Çərşənbə axşamı , 15 Sentyabr 2026
Drone Cameras

ABŞ narkotik ticarəti üçün istifadə edilən qayığı məhv edib

ABŞ Karib dənizində narkotik ticarəti üçün istifadə edilən gəmini məhv edib.

Boyukmillet.com-un məlumatına görə, bu barədə Pentaqon rəhbəri Pit Heqset “X” sosial şəbəkə hesabında məlumat verib.

Heqsetin sözlərinə görə, narkotiklər ABŞ hakimiyyəti tərəfindən terror təşkilatı hesab edilən təşkilatın üzvləri tərəfindən daşınıb. Təşkilatın adı isə açıqlanmayıb. Pentaqon rəhbəri bəyan edib ki, beynəlxalq sularda baş verən zərbə zamanı qayıqda olan üç nəfərdə ölüb.

Heqset Cənubi Amerikada fəaliyyət göstərən və ABŞ-yə narkotik keçirən narkokartelləri “Əl-Qaidə” terror qruplaşması ilə müqayisə edib:

“ABŞ ordusu onlarla eyni şəkildə “Əl-Qaidə” ilə məşğul olduğumuz kimi davranacaq. Biz onları izləməyə, tapmağa, ovlamağa və öldürməyə davam edəcəyik”, o əlavə edib.

Check Also

Şotlandiya, Uels və Şimali İrlandiya öz müqəddəratını təyinetmə hüququ barədə memorandum imzalayıblar

Şotlandiyanın, Uelsin və Şimali İrlandiyanın birinci nazirləri Con Suini, Rhun ap İorvert və Mişel O’Nil …