Bazar , 5 Aprel 2026

Yearly Archives: 2025

Tramp: ABŞ ələ keçirdiyi Venesuela tankerlərinin neftini özündə saxlayacaq

ABŞ həm beynəlxalq sularda ələ keçirilən Venesuela tankerlərinin neftini, həm də gəmilərin özlərini mənimsəməyi planlaşdırır. Boyukmillet.com-un məlumatına görə, ABŞ Prezidenti Donald Tramp bunu Florida ştatının Uest-Palm-Biç yaxınlığındakı Mar-a-Laqo malikanəsində jurnalistlərin suallarını cavablandırarkən deyib. “Biz onu (nefti – red.) saxlayacağıq. Strateji ehtiyatları artırmaq üçün istifadə edə bilərik. Biz onu saxlayacağıq. Biz həmçinin gəmiləri də saxlayacağıq”, – o deyib. Eyni zamanda Tramp …

Read More »

Azərbaycanla Türkiyə arasında gələn il yanvarın 1-dən yeni ixrac prosedurunun tətbiqi nəzərdə tutulur

Azərbaycanla Türkiyə arasında 2026-cı il yanvarın 1-dən etibarən yeni ixrac proseduru və tələblərinin tətbiqi nəzərdə tutulur. Boyukmillet.com xəbər verir ki, bunu Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) sədrinin müavini Əziz Şərifov Bakıda keçirilən II Türkiyə–Azərbaycan İnvestisiya Forumu çərçivəsində “Aqrar tərəfdaşlıq dayanıqlı inkişaf və qida təhlükəsizliyi” adlı paneldə deyib. Onun sözlərinə görə, hazırda Azərbaycandan Türkiyəyə heyvan dərisi istisna olmaqla bir sıra heyvan …

Read More »

İrandan Azərbaycana 6 kq-dan çox narkotikin keçirilməsinin qarşısı alınıb

İrandan Azərbaycana 6 kq 848 qram marixuana, 0.006 mq tiryək keçirilməsinin qarşısı alınıb. Bu barədə  Dövlət Sərhəd Xidmətindən (DSX) məlumat verilib. Bildirilib ki, narkotik keçirilməsinə cəhdin qarşısı Xidmətin Sərhəd Qoşunları Komandanlığının “Lənkəran” sərhəd dəstəsinin xidməti ərazisində alınıb. Fakt üzrə əməliyyat-istintaq tədbirləri davam etdirilir.

Read More »

Almaniyada keçmiş deputat Azərbaycandan rüşvət aldığına görə həbs edilib

Münxen Ali Əyalət Məhkəməsi keçmiş deputat Aksel Fişer barəsində həbs qərarı çıxarıb. Məhkəmənin sədri hakim Yoxen Böslün bildirdiyinə görə, Aksel Fişer Bad Zekkingendə bir klinikada saxlanılıb və Münxendəki məhkəməyə gətirilməli idi: “Biz bu eskalasiyadan məmnuniyyətlə qaçardıq. Amma bizim baxışımıza görə, buna özü səbəb olub”. Fişerin vəkilləri həbs qərarına qarşı şikayət veriblər. Almaniyanın Die Velt nəşri yazır ki, təqsirləndirilən şəxs dəfələrlə məhkəməyə gəlməyib …

Read More »

Onlara 200 manat birdəfəlik maddi yardım veriləcək – SƏRƏNCAM

Aztəminatlı ailələrə birdəfəlik maddi yardım veriləcək. Boyukmillet.com xəbər verir ki, Prezident İlham Əliyev Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı münasibətilə “Aztəminatlı ailələrə birdəfəlik maddi yardım verilməsi haqqında” Sərəncam imzalayıb. Sərəncama əsasən, 2025-ci il dekabrın 30-u tarixinə ünvanlı dövlət sosial yardımı alan ailələrin hər birinə 200 (iki yüz) manat məbləğində birdəfəlik maddi yardım veriləcək. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə, …

Read More »

Naftalan neftinin keyfiyyətli və təhlükəsiz olması barədə təsdiqedici sənədlər veriləcək

Naftalan neftinin keyfiyyətli və təhlükəsiz olması barədə təsdiqedici sənədlər veriləcək. Boyukmillet.com xəbər verir ki, bu, Nazirlər Kabinetinin təsdiqlədiyi 2026-2029-cu illər üçün Naftalan neftinin və ondan hazırlanan preparatların müalicəvi təsirinin beynəlxalq miqyasda tanıdılmasını təmin etmək məqsədilə yeni tibbi araşdırmalar aparılmasına və sözügedən məhsullardan tibbi məqsədlər üçün daha geniş istifadə olunmasına dair Tədbirlər Proqramında əksini tapıb. Proqrama əsasən, Naftalan neftinin və ondan hazırlanan …

Read More »

İsrail ABŞ-ni İranın mümkün hücumu barədə məlumatlandırıb

İsrail ötən həftəsonu ABŞ-yə xəbərdarlıq edib ki, İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) raket təlimləri hücuma hazırlıq ola bilər. Boyukmillet.com xəbər verir ki, bu barədə “Axios” portalı məlumatlı mənbələrə istinadən məlumat yayıb. Portalın məlumatına görə, İsrail Silahlı Qüvvələrinin Baş Qərargah rəisi general-leytenant Eyal Zamir ABŞ Mərkəzi Komandanlığının rəhbəri Bred Kuperlə telefon danışığında bildirib ki, İsrail SEPAH-ın bir neçə gün əvvəl başladığı …

Read More »

Yaponiyada dünyanın ən böyük atom elektrik stansiyasının yenidən işə salınmasına hazırlıq görülür

Yaponiyada dünyanın ən böyük atom elektrik stansiyası (AES) olan “Kasivazaki-Kariva” AES modernizasiyadan sonra fəaliyyətini bərpa etməyə hazırlaşır. Boyukmillet.com xəbər verir ki, bu barədə “Reuters” agentliyi məlumat yayıb. Niiqata prefekturasının qubernatoru Hideyo Hanazumi uzun illər davam edən təhlükəsizlik yoxlamalarından və müdafiə mexanizmlərinin təkmilləşdirilməsindən sonra AES-nin yenidən işə salınmasına razılıq verib. O bildirib ki, görülən təhlükəsizlik tədbirləri ən sərt standartlara cavab verir və …

Read More »

İlham Əliyev MDB dövlət başçılarının qeyri-rəsmi Zirvə görüşündə iştirak etməyəcək

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin dekabrın 21-də Rusiyanın Sankt-Peterburq şəhərində keçirilmiş Ali Avrasiya İqtisadi Şurasının iclasında və MDB dövlət başçılarının bu gün keçiriləcək qeyri-rəsmi Zirvə görüşündə iştirak etməməsinin səbəbləri açıqlanıb. Boyukmillet.com xəbər verir ki, Prezident Administrasiyasından AZƏRTAC-a bildirilib ki, Azərbaycan Avrasiya İqtisadi İttifaqına üzv olmadığına görə Prezident İlham Əliyev Ali Avrasiya İqtisadi Şurasının dekabrın 21-də keçirilmiş iclasında iştirak etməyib. Dövlət başçısı …

Read More »

Azərbaycanda cəzaçəkmə müəssislərində amnistiya aktının icrasına başlanılıb

Prezident İlham Əliyevin təşəbbüsü ilə irəli sürülən amnistiya aktının icrasına başlanılıb. Boyukmillet.com xəbər verir ki, Amnistiya aktının icrası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin cəzaçəkmə müəssisələrində həyata keçirilir. Qeyd edək ki, amnistiya aktının elan edilməsi ilə bağlı təşəbbüslə Prezident İlham Əliyev çıxış edib. Bu təşəbbüsün əsasında Milli Məclis Amnistiya elan edilməsi ilə bağlı qərar qəbul edib. Amnistiya aktına əsasən, Azərbaycanın suverenliyinin və …

Read More »