Astaranın Ərçivan kənd sakini, vaqonda yaşayan Aslan Qasımov quyu qazıb ailəsini dolandırırmış. Anası Rəvayət Qasımovanın sözlərinə görə, 2023-cü ilin 21 iyununda oğlu quyu qazarkən 15 nəfər polis onu əl-ayağı palçıqlı tutub aparıb. Aslan Qasımov barəsində cinayət işi açılıb. Astara Rayon Polis İdarəsinin əməkdaşları iddia edirdilər ki, onun şalvarının sağ cibində heroin tapılıb. Aslan Qasımov məhkəmədə ittihamı rədd edib. Anasının …
Read More »Yearly Archives: 2025
Donald Tramp Rusiyanı vergi, rüsum və sanksiyalarla hədələyib
Rusiya-Ukrayna müharibəsinə son qoymağa çağıran Tramp yazıb ki, bu ölkəyə yaxşılıq etmək niyyətindədir ABŞ Prezidenti Donald Tramp Rusiyanı Ukrayna ilə tez bir zamanda sülh razılaşması əldə etmədiyi təqdirdə yüksək vergi, rüsum və sanksiyalarla hədələyib. “TruthSocial” sosial şəbəkəsindəki paylaşımında Tramp Rusiyanı incitmək istəmədiyini yazıb. “Mən Rusiyaya zərər vermək istəmirəm. Radikal solçuların bütün bu uydurma “Rusiya, Rusiya, Rusiya” deyərək apardıqları kampaniyaya baxmayaraq, mən …
Read More »İran Ali Məhkəməsi Azərbaycan səfirliyinə terror hücumu edən şəxs barəsində edam hökmünü təsdiqləyib
İranın Ali Məhkəməsi Azərbaycanın Tehrandakı səfirliyinə terror hücumu etmiş Yasin Hüseynzadə barəsində çıxarılan edam hökmünü təsdiqləyib. Boyukmillet.com İSNA-ya istinadən xəbər verir ki, bunu İran məhkəmə sisteminin sözçüsü Əsgər Cahangiri mətbuat konfransında bildirib. Məlumata görə, hökm icra üçün Tehran məhkəməsinə göndərilib. İnformasiyaya əsasən, müttəhimin valideynləri onunla görüşə gələndən sonra hökm icra olunacaq. Xatırladaq ki, 2023-cü il yanvarın 27-də Bakı vaxtı ilə səhər …
Read More »Trampın vədləri və mesajları: “Avtoritar rejimlərin liderləri sevinməkdə tələsirlər“
Zərdüşt Əlizadə: “Trampın düşüncəsində demokratiya deyə bir anlayış yoxdur“ ABŞ-nin 47-ci Prezidenti Donald Tramp yanvarın 20-də and içərək vəzifəsinin icrasına başlayıb. O, Vaşinqtondakı Kapitolidə and içdikdən sonra təxminən 30 dəqiqəlik çıxış edib. Hakimiyyətə gəlməsini Amerikanın qızıl dövrünün başlanğıcı adlandıran Tramp yeni açıqlamalarla gündəmə gəlib. “Bizdə indiyə qədər başqalarının sərhədlərini qorumaq üçün pul xərcləyən, lakin öz sərhədlərini qorumayan bir hökumət var …
Read More »Sarayda tapança, avtomat, qumbara və partladıcı aşkarlanıb
Abşeron rayonunun Saray qəsəbəsi ərazisində silah-sursat aşkar edilib. Bu barədə Fövqəladə Hallar Nazirliyinin (FHN) Mətbuat xidmətindən məlumat verilib. Bildirilib ki, FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin (XRXX) minalardan təmizləmə üzrə çevik qrupu hadisə yerinə cəlb edilib. Hadisə yerinə baxış zamanı aşkarlanmış silah-sursatın döyüş tətbiqinə yararlı 1 ədəd 9 mm-lik Makarov tipli tapança, 1 ədəd AKMS avtomatı, 1 ədəd güllə sandığı, 1 ədəd …
Read More »Putinlə görüşməyə hazır olan Tramp Kiyevə silah tədarükünü dayandırmağı düşünür
“Rusiya Prezidenti Vladimir Putinlə onun üçün əlverişli olan istənilən vaxt görüşməyə hazıram”. Boyukmillet.com xəbər verir ki, bunu ABŞ prezidenti Donald Tramp bildirib. ABŞ prezidenti həmçinin yaxın vaxtlarda Rusiya lideri ilə danışacağına ümid etdiyini bildirib və Kiyevə silah tədarükünün dayandırılması imkanlarının araşdırıldığını təsdiqləyib. Tramp əlavə edib ki, Çin Xalq Respublikasının Sədri Si Cinpindən Ukraynadakı münaqişənin həllinə köməklik göstərməsini istəyib. Əgər ölkə rəhbərliyi …
Read More »Avropa Parlamentinin üzvü qurumun fəaliyyətini kəskin tənqid edib
“Biz hələ də Gürcüstanla bağlı müzakirələr aparırıq. Bütün bunlar mənim üçün utancvericidir”. “Repot”un yerli bürosunun məlumatına görə, bu sözləri Avropa Parlamentinin deputatı Danilo Della Valle Gürcüstanla bağlı müzakirələr zamanı deyib. Avropa “elitaları”nın Gürcüstandakı seçkilərin nəticələrinin hələ də müzakirə etmələrini tənqid edən deputat bildirib ki, ATƏT seçkilərin düzgün keçirildiyini təsdiqləyib: “Bəzi Qərb dairələri bu günə kimi prosesə müdaxilə etməyə çalışır, hətta …
Read More »Ərdoğanı faşizmdə ittiham edən partiya sədri saxlanılıb
Ümit Özdağ 1 ildən 4 ilə qədər həbs oluna bilər Türkiyədə Zəfər Partiyasının sədri Ümit Özdağın “Prezidenti təhqir etmək” ittihamı ilə saxlanıldığı bildilir. Yanvarın 19-da partiyanın iclasında Prezident Rəcəb Tayyib Ərdoğan haqqında söylədiyi fikirlərinə görə Özdağ barəsində İstanbul Baş Prokurorluğu istintaqa başlayıb. “Heç bir səlib yürüşü türk millətini deistə, ateistə, xristiana çevirə bilmədi. Ərdoğanın hakimiyyəti dövründə türk millətinin böyük bir təbəqəsi …
Read More »Əkrəm İmamoğlu Baş prokurorun ittihamlarını rədd edir
“Çıxışımda bircə təhdid sözü belə yoxdur, sözümün arxasındayam” İstanbul Baş prokuroru Akın Gürlek və ailəsi haqqında dediyi sözlərə görə İstanbul Böyük Şəhər Bələdiyyəsinin (İBB) sədri Əkrəm İmamoğlu barəsində istintaq başladıldığı bildirilir. Ona qarşı “təhdid” və “terrorla mübarizədə vəzifəli şəxsləri hədəfə almaq” ittihamları irəli sürülüb. “İstanbul Böyük Şəhər Bələdiyyəsinin sədri Əkrəm İmamoğlu qatıldığı tədbirdə Baş prokuror Akın Gürlekə və ailəsinə qarşı təhdid …
Read More »Mirzoyan İran-Ermənistan sərhədindən Rusiya sərhədçilərinin çıxarılmasına münasibət bildirib
Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan İran-Ermənistan sərhədindən Rusiya sərhədçilərinin çıxarılmasına münasibət bildirərək, bu hadisədə “siyasi qalmaqal”a yer olmadığını bəyan edib. Boyukmillet.com xəbər verir ki, bunu A.Mirzoyan Moskvada rusiyalı həmkarı Sergey Lavrovla birgə mətbuat konfransında “News.ru”nun sualını cavablandırarkən deyib. “Rusiya sərhədçilərinə gəlincə, xatırlatmaq istəyirəm ki, Ermənistanın müstəqilliyinin ilk günündən bizim xahişimizlə rusiyalı sərhədçilər müvəqqəti olaraq Ermənistan və İran arasındakı sərhədin …
Read More »
Boyukmillet.com Biz yanmasaq vətən yanar