Rusiya 2025-ci ilin yanvar-sentyabr ayları ərzində Türkiyəyə boru kəməri qazı ixracını ötən ilin eyni dövrü ilə müqayisədə 16 faiz artıraraq 16 milyard kubmetrə çatdırıb. Boyukmillet.com Türkiyə Enerji Bazarı Tənzimləmə Qurumunun (EPDK) məlumatlarına əsasən xəbər verir ki, Türkiyə sentyabr ayında TürkAxını və Mavi Axın boru kəmərləri vasitəsilə Rusiyadan ümumilikdə 1,45 milyard kubmetr qaz idxal edib. Cəmi doqquz ay ərzində Rusiya qazının Türkiyəyə …
Read More »Yearly Archives: 2025
Azərbaycanlıların Rusiyadan ayağı “kəsilir”
Yeni miqrasiya qanunları vətəndaşların bu ölkəyə səfərlərini azaldıb; Moskva “güllə”ni niyə öz ayağına sıxır? Azərbaycan vətəndaşlarının Rusiyaya səfərləri azalıb. Bu ilin 3 rübündə qonşu ölkəyə cəmi 99 min nəfər yollanıb. Müqayisə üçün bildirək ki, ötən ilin eyni zaman kəsimində həmin statistika 144 min nəfər olub. Ümumən 2025-ci ildə Rusiyaya beynəlxalq səfərlərin sayı təxminən 1 milyon azalıb. “Rusiyada miqrasiya sahəsində baş …
Read More »Qanun imzalandı –Materiallar 30 gün ərzində açıqlanacaq
ABŞ prezidenti Donald Tramp Konqres tərəfindən təsdiqlənən və ABŞ hökumətindən uşaq təcavüzünə görə məhkum edilmiş maliyyəçi Ceffri Epşteynin işi ilə bağlı materialları açıqlamağı tələb edən qanun layihəsini imzalayıb. Boyukmillet.com xəbər verir ki, Amerika lideri bunu 19 noyabrda Truth Social-da elan edib. O, qeyd edib ki. “Epşteynlə bağlı materialları açıqlamaq üçün qanun layihəsini imzalayıb”. ABŞ prezidenti maliyyəçinin Demokrat olduğunu və Demokrat …
Read More »Məşhur mağazalar xalqı belə aldadırmış – dövlət hərəkətləndi
Əhalinin ən çox üz tutduğu “Baku Electronics”, “ABC Telecom” kimi ticarət şəbəkələrinin saxtakarlığı üzə çıxdı; Eyyub Hüseynov: “İlk sırada ”Kontakt Home” gəlir” Azərbaycan Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi haqsız rəqabət hallarının qarşısının alınması ilə bağlı kompleks tədbirləri davam etdirir. Belə ki, haqsız rəqabətə yol verməklə rəqabət qanunvericiliyinin tələblərini pozduğuna görə bir sıra təsərrüfat subyektlərinə icrası məcburi …
Read More »Tramp Ukrayna müharibəsi ilə bağlı yeni planı bu həftənin əvvəli təsdiqləyib
ABŞ prezidenti Donald Tramp Ukraynadakı münaqişəyə dair Vaşinqtonla Moskvanın hazırladığı yeni plana bu həftənin əvvəlində razılığını bildirib. Boyukmillet.com xəbər verir ki, məlumatı NBC News mənbələrə istinadən yayıb. Bildirilir ki, ABŞ prezidentinin xüsusi elçisi Stiv Vitkoff, ABŞ vitse-prezidenti C.D.Vens, dövlət katibi Marko Rubio və ABŞ prezidentinin kürəkəni Cared Kuşner 28 maddəlik planın hazırlanmasında iştirak ediblər. Kanalın məlumatına görə, planın hazırlanması zamanı ABŞ …
Read More »Bakıda iki şəhidin məzarı qarət edilib
Şəhidlər ailələrinə onları xatırladan əşyaları, xalqımıza isə Vətənimizin bütövlüyünü əmanət ediblər. Bu əmanətə sədaqət isə hər birimizin borcudur. Hər şəhid məzarının qarşısında qoyulan güllər də, məzar önünə düzülən şəxsi əşyalar da… Boyukmillet.com Xəzər TV-yə istinadən bildirir ki, bir şəhidin müharibədə döyüş boyu ayağında olan çəkməsi, kaskası, digər şəhidin isə gitarası məzarının önündən oğurlanıb. Hadisə Bakıxanov qəsəbəsində yerləşən Şəhidlər xiyabanında baş verib. …
Read More »Rusiyada miqrant pulları ilə lüks həyat: generalın ailə sxemi üzə çıxdı
Rusiya Daxili İşlər nazirinin müavini Andrey Kikot qohumlarının adına ümumi dəyəri 1 milyard rubldan artıq olan şirkətlər və daşınmaz əmlak rəsmiləşdirib. Boyukmillet.com xarici agentliklərə istinadən xəbər verir ki, bunu Rusiyanın müxalifyönlü Korrupsiya ilə Mübarizə Fondu (FBK) aşkara çıxarıb. Qeyd edək ki, prezident Vladimir Putinin sərəncamına uyğun olaraq, həmin polis general-polkovniki bu ilin aprelindən miqrantlarla məşğul olan vətəndaşlıq və əcnəbilərin qeydiyyatı …
Read More »Fransa Ermənistana minnət vurdu: “Sizi ilk tanıyan biz olmuşuq”
İrəvanda Fransanın səfirliyinin 30 illiyinə həsr olunmuş tədbirdə səfir Olivye Dekotini çıxış edərək bildirib ki, Fransa Ermənistanın müstəqilliyini tanıyan “ilk dövlətlərdən biri” olub və İrəvanda səfirlik açan ilk ölkələr sırasında dayanır.Boyukmillet.com xəbər verir ki, səfirin bu bəyanatı Ermənistanda xüsusi diplomatik jest kimi təqdim olunsa da, fransız rəsmilərinin “minnət vurması” bölgədəki siyasi reallıq fonunda bir daha diqqət çəkdi.Fransadan Qarabağa gedən erməni …
Read More »Zahid Oruc: “Prezidentin qətiyyəti göstərir ki, biz sərhədlərin Naxçıvana gedən yolla birlikdə açılmasına…”
“Dünya dövlətlərinin 2026-cı il büdcə planlaşdırmasını ümumiləşdirsək, üç tendensiya aydın görünür: tarif və ticarət savaşları güclənib, iqtisadi embarqolar artıb, hərbi və təhlükəsizlik xərcləri daha da böyüyüb. Dünya Ticarət Təşkilatının məlumatına görə, 2024–2025- ci illərdə qəbul edilən ticarət məhdudiyyətləri son 15 ilin ən yüksək səviyyəsinə çatıb. NATO-nun hesabatı göstərir ki, qlobal hərbi xərclərdə illik orta artım 10% səviyyəsindədir. Nəticədə, bir çox ölkələr …
Read More »Deputata məxsus olduğu iddia edilən mal bazarında QANUNSUZ TİKİNTİ davam edir – YENİ DETALLAR
Xəbər verdiyimiz kimi, bir müddət öncə İmişlinin Nurulu kəndində deputat Razi Nurullayevə məxsus olduğu iddia edilən mal bazarının tikintisi mətbuatın gündəminə gəldi və mövcud narazılıqlar nəzərə alınaraq tikinti dayandırıldı. Məsələ bundan ibarətdir ki, həmin mal bazarı kəndlilərin örüş-otlaq sahələri zəbt edilməklə aparılırdı. Məlum olduğu kimi örüş sahəsində hər hansı kommersiya və ya digər məqsədlə tikinti işləri görmək ciddi qanun pozuntusu hesab olunur. Ona görə ki, …
Read More »
Boyukmillet.com Biz yanmasaq vətən yanar