Ötən gün hakimiyyətə yaxın medialar dövlətə xəyanət və bir sıra ittihamlarla barəsində ev dustaqlığı qətimkan tədbiri seçilmiş Prezident Adminstrasiyasının keçmiş rəhbəri, Azərbaycan Milli Elmlər Akademiyasının sabiq prezidenti Ramiz Mehdiyevə aid olunduğu iddia edilən məktubu yayıblar. Ramiz Mehdiyevin yazdığı iddia olunan məktubda əsasən Azərbaycanda dövlət idarəetmə sistemində ciddi dəyişikliklərə ehtiyac olduğu vurğulanır və konkret bir islahat planı təklif edilir. Məktubun yayılmasından sonra …
Read More »Yearly Archives: 2025
Bakıda keçirilməsi planlaşdırılan Avropa Ravvinlər Konfransı ləğv edilib
Noyabrın 3-6-da Bakıda keçirilməsi planlaşdırılan 33-cü Avropa Ravvinlər Konfransı (CER) ciddi təhlükəsizlik problemlərinə görə ləğv edilib. “İsraelnationalnews” yazır ki, sosial şəbəkələrdə Türkiyə və İranda yaşayan azərbaycanlılar tərəfindən Bakıda keçiriləcək tədbirə qarşı əks mövqeli yazılar yayılmağa başlayıb. Tədbirin planlaşdırılmasında iştirak edən mənbələr qeyd ediblər ki, alınan konkret xəbərdarlıq təşkilatçıları yerli hakimiyyət orqanları ilə məsləhətləşməyə sövq edib. Məsləhətləşmələrdən sonra konfransın başqa yer və …
Read More »Qarabağda cinayətlər törətmiş generalla bağlı qərar dəyişdi
Üç ildən artıqdır ki, həbsdə olan Qarabağ separatçısı, işğalçı komandanı, general-leytenant Mikael Arzumanyanın barəsində seçilmiş həbs-qətimkan tədbiri dəyişdirilib. Boyukmillet.com bu barədə erməni mediasına istinadən bildirir. Onun vəkili Yerem Sarkisyan sosial şəbəkədə Korrupsiyaya Qarşı Mübarizə Məhkəməsinin Arzumanyanı ev dustaqlığına buraxdığını açıqlayıb.M.Arzumanyan 2020-ci ilin 44 günlük müharibəsi zamanı səhlənkarlıqda ittiham olunur. Qeyd edək ki, 2022-ci ilin 30 avqustunda həbs olunsa da, sonradan …
Read More »İranda “Ya türkçə danış, ya sus” yazısı qalmaqal yaratdı
Musavat.com xəbər verir ki, İranda “Ya türkçə danış, ya sus” ifadəsinin yazıldığı avtomobil şəkli sosial şəbəkələrdə böyük rezonans doğurub. İranlı regional ekspert Əhsən Movəhədyan sosial mediada İrana məxsus nömrə nişanı olan avtomobilin arxa şüşəsində yazılmış bu ifadənin fotosunu paylaşaraq sərt tənqid edib. Ekspert bildirib ki, belə şüarlar ölkənin milli təhlükəsizliyinə və kimlik əsaslarına təhdid yaradır: “Bakıda elə bir adam tapılarmı …
Read More »Metroda ödənişlə bağlı unikal yenilik – RƏSMİ
Bakı Metropolitenində tələbə kartları ilə təmassız ödəniş sistemi test edilir. Boyukmillet.com xəbər verir ki, Bakı Metropolitenində ilk dəfə olaraq sərnişinlərin gediş haqqını tələbə kartları ilə təmassız ödəmək sistemi test rejimində istifadəyə verilib. Layihə BakıKART və Bakı Metropoliteni tərəfindən pilot versiyada həyata keçirilir, ilkin mərhələdə isə “Kapital Bank”ın tələbə kartları üzərindən sınaq aparılır. Pilot layihəyə Azərbaycan Dövlət İqtisad Universitetinin tələbələri cəlb olunub. …
Read More »PKK Türkiyədən bütün qüvvələrini çıxarır
Kürdüstan Fəhlə Partiyası (PKK) bazar günü bəyan edib ki, silahlı qüvvələrini Türkiyədən İraqın şimalına çəkir. Bu addım təşkilatın silahsızlanma və siyasi inteqrasiya prosesinin bir hissəsi kimi qiymətləndirilir. Bu barədə “Reuters” agentliyi yazıb. Təxminən 40 ildir Türkiyəyə qarşı silahlı mübarizə aparan PKK-nin fəaliyyətləri nəticəsində 40 mindən çox insan həlak olub. Təşkilat bu ilin mayında 76 yaşlı, hazırda həbsdə olan lideri Abdullah Öcalanın …
Read More »İsrail 2023-cü ildən bəri ilk dəfə ölkənin cənubundakı xüsusi rejimi ləğv edir
İsrailin müdafiə naziri İsrael Kats 2023-cü il oktyabrın 7-də baş verən hücumdan bəri ilk dəfə ölkənin cənubundakı xüsusi rejimin ləğv edildiyini açıqlayıb. Boyukmillet.com xəbər verir ki, bu barədə “Al Arabia” nəşri məlumat yayıb. Xüsusi rejim 2023-cü il oktyabrın 7-də bütün ölkə üzrə tətbiq edilib, lakin sonradan yalnız cənubda qüvvədə qalıb. Sərəncamın qüvvədəolma müddəti sabah başa çatacaq və iki ildən çox …
Read More »Azərbaycan nümayəndə heyəti Yerevanda keçiriləcək Avronest PA-da iştirak etməyəcək
Azərbaycan Milli Məclisinin nümayəndə heyəti Avronest Parlament Assambleyasının oktyabrın 28-30-u Yerevanda keçiriləcək 12-ci plenar sessiyasında iştirak etməyəcək. Bunu Avronest PA-da Azərbaycan nümayəndə heyətinin rəhbəri, deputat Tahir Mirkişili bildirib. Tahir Mirkişili deyib ki, Avronest PA-nın yarısını təşkil edən Avropa Parlamentinin qəbul etdiyi sənədlər, bəyanatlar Azərbaycanın dövlət suverenliyinə, ərazi bütövlüyünə qarşıdır: Foto:: Tahir Mirkişilinin şəxsi arxivindən “Bu bəyanatlar həm də regionda Azərbaycan və Ermənistan …
Read More »3 gün əvvəl işdən çıxarılan generalın Saleh Səmədovla əlaqəsi üzə çıxdı
Vəzifədən azad edilən general İlqar Abbasovun Saleh Səmədovla əlaqəsi üzə çıxıb. Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyinin rəisi vəzifəsindən azad edilən general-mayor İlqar Abbasovla bağlı yeni məlumat yayılıb. Belə ki, 2022-ci ilin iyulunda bu vəzifəyə təyin olunan İlqar Abbasov bir il sonra, 2023-cü ildə İmişli Rayon Ağsaqqallar Şurasının həbs edilən sabiq sədri Saleh Səmədova medal təqdim edib. O, həmin görüş zamanı …
Read More »“Bolmart” mağazalar şəbəkəsində xüsusi əməliyyat – Adnan Əhmədzadənin adı çəkilir
“BOLMART” mağazalar şəbəkəsində hüquq-mühafizə orqanları tərəfindən əməliyyat keçirildiyi bildirilir. Boyukmillet.com teleqram kanallarında yayılan məlumatlara istinadən bildirir ki, əməliyyatın səbəbi şəbəkənin həbs edilən Adnan Əhmədzadə ilə birbaşa əlaqəsinin olması ehtimalıdır. Hazırda əməliyyatın detalları açıqlanmır. Məsələ ilə bağlı rəsmi qurumlar tərəfindən təsdiq və ya təkzibedici məlumat verilməyib.Məlumatı “BarometrTV” teleqram kanalı yayıb.
Read More »
Boyukmillet.com Biz yanmasaq vətən yanar