Rusiyanın Kazan, Orenburq və Ulyanovsk hava limanları təyyarələrin gəliş-gedişinə məhdudiyyətlər qoyub. Boyukmillet.com xəbər verir ki, bu barədə Rosaviasiyanın mətbuat katibi Artem Korenyako özünün Telegram kanalında məlumat verib. “Məhdudiyyətlər uçuşların təhlükəsizliyini təmin etmək üçün lazımdır”, – agentliyin sözçüsü yazıb.
Read More »Yearly Archives: 2025
ABŞ narkotik ticarəti üçün istifadə edilən qayığı məhv edib
ABŞ Karib dənizində narkotik ticarəti üçün istifadə edilən gəmini məhv edib. Boyukmillet.com-un məlumatına görə, bu barədə Pentaqon rəhbəri Pit Heqset “X” sosial şəbəkə hesabında məlumat verib. Heqsetin sözlərinə görə, narkotiklər ABŞ hakimiyyəti tərəfindən terror təşkilatı hesab edilən təşkilatın üzvləri tərəfindən daşınıb. Təşkilatın adı isə açıqlanmayıb. Pentaqon rəhbəri bəyan edib ki, beynəlxalq sularda baş verən zərbə zamanı qayıqda olan üç nəfərdə …
Read More »Türkiyədə dəyəri 62 milyon dollardan çox olan narkotik maddə ələ keçirilib
İrandan Türkiyəyə külli miqdarda narkotik vasitənin keçirilməsinin qarşısı alınıb. Boyukmillet.com xəbər verir ki, bu barədə Türkiyənin Ticarət Nazirliyi məlumat yayıb. Bildirilib ki, noyabrın 1-də Ağrı vilayətində yerləşən “Gürbulak” keçid məntəqəsində keçirilən əməliyyat nəticəsində 721 kiloqram maye matafetamin aşkarlanıb. Nazirliyin məlumatına görə, ələ keçirilən narkotik maddənin ümumi dəyəri 2 milyard 612 milyon türk lirəsidir (təxminən 62 milyon 185 min dollar). O da …
Read More »Ermənistanda pasportlara daha Ağrı dağının təsviri olan möhür vurulmur
Noyabrın 1-dən Ermənistan Milli Təhlükəsizlik Xidmətinin sərhədçiləri pasportlara Ağrı dağı silsiləsinin təsviri olmayan çıxış və giriş möhürləri vurmağa başlayıb. Boyukmillet.com-un məlumatına görə, bununla bağlı Ermənistan mətbuatında video və fotolar dərc olunub. Möhürlərin üzərində təyyarə təsviri və ingilis dilində “Zvartnots” yazısı, İrəvan Beynəlxalq Hava Limanının adı, eləcə də həm erməni, həm də ingilis dilində “Armenia” yazılıb. Xatırladaq ki, müvafiq qərar Ermənistan …
Read More »Ermənistan məktəblərində Azərbaycan dili tədris olunacaq
2025–2026-cı tədris ilindən etibarən Ermənistanın üç məktəbində Azərbaycan dili tədris ediləcək. Boyukmillet.com xəbər verir ki, bu qərar xarici və regional dillərin inkişafına dair dövlət proqramı çərçivəsində qəbul olunub. Məlumata görə, kurs könüllü xarakter daşıyacaq və yalnız müəllimlər olduqda 10–12-ci sinif şagirdləri üçün əlçatan olacaq. Qeyd edə ki, 2022-2023-cü tədris ilində Ermənistanda 12 məktəbdə Türk dili, 4 məktəbdə isə Azərbaycan dili tədris …
Read More »Tramp bu ölkədə hakimiyyəti DƏYİŞİR – ABŞ ordusu ƏMƏLİYYATA HAZIRLAŞIR
“The Washington Post” ABŞ-ın Karib dənizində və Venesuela sahillərində hərbi qüvvələrini sürətlə artırdığını yazıb. Boyukmillet.com xəbər verir ki, analitiklərə görə, bu, ABŞ-ın regionda genişmiqyaslı əməliyyata hazırlaşdığına işarədir. Nəşrin hesablamalarına əsasən, hazırda Karib hövzəsində təxminən 16 min ABŞ hərbçisi cəmləşib. Onların arasında 6 min dəniz piyadası, həmçinin Puerto-Rikoda yerləşdirilən F-35 qırıcılarının şəxsi heyəti də var. “Bloomberg” yazır ki, Puerto-Rikodakı hava bazası uzun …
Read More »Şəhid ailəsini təhqir etdirən Samir Əhmədova cinayət işi açıldı.
Gürcüstanda yaşayan və sahibkarlıq fəaliyyəti ilə məşğul olan, Azərbaycan Respublikası vətəndaşı, “Marneuli İRS” MMC şirkətinin direktoru Samir Sabir oğlu Əhmədov və digər bir neçə Gürcüstan vətəndaşı barəsində Gürcüstan Cinayət Məcəlləsinin 151-1-ci maddəsinin “a” bəndi üzrə cinayət işi başladıb. Bu cinayət işi üzrə istintaqa prosessual rəhbərliyi Gürcüstan Baş prokurorluğu həyata keçirir. Bu barədə Gürcüstan Daxili İşlər Nazirliyindən məlumat veriblər. Cinayəti törədən …
Read More »Türkiyədə Azərbaycan hərbçilərinin iştirakı ilə keçirilən kurs başa çatıb
Azərbaycan ilə Türkiyə arasında imzalanmış “Hərbi təhsil sahəsində əməkdaşlıq haqqında” müqavilə çərçivəsində İsparta şəhərində Əlahiddə Ümumqoşun Ordunun (ƏÜO) hərbi qulluqçularının iştirakı ilə keçirilən “Dağ komando kursu” başa çatıb. Boyukmillet.com xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi məlumat yayıb. Bildirilib ki, bu münasibətlə keçirilən buraxılış mərasimində çıxış edənlər hərbi qulluqçuları kursu müvəffəqiyyətlə bitirmələri münasibətilə təbrik edib, kurs müddətində qazanılan bilik və …
Read More »Azərbaycan manatının dövretmə sürəti sentyabrda cüzi artıb
Bu il oktyabrın 1-nə Azərbaycanın milli valyutası – manatın dövretmə sürəti 3,41 bənd təşkil edib. Boyukmillet.com Azərbaycan Mərkəzi Bankına (AMB) istinadən xəbər verir ki, bu, sentyabrın 1-i ilə müqayisədə 0,03 bənd çox, ilin əvvəli ilə müqayisədə 0,04 bənd az, ötən il oktyabrın 1-nə nisbətən isə 0,05 bənd azdır. AMB-nin statistikasına əsasən, manatın dövretmə sürətinin son 20 il ərzində ən aşağı həddi 2015-ci ilin yanvar ayının yekununda, yəni son illərin ilk devalvasiyası …
Read More »Balakənin sabiq icra başçısı mənimsəmə və rüşvət alma ittihamı ilə həbs edilib
Balakənin sabiq icra başçısı İslam Rzayev barəsində 4 ay həbs qətimkan tədbiri seçilib Balakən Rayon İcra Hakimiyyətinin sabiq başçısı İslam Rzayev barəsində 4 ay müddətinə həbs qətimkan tədbiri seçilib. Bu barədə qərar oktyabrın 31-də Səbail Rayon Məhkəməsində hakim Ülviyyə Şükürovanın sədrliyi ilə keçirilən iclasda verilib. Məlumata görə, Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) Balakən Rayon İcra Hakimiyyətində keçirdiyi əməliyyat zamanı icra başçısı İslam …
Read More »
Boyukmillet.com Biz yanmasaq vətən yanar