Böyük Britaniya Azərbaycan və Ermənistana qarşı tətbiq olunan silah embarqosunu tamamilə ləğv edir. Bu barədə Avropa və Şimali Amerika üzrə dövlət naziri Stiven Dautinin bəyanatında bildirilir. Nazir silah embarqosunun ləğvinə əsas səbəb kimi 2025-ci il avqustun 8-də Vaşinqtonda ABŞ Bakı və Yerevan arasında keçirilən üçtərəfli görüşü göstərib. 2025-ci il avqustun 8-də Vaşinqtonda ABŞ prezidenti Donald Trampın ev sahibliyi etdiyi üçtərəfli sammit …
Read More »Yearly Archives: 2025
İrandan Azərbaycana PUA vasitəsilə narkotik keçirən narkotacir həbs olunub
Astarada İranda yaşayan narkotacirin PUA vasitəsilə Azərbaycana 4 kiloqrama yaxın marixuana göndərdiyi aşkarlanıb. Bu barədə Daxili İşlər Nazirliyindən (DİN) məlumat verilib. Bildirilib ki, Astara Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri tədbirlərlə əvvəllər məhkum olunmuş 32 yaşlı Rövşən Axundzadə saxlanılıb. Həmin şəxsdən ölkə ərazisinə əvvəlcədən sövdələşdiyi İranda yaşayan narkotacir tərəfindən PUA vasitəsilə göndərilmiş 4 kiloqrama yaxın marixuana aşkarlanıb. Əməliyyat tədbirlərinin davamı ilə saxlanılan …
Read More »Taksi ilə sərnişin daşımaq üçün icazələrin əlavələrinin sayına məhdudiyyətlər qoyulub
Nazirlər Kabineti taksi minik avtomobilləri ilə sərnişin daşımaları üçün icazələrin əlavələrinin sayına məhdudiyyətlər tətbiq edilməsi haqqında qərar qəbul edib. Boyukmillet.com xəbər verir ki, qərarı Baş nazir Əli Əsədov imzalayıb. Qərara əsasən, Bakı şəhərinin inzibati ərazi vahidi üzrə taksi minik avtomobilləri ilə sərnişin daşımaları üçün verilən icazələrin əlavələrinin say həddi 25 000 müəyyən edilib. Taksi minik avtomobilləri ilə sərnişin daşımaları fəaliyyəti üçün …
Read More »MM Azərbaycan və BƏƏ arasında Hərtərəfli İqtisadi Tərəfdaşlıq Sazişini təsdiqləyəcək
Milli Məclisdə Azərbaycan və Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) arasında Hərtərəfli İqtisadi Tərəfdaşlıq Sazişi təsdiq ediləcək. Boyukmillet.com xəbər verir ki, bununla bağlı “Azərbaycan Respublikası Hökuməti və Birləşmiş Ərəb Əmirlikləri Hökuməti arasında Hərtərəfli İqtisadi Tərəfdaşlıq Sazişi”nin təsdiq edilməsi haqqında qanun layihəsi parlamentin oktyabrın 17-də keçiriləcək plenar iclasının gündəliyinə daxil edilib. Qeyd edək ki, plenar iclasın gündəliyinə 7 məsələnin müzakirəsi daxil edilib.
Read More »Xarkovu DAĞIDIRLAR, rus ordusu HÜCUMA KEÇDİ, NATO-dan Rusiyaya SƏRT XƏBƏRDARLIQ: “Görərsiz!”
Ukraynanın Xarkov şəhərində hava həyəcanı siqnalı zamanı ardıcıl partlayışlar baş verib. Boyukmillet.com xəbər verir ki, bu barədə Ukraynanın “İctimai” nəşri məlumat yayıb. Partlayışdan sonra bir neçə rayonda elektrik enerjisinin kəsildiyi bildirilib. Qeyd edilir ki, hazırda Xarkov, Dnepropetrovsk, Kiyev, Poltava, Sum və Çerniqov vilayətlərində hava hücumu ilə bağlı xəbərdarlıq elan edilib. Bu və gündəmdəki bir çox xəbərləri bu gün saat 11.00-də …
Read More »ABŞ, Türkiyə, Misir və Qətər Yaxın Şərqlə bağlı ortaq məxrəcə gəliblər
ABŞ, Türkiyə, Qətər və Misir hesab edir ki, Yaxın Şərqdə gələcək mübahisələr yalnız diplomatik yollarla həll edilməlidir. Boyukmillet.com xəbər verir xəbər verir ki, bu barədə onların oktyabrın 13-də Ağ Evin saytında dərc olunmuş birgə bəyannaməsinin mətnində deyilir. “Buradan belə nəticə çıxır ki, imzalayan dövlətlər gələcək mübahisələri gücdən istifadə və ya uzun sürən münaqişə yolu ilə deyil, diplomatik əlaqə və danışıqlar yolu …
Read More »“Putin Avropa ilə istənilən an müharibəyə başlaya bilər”
Rusiya istənilən an Avropa ilə hərbi qarşıdurmaya başlaya bilər. Boyukmillet.com xəbər verir ki, bu barədə Almaniyanın Federal Kəşfiyyat Xidmətinin (BND) rəhbəri Martin Yeger bəyan edib. Onun sözlərinə görə, Moskva Avropanın sərhədlərinin dayanıqlığını yoxlamağa hazırlaşır və bu, “istənilən vaxt” baş verə bilər. “Rusiya öz niyyətlərini gizlədir, lakin əslində məqsədi bizim sərhədlərimizi sınaqdan keçirməkdir. Hazırda Avropada ən yaxşı halda soyuq sülh hökm …
Read More »Terrorçular siyahısına daxil edildilər
Rusiyalı müxalif siyasətçilər İlya Yaşin və Vladimir Kara-Murza Rusiya tərəfindən terrorçular və ekstremistlər siyahısına daxil edilib. Boyukmillet.com xəbər verir ki, 2024-cü ilin avqustunda hər iki şəxsə qarşı “terror təşkilatında iştirak”, “ekstremizmə çağırış” və “ekstremist birlik təşkil etmə” ittihamları ilə cinayət işləri başlanıb. Həmin işlər üzrə digər fiqurantlardan biri kimi Yuliya Navalnayanın da adı çəkilib. Bu gün səhər saatlarında Vladimir Kara-Murza …
Read More »Tramp Azərbaycan və Ermənistan arasında sülhdən danışıb
ABŞ Prezidenti Donald Tramp bu gün İsrail parlamentində (Knesset) çıxış edərkən yenidən Azərbaycan və Ermənistan arasında sülh nizamlanmasından bəhs edib. Boyukmillet.com-un məlumatına görə, Tramp ABŞ-nin əməkdaşlıq, dostluq və ticarət əlaqələrinə əsaslanan gələcək və irs qurmağa çalışacağını vurğulayıb. “Təl-Əvivdən Dubaya, Hayfadan Beyruta, Qüdsdən Dəməşqə və Ermənistandan Azərbaycana – daha bir müharibəni dayandırdım”, – D.Tramp bildirib.
Read More »Ölkədə üç valyuta BAHALAŞDI – RƏSMİ
Azərbaycan Mərkəzi Bankı bu günün valyuta məzənnələrini açıqlayıb. Oktyabrın 13-də ABŞ dollarının məzənnəsi dəyişməyərək 1,7000 manat təşkil edib. Türkiyə lirəsi 0,0406 manata kimi, Rusiyanın 100 rublu 2,0799 manatadək ucuzlaşıb, avro isə 1.9755 manata kimi bahalaşıb.
Read More »
Boyukmillet.com Biz yanmasaq vətən yanar