Bazar ertəsi , 6 Aprel 2026

Yearly Archives: 2025

İqlim fəalı Qreta Tunberq də daxil olmaqla 171 nəfər İsraildən deportasiya edilib

İsrail hakimiyyəti isveçli iqlim fəalı Qreta Tunberqi ölkədən deportasiya edib. Bu barədə İsrail Xarici İşlər Nazirliyi bazar ertəsi məlumat yayıb. Qreta Tunberq Qəzza zolağına humanitar yardım aparmağa çalışan yüzlərlə beynəlxalq Fələstin həmrəyliyi fəalları ilə birlikdə İsrail qüvvələri tərəfindən beynəlxalq sularda saxlanılmışdı. İsrail tərəfi bildirib ki, “Qlobal Sumud Flotillası”ndan 171 fəal, o cümlədən Qreta Tunberq bazar ertəsi Yunanıstan və Slovakiyaya deportasiya edilib. “Qlobal …

Read More »

Mingəçevir şəhər Sukanal İdarəsinin işçiləri: “Yeni sədr işçiləri istismar edir”

Mingəçevir şəhər Sukanal İdarəsinin işçiləri idarə rəisi Əhmədov Elmar İslam oğlundan şikayətçidir. Adının çəkilməsini istəməyən işçilər Meydan TV-yə deyir ki, idarəyə yeni təyin olunan rəis Elmar Əhmədov işçiləri əmək müqaviləsində göstərilən saatdan artıq işlədir, onları istismar edir.  Bundan əlavə pensiya yaşına az qalan işçiləri işdən çıxmağa məcbur edir. “İdarəyə gəldiyi gündən kütləvi şəkildə işdən çıxarılma halları başlayıb. Və onların yerinə …

Read More »

Azərbaycanda əmək müqavilələrinin sayı açıqlanıb

Azərbaycanda əmək müqavilələrinin sayı 2019-cu ilin əvvəli ilə müqayisədə 466 613 vahid artaraq bu il oktyabrın 1-nə 1 milyon 868 min 528-ə çatıb. Bu barədə  İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətindən bildirilib. Məlumata görə, bu illər ərzində qeyri-neft-qaz sektorunun özəl bölməsində həmin göstərici 471 286 vahid artaraq 1 milyon 11 min 208 olub. “Ümumi əmək müqavilələrinin 54 %-dən çoxu qeyri-neft-qaz sektorunun özəl bölməsinin payına düşüb. Bu ilin 9 ayında qeyri-neft-qaz …

Read More »

Türkiyənin Kommunikasiya İdarəsi: Sosial şəbəkələrdə Azərbaycanda bayraqların yarıya endirildiyi barədə xəbərlər feykdir

Bəzi sosial media hesablarında “İsrailin Qəzzaya qarşı oktyabrın 7-də başlatdığı soyqırımın ildönümündə Azərbaycanda bayraqların yarıya endirildiyi” ilə bağlı paylaşımlar dezinformasiya məhsuludur. Boyukmillet.com xəbər verir ki, bu barədə Türkiyə Prezident Administrasiyasının Kommunikasiya İdarəsi məlumat yayıb. Bildirilib ki, Azərbaycanı Fələstinə qarşı göstərməyə çalışan bu cür iddialar ictimaiyyəti yanıltmaq məqsədi daşıyır: “Bu cür məlumatlar Türkiyə-Azərbaycan münasibətlərinə mənfi təsir göstərmək, qardaş ölkə Azərbaycanın nüfuzuna zərər …

Read More »

Azərbaycanın TDT Katibliyinin hesabına köçürdüyü 2 milyon dolların bir hissəsinin nəyə xərclənəcəyi açıqlanıb

TDT ölkələrinin təhsil nazirləri və aidiyyəti strukturları Türk Universitetləri Birliyi və “Orhon” mübadilə proqramı üçün daimi katiblik formalaşdırmaq üçün lazımi addımlar atır. Boyukmillet.com xəbər verir ki, bunu Türk Dövlətləri Təşkilatının Baş katibi Kubanıçbek Ömüralıyev oktyabrın 7-də Qəbələdə keçirilən Türk Dövlətləri Təşkilatının (TDT) Dövlət Başçıları Şurasının 12-ci Zirvə görüşündə çıxışı zamanı bildirib. Onun sözlərinə görə, Azərbaycan tərəfindən büdcəyə köçürülən 2 milyon dolların …

Read More »

UNESCO-da Azərbaycanın bəyanatı səsləndirilib

Parisdə UNESCO İcraiyyə Şurasının 222-ci sessiyası öz işinə başlayıb. Boyukmillet.com xəbər verir ki, sessiyanın plenar debatlar hissəsində Azərbaycanın UNESCO yanında daimi nümayəndəsi Elman Abdullayev ölkənin bəyanatını səsləndirib. Sənəddə Azərbaycanın İcraiyyə Şurasına son dördillik üzvlüyü dövründə həyata keçirdiyi aktiv fəaliyyəti haqqında məlumat verilib, ölkənin bundan sonra da UNESCO platformasında fəal iştirak və təşkilatın mandatına töhfə verməkdə davam edəcəyi vurğulanıb. E.Abdullayev BMT …

Read More »

Britaniya tarixində telefon qaçaqmalçılığına qarşı ən böyük əməliyyat keçirilib

Londonda Britaniyadan Çinə 40 minə qədər oğurlanmış smartfonun qaçaqmalçılığında şübhəli bilinən cinayətkar şəbəkənin 50-yə yaxın üzvü həbs edilib. Bu barədə Boyukmillet.com “Sky News”a istinadən xəbər verir. Araşdırma ötən ilin dekabrında başlayıb. Hitrou hava limanı yaxınlığındakı bir anbar məntəqəsində Honq Konqa göndərilmək üçün nəzərdə tutulan 1 000 smartfon yerləşdirilmiş qutu aşkar edilib. Demək olar ki, bütün cihazlar oğurlanmış olub. Bundan sonra əməliyyat …

Read More »

Gəncənin raket atəşinə tutulması əmrinin Ermənistan rəhbərliyi tərəfindən verildiyi məhkəmədə növbəti dəfə təsdiqlənib

Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü nəticəsində sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, o cümlədən təcavüzkar müharibənin hazırlanması və aparılması, soyqırımı, müharibə qanunlarını və qaydalarını pozma, habelə terrorçuluq, terrorçuluğu maliyyələşdirmə, hakimiyyəti zorla ələ keçirmə, onu zorla saxlama və digər çoxsaylı cinayətlər törətməkdə təqsirləndirilən Ermənistan Respublikasının vətəndaşları Arayik Harutyunyan, Arkadi Qukasyan, Bako Sahakyan, Davit İşxanyan, David Babayan, Levon Mnatsakanyan və digərlərinin …

Read More »

“Sovetski”də tarixi binalar yox, yalnız qəzalı vəziyyətdə olan tikililər sökülür – RƏSMİ

Son günlər sosial şəbəkələrdə bəzi şəxslər tərəfindən “Sovetski” adlanan ərazidə guya arxitektur binaların sökülməsi ilə bağlı əsassız məlumatlar paylaşılır, bu cür paylaşımlar ictimaiyyəti çaşdırmaq və süni narazılıq yaratmaq məqsədi daşıyır. Bu barədə Baki şəhər İcra Hakimiyyətinin mətbuat xidmətindən məlumat verilib. Bildirilib ki, “Sovetski” ərazisində ümumilikdə 150-yə yaxın tarixi bina qorunub saxlanılır: “Bu işlərin gedişinə nəzarət etmək üçün bir neçə dövlət …

Read More »

Niderland Rusiya PUA-larına qarşı mübarizədə Ukraynaya dəstək çağırışı edib

Niderlandın Baş naziri Dik Şof Rusiya dronlarına qarşı mübarizədə digər ölkələrlə, xüsusən də Ukrayna ilə sıx əməkdaşlığın zəruri olduğunu bildirib. Boyukmillet.com-un “İnterfaks-Ukrayna”ya istinadən verdiyi məlumata görə, o, bu barədə Kiyevdə Ukraynanın Prezidenti Volodimir Zelenski ilə birgə keçirdiyi mətbuat konfransında bəyan edib. “Pilotsuz uçuş aparatları bu gün problem təşkil edir. Biz dronlara qarşı vasitələrin hazırlanmasında, xüsusilə də Ukrayna ilə çox sıx …

Read More »