Cümə axşamı , 2 Aprel 2026

Yearly Archives: 2025

AQC İdarə Heyətinin növbəti iclası keçirilib – FOTO

Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin (AQC) İdarə Heyətinin növbəti iclası keçirilib. Boyukmillet.com xəbər verir ki, ilk olaraq Azərbaycan Qiymətləndiricilər Palatası tərəfindən “Qiymətləndirmə fəaliyyəti haqqında” yeni qanuna əlavə və dəyişikliklərin edilməsi təşəbbüsünün AQC tərəfindən əvvəllər dəfələrlə irəli sürüldüyü qeyd olunub və  bildirilib ki, sözügedən qanuna dəyişikliklərin qəbulu zəruridir. AQC İdarə Heyətinin sədi Vüqar Orucun Cəmiyyətin ictimaiyyətlə əlaqələr və kommunikasiya departamentinə verdiyi açıqlamada bildirilir …

Read More »

Ramiz Mehdiyev dövlətə xəyanətdə ittiham edilir

Bakı şəhəri Səbail rayon məhkəməsi Mehdiyev Ramiz Ənvər oğlu barədə cinayət işi üzrə qərar qəbul edib. Hökumət mediasının yaydığı məlumata görə, qərara əsasən məhkəmə xüsusilə ağır cinayət əməllərinə görə cinayət məsuliyyətinə cəlb edilmiş Ramiz Mehdiyev barədə verilmiş vəsatəti təmin edərək, 4 ay müddətinə ev dustaqlığı qətimkan tədbiri seçib. Ramiz Mehdiyev Cinayət Məcəlləsinin 278.1 (dövlət hakimiyyətini ələ keçirməyə yönələn əməllər), 274 (dövlətə xəyanət) …

Read More »

TƏBİB deputat Cavanşir Feyziyevin oğlu ilə 392 min manatlıq müqavilə imzalayıb

TƏBİB-in tabeliyində olan “İnnovasiya və Təchizat Mərkəzi” tender müsabiqəsi keçirib. Mərkəz Buzovna qəsəbəsində ümumi sahəsi 12 552,30 kvadratmetr olan ofis və anbar kompleksini icarəyə götürüb. Müqavilənin dəyəri 392 min manatdır. Məlumatı Dövlət satınalmalarının vahid internet portalı yayıb. Müqavilə tender müsabiqəsi keçirilmədən, bir mənbədən satınalma metodu əsasında bağlanılıb. Qeyd olunub ki, tender müsabiqəsinin qalibi fərdi sahibkar Cavanşir Orxan Cavanşirdir. Sahibkar “İnnovasiya və …

Read More »

Prezident İlham Əliyev MDB ilə bağlı sazişi təsdiqləyib

“Müstəqil Dövlətlər Birliyinin iştirakçısı olan dövlətlərin ictimai səhiyyə sahəsində sanitariya-epidemioloji xarakterli fövqəladə vəziyyətlərin qarşısının alınması və cavab tədbirləri üzrə əməkdaşlığı haqqında Saziş” Azərbaycanın müvafiq qeyd-şərti ilə təsdiq edilib. Boyukmillet.com xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı qanunu imzalayıb. Sənəd MDB Hökumət Başçıları Şurasının 2022-ci il oktyabrın 28-də keçirilmiş iclasında imzalanmışdı.

Read More »

Türkiyəyə düşmən mövqedə olan erməni deputata səfər yasağı

Ermənistanda hakim “Vətəndaş müqaviləsi” partiyasının fraksiyasına daxil olan deputatlar, parlamentin Xarici əlaqələr komissiyasının sədri Sərkis Xandanyanın rəhbərliyi ilə 16–20 noyabr tarixlərində İstanbulda keçiriləcək ATƏT Parlament Assambleyasının payız sessiyasında iştirak etmək üçün Türkiyəyə yollanacaqlar. Boyukmillet.com erməni mediasına istinadən xəbər verir ki, bu barədə yerli “Hraparak” qəzeti yazır. Saytın məlumatına görə, Türkiyəyə gedəcək ATƏT nümayəndə heyətinin tərkibində müxalifətdən bir nəfər də olsun deputat …

Read More »

Rusiya Gürcüstana təzminat ödəməkdən İMTİNA ETDİ

Rusiya Avropa İnsan Haqları Məhkəməsinin (AİHM) qərarını yerinə yetirmək niyyətində deyil. Həmin qərara əsasən, Moskva Gürcüstanın 29 mindən çox vətəndaşına Rusiyanın hərəkətləri nəticəsində dəymiş zərərə görə 253 milyon 18 min avro təzminat ödəməli idi. Boyukmillet.com xəbər verir ki, bu barədə Kremlin mətbuat katibi Dmitri Peskov açıqlama verib. “Biz qərara əməl etməyəcəyik”, – deyə Peskov bildirib. Xatırladaq ki, Moskva 2022-ci ildə …

Read More »

Yaxın 2 ildə Şuşada küçə və yol şəbəkəsi tamamilə yenidən qurulacaq

Yaxın 2 il ərzində Şuşada küçə və yol şəbəkəsinin tamamilə yenidən qurulması nəzərdə tutulur. Boyukmillet.com xəbər verir ki, bunu Prezidentin Şuşadakı xüsusi nümayəndəsi Aydın Kərimov Xankəndidə keçirilən III Azərbaycan Milli Şəhərsalma Forumunda (NUFA3) bildirib. Onun sözlərinə görə, şəhərdə müasir tipli mühəndis şəbəkəsi istifadə olunmaqla, bütün kommunikasiya xətlərinin qurulması da təmin ediləcək: “Artıq bu iş hissə-hissə həyata keçirilir. Proses müəyyən qədər …

Read More »

ASSİ: Avstraliyaya sualtı qayıqlar çatdırılana qədər regionda münaqişə təhlükəsi qalacaq

Rəsmi Kanberra AUKUS müqaviləsi (Avstraliya, Böyük Britaniya və ABŞ hərbi ittifaqı) çərçivəsində ilk atom sualtı qayıqlarının tədarükündən xeyli əvvəl regionda münaqişə ilə üzləşə bilər və potensial düşmənlə mübarizə üçün qeyri-ənənəvi metodları mənimsəməlidir. Boyukmillet.com-un məlumatına görə, bu fikir Avstraliya Strateji Siyasət İnstitutu (ASSİ) tərəfindən hazırlanan hesabatda yer alıb. ASSİ ekspertlərinin qiymətləndirməsinə görə, ölkə artıq “yüksək strateji risklər” dövrünə daxil olub və …

Read More »

Qızılın qiyməti 4200 dolları keçərək tarixi maksimumu yeniləyib

Nyu York Ticarət Birjasının bölməsi olan “Comex”də 2025-ci ilin dekabr ayı üçün qızıl fyuçerslərinin qiyməti bir troya unsiyası üçün 4 200 dolları keçərək bütün zamanların ən yüksək həddinə çatıb. Bu barədə Boyukmillet.com ticarət platformasının məlumatlarına istinadən xəbər verir. Bakı vaxtı ilə saat 05:12-yə olan məlumata görə, qiymətli metalın qiyməti bir troya unsiyası üçün 4 202,4 dollar (+0,64%) təşkil edib. Bakı vaxtı …

Read More »

Xalq artisti Ramiz Quliyev vəfat edib

Azərbaycanın Xalq artisti, tarzən Ramiz Quliyev vəfat edib. Bu barədə  onun oğlu Əyyub Quliyev məlumat verib. Xatırladaq ki, Xalq artisti səhhətinin pisləşməsi ilə əlaqədar sentyabrın 29-da Mərkəzi Gömrük Hospitalına yerləşdirilmişdi.

Read More »