeron yarımadasının bəzi yerlərində, dağlıq və dağətəyi rayonlarda qar yağıb. Yağan qarın hündürlüyü Lerikdə 62 sm, Qrızda 19 sm, Yardımlı 17 sm, Kəlbəcərdə 10 sm, Şuşada 8 sm, Laçın, …

Read More »

ABŞ lideri İrandan danışıb: Mən onları bombalamayacağam

“Mən İranla nüvə məsələlərində razılaşmaq istərdim, çünki bunu bombalamaqdan üstün tuturam”. Boyukmillet.com xəbər verir ki, bunu ABŞ lideri Donald Tramp “The New York Post”a müsahibəsində qeyd edib. Onun sözlərinə görə, belə bir razılaşma əldə olunarsa, İsrail İrana hücum etməyəcək. Bununla belə, Tramp potensial danışıqların təfərrüatlarını açıqlamaqdan imtina edib. Prezident ümid edir ki, onlar hazırkı planlarından əl çəkəcəklər: “Onlara sövdələşməyə hazır olduğumu …

Read More »

Sabah qar yağacaq, yollar buz bağlayacaq

Azərbaycanda fevralın 10-da gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gecə bəzi şəhərətrafı ərazilərdə yağıntılı olacağı, sulu qar yağacağı ehtimalı var, şimal-qərb küləyi əsəcək. Havanın temperaturu gecə 1° şaxtadan 1°-dək isti, gündüz 2-5° isti olacaq. Atmosfer təzyiqi 771 mm civə sütunu təşkil …

Read More »

Küləkli hava şəraiti fevralın 10-dək davam edəcək – FAKTİKİ HAVA

Saat 15:30-a olan məlumata əsasən, ölkə ərazisində yağıntılı və küləkli hava şəraiti davam edir. Milli Hidrometeorologiya Xidmətindən  verilən məlumata görə, ölkə ərazisində müşahidə olunan yağıntılı və küləkli hava şəraiti fevralın 10-dək davam edəcək. Belə ki, Kəlbəcər, Laçın, Daşkəsən, Gədəbəy, Tovuz, Şəki (Kişçay), Oğuz, Qəbələ, Zaqatalada (Əlibəy) arabir qar, Tərtər, Gəncə, Şəmkir, Şamaxı, Astarada isə yağış yağır. Bakıda və Abşeron yarımadasının …

Read More »

İsrail ABŞ-dən 7 milyard dollarlıq silah alacaq

ABŞ İsrailə 7 milyard dollar dəyərində silah, o cümlədən aviasiya bombaları, idarə olunan raketlər və əlaqəli avadanlıqlar tədarük edəcək. Boyukmillet.com xəbər verir ki, bu barədə Pentaqon ABŞ Prezidenti Donald Tramp və İsrailin Baş naziri Binyamin Netanyahu arasında keçirilmiş görüşün nəticəsinə istinadən məlumat yayıb. “ABŞ İsrailin təhlükəsizliyinin təmin edilməsinə sadiqdir ki, bu da ABŞ-nin milli maraqları üçün həlledici önəm daşıyır. Təklif …

Read More »

Tramp ABŞ-dən deportasiya edilən qanunsuz miqrantların sayının az olmasından narazıdır

ABŞ Prezidenti Donald Tramp ABŞ İmmiqrasiya və Gömrük Xidmətinin (ICE) fəaliyyətindən narazıdır. Boyukmillet.com xəbər verir ki, bu barədə NBC telekanalı mənbələrə istinadən məlumat yayıb. Onların məlumatına görə, Tramp qəzəblidir və bu barədə artıq sərhəd təhlükəsizliyi və qanunsuz miqrantların deportasiyasına məsul olan Tomas Homan və daxili təhlükəsizlik naziri Kristi Noemi məlumatlandırıblar. “O, daha çox insanın deportasiya edilməməsindən dəli olur”, – NBC-nin …

Read More »

Dənizdə dalğanın hündürlüyü 5.8 metrə çatıb – FAKTİKİ HAVA

Saat 9:00-a olan məlumata əsasən ölkə ərazisində yağıntılı və küləkli hava şəraiti müşahidə olunur. Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, dağlıq rayonlara qar yağır. Yağan qarın hündürlüyü Lerikdə 79, Yardımlıda 23, Qubada (Qrız) 19, Kəlbəcərdə 17, Şahdağda 14, Şuşada 12, Laçında 7, Xaltanda 6, Xankəndində 4, Qusar, Şahbuzda 1 sm-dir. Bəzi yerlərdə isə yağış yağır. Belə ki, düşən yağıntının miqdarı …

Read More »

Ötən il 17 vəkilin kollegiyadan çıxarılması ilə bağlı məhkəməyə müraciət olunub, 12-sinin fəaliyyəti müvəqqəti dayandırılıb

Ötən il Vəkillər Kollegiyasının Rəyasət Heyətinə vəkillərlə bağlı 1116 şikayət daxil olub. Boyukmillet.com xəbər verir ki, bu barədə Vəkillər Kollegiyasının 2024-cü il üzrə fəaliyyəti barədə hesabatında qeyd olunub. Bildirilib ki, bu şikayətlərdən 185 (17 %) iş üzrə intizam icraatı başlanılıb, 931 (83 %) iş üzrə isə intizam icraatı başlanılmayıb: “İntizam icraatı başlanılan işlər üzrə 47 (25%) şikayət və müraciət dövlət orqanlarından, …

Read More »