Bazar , 5 Aprel 2026

Yearly Archives: 2025

TƏCİLİ! 4 ofisiantın ölümünə görə “Lake Hotel”in icarədarı həbs edildi

Binəqədidə otelin 4 işçisinin ölümündə təqsirləndirilən rəhbər şəxs həbs edilib. Bu barədə Baş Prokurorluğun mətbuat xidmətindən məlumat verilib. Bildirilib ki, noyabrın 21-də paytaxtın Binəqədi rayonu, Xırdalan–Binəqədi şossesində yerləşən “Lake Hotel”in işçiləri – 1997-ci il təvəllüdlü Cavidan Muradlı, 2005-ci il təvəllüdlü Emil Quliyev, 2006-cı il təvəllüdlü Eltac Əliyev və 2007-ci il təvəllüdlü Əkbər Zeynalovun iş görən zaman elektrik cərəyanı vurması nəticəsində ölmələri …

Read More »

Avropa ABŞ-ın dondurulmuş Rusiya aktivlərindən istifadə planını tənqid edir

Avropa İttifaqı diplomatları Trampın Avropa yurisdiksiyalarındakı Rusiya aktivlərinin dondurulmasını ləğv etmək səlahiyyətinin olmadığını bildiriblər və Vitkov planını qalmaqallı adlandırıblar. Boyukmillet.com xarici mediaya istinadla xəbər verir ki, ABŞ-nin xüsusi elçisi Stiv Vitkov və Rusiya nümayəndəsi Kirill Dmitriyev tərəfindən təklif edilən layihə Brüsseldə güclü qəzəbə səbəb olub. Sənəddə Avropada dondurulmuş təxminən 140 milyard avronun Ukraynanın yenidən qurulması üçün istifadə edilməsi niyyəti qeyd …

Read More »

Kreml köhnə sənədlərdən əl çəkmir – Azərbaycana və Ermənistana ismarış

Moskva naftalin iyi verən razılaşmaların dəfn olunduğunu həzm edə bilmir – Bakıdan reaksiya  Rusiya Xarici İşlər Nazirliyinin (XİN) sözçüsü Mariya Zaxarova bildirib ki, Rusiyanın Ermənistan-Azərbaycan münasibətlərinin normallaşdırılması ilə bağlı mövqeyi açıq və ardıcıldır. Zaxarova brifinqdə deyib ki, “səylərimiz regionda davamlı sülhə və rifaha nail olmağa yönəlib”. Onun sözlərinə görə, Bakı, Moskva və İrəvan arasında imzalanan üçtərəfli razılaşmalar öz aktuallığını itirməyib: …

Read More »

ABŞ-da Rusiyaya qarşı sanksiya qanununu noyabrın sonlarında səsvcerməyə çıxarılacaq

ABŞ Nümayəndələr Palatasının bir qrup üzvü spiker Mayk Consonun iştirkaı olmadan yaxın həftələrdə Rusiyaya qarşı sanksiyaları sərtləşdirmək üçün qanun layihəsini səsə qoymaq niyyətindədir. Boyukmillet.com xəbər verir ki, məlumatı konqresmen Brayan Fitspatrik (respublikaçı-red.) bildirib. O, X-də qeyd edib ki, qanunvericilər spikerin ofisinə müvafiq qanunvericilik təşəbbüsü təqdim etdikləri barədə “rəsmi olaraq məlumat veriblər”. Sənəddə layihənin Consonun təsdiqi olmadan səsə qoyulması tələb olunur. …

Read More »

Ukrayna üçün 28 bəndlik tələ, yoxsa… 

Zelenski Trampla razılaşmağa məcburdur ABŞ-ın Ukrayna böhranının həlli üçün 28 bəndlik həll planı hazırladığı haqda KİV-də məlumat yayılıb. Hətta prezident Trampın onu təsdiqlədiyi deyilir. Sənəd rəsmən açıqlanmasa da, məlumatlara görə, layihədə daha çox Kiyevdən güzəşt tələb olunur (Donbasın tam Rusiyaya verilməsi, ordunun sayının iki dəfə azadılması, NATO-ya üzvlükdən imtina, rus dilinin və rus kilsəsinin statusu və s.). Rusiya və ABŞ …

Read More »

Psixotrop və güclü təsirlə maddələrin olduğu dərman vasitələri aşkarlanıb

Hava Nəqliyyatında Baş Gömrük İdarəsi əməkdaşlarının həyata keçirdiyi kompleks tədbirlər çərçivəsində tərkibində psixotrop və güclü təsir edən maddələrin olduğu xeyli miqdarda dərman vasitəsinin qanunsuz şəkildə ölkə ərazisinə gətirilməsi cəhdinin qarşısı alınıb. Bu barədə DGK Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsindən bildirilib. Təbriz – Bakı aviareysi ilə gələn Azərbaycan Respublikası vətəndaşlarının əl yüklərinə stasionar rentgen qurğusu vasitəsilə baxış keçirilib və monitorda dərman …

Read More »

AQTA-dan ağır zəhərlənməyə səbəb olan uşaq qidası barədə XƏBƏRDARLIQ

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) Amerika Birləşmiş Ştatlarında (ABŞ) “ByHeart Whole Nutrition Infant Formula” adlı uşaq qidasının körpələrdə botulizm hallarına (zəhərli bakteriya ilə baş verən ağır qida zəhərlənməsi) səbəb olmasına görə Azərbaycanda istifadəsinə qarşı xəbərdarlıq yayıb. Bu barədə AQTA-dan məlumat verilib. Bildirilib ki, AQTA-nın apardığı araşdırma nəticəsində sözügedən uşaq qidasının ölkəyə idxal edilmədiyi müəyyənləşdirilib. Lakin məhsulun Amazon.com və digər onlayn …

Read More »

Qlobal Jurnalistika Konfransında Azərbaycanda həbsdə olan jurnalistlərə dəstək göstərildi

Malayziyanın Paytaxtı Kuala Lumpur şəhərində Qlobal Araşdırmaçı Jurnalistika Konfransı (The Global Investigative Journalism Conference) keçirilib. Konfransda Jurnalistlərin Müdafiə Komitəsi (CPJ) dünya üzrə müxtəlif ölkələrdə həbsdə olan jurnalistlərin adlarının nümayiş edildiyi stend təşki edib. “Jurnalistika cinayət deyil” şüarı ilə təqdim olunan stenddə 25 nəfər azərbaycanlı məhbus jurnalistlərin adları da qeyd edilib. Foto: Meydan TV Qlobal Araşdırma Jurnalistikası Konfransı (GIJC) araşdırmaçı jurnalistlər …

Read More »

Analitik: Paşinyan “Zəngəzur” ifadəsinə sərt mövqe sərgiləməyə məhkumdur

Zaman həll edəcək Daxili düşmənlərinə əlavə arqument vermək istəmir  Ermənistan Baş naziri Nikol Paşinyan Türkiyə xarici işlər naziri Hakan Fidanın bəyanatına cavab verib. Baş nazir deyib ki, Ermənistan ərazisində yerləşən infrastrukturun adlarını yalnız Ermənistan müəyyən edə bilər. Onun sözlərinə görə, Ermənistanda “Sülh dəhlizi” və TRIPP layihəsi mövcuddur, hər hansı digər terminologiya (Zəngəzur dəhlizi – red.) Ermənistan Respublikasına aid deyil. Qeyd …

Read More »

AQC ilin yekun tədbirinə hazırlığa start verdi

Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin (AQC) sıralarına daha bir qiymətləndirmə şirkətinin qəbul edilməsinə qərar verilib. Bu barədə AQC sədri, Türk Dövlətləri Qiymətləndiricilər Birliklərinin prezidenti Vüqar Oruc məlumat verib. Onun sözlərinə görə, “PRENOTA” MMC qiymətləndirmə şirkəti artıq AQC-yə üzv qəbul edilib. Hazırda daha iki şirkətin müraciəti araşdırılır və təşkilatın müvafiq qurumları həmin şirkətlər barədə müsbət rəy verdikdən sonra müraciətlər müzakirəyə çıxarılacaq. Vüqar Oruc …

Read More »