Bazar , 5 Aprel 2026

Yearly Archives: 2025

ABŞ Azərbaycanla strateji tərəfdaşlığı dərinləşdirməyə hazır olduğunu bəyan edib

ABŞ sülh və rifahı irəli aparmaq və Cənubi Qafqazın iqtisadi potensialının üzə çıxarılmasını təşviq etmək üçün dəyərli strateji tərəfdaş kimi Azərbaycanla sıx əməkdaşlığı davam etdirməyə hazırdır. Boyukmillet.com xəbər verir ki, bu barədə ABŞ-nin Azərbaycandakı səfirliyinin “X” hesabındakı paylaşımında qeyd edilib. “Dünən Vaşinqtonda ABŞ və Azərbaycan hökumətlərinin yüksək vəzifəli nümayəndələri Prezident Trampın iştirakı ilə avqustun 8-də keçirilmiş tarixi Sülh Sammitində imzalanmış Anlaşma …

Read More »

Bakıda avtobuslarda NFC-ni dəstəkləyən bank kartları ilə ödənişin tətbiqinə başlanılır – EKSKLÜZİV

Bakı şəhərinin marşrut avtobuslarında sərnişinlər gediş haqlarını NFC-ni dəstəkləyən bütün yerli bank kartları, həmçinin “Apple Pay” və “Google Pay” vasitəsilə ödəyə biləcəklər. Bu barədə “Report”un sorğusuna cavab olaraq paytaxtın ictimai nəqliyyatında istifadə olunan “BakıKart” sisteminin operatoru – “K Group” MMC məlumat verib. Paralel olaraq “BakıKart” kart, “BirBank” və “M10” QR vasitəsilə ödəniş imkanları da qüvvədə saxlanılır. Bildirilib ki, ilkin mərhələdə NFC …

Read More »

“Fənərbağça” prezidenti prokurorluğa çağırıldı, evində axtarış aparıldı

İstanbul Respublika Baş Prokurorluğu tərəfindən aparılan genişmiqyaslı narkotik istintaqı çərçivəsində Fənərbağça Klubunun prezidenti Sadettin Saran şübhəli şəxs qismində ifadə vermək üçün çağırılıb. Məlumata görə, hüquq-mühafizə orqanları Saranın evində axtarış aparır. İstintaq çərçivəsində Sadettin Saranın hazırda İtaliyada olduğu bildirilir. Onun vəkilləri vasitəsilə Türkiyəyə qayıtması istənilib. Vəkillər Saranın sabah Türkiyəyə dönəcəyini açıqlayıblar. Ezgi Eyüboğlu və daha 7 nəfər saxlanılıb İstintaq çərçivəsində Ezgi …

Read More »

Avropa İttifaqından Rusiyaya qarşı yeni sanksiya: Siyahıda azərbaycanlılar da var

Avropa İttifaqı (Aİ) Rusiyaya qarşı sanksiya siyahısını genişləndirib.  “Kölgə donanması” adlanan strukturda rolu olan beş şəxs və dörd şirkətə sanksiyalar tətbiq edilib.  Aİ bildirir ki, onlar Rusiya neftinin gizli şəkildə daşınmasına şərait yaradır. Siyahıda azərbaycanlı iş adamları Etibar Eyyub və Tələt Səfərov da yer alır. Etibar Eyyub Birləşmiş Ərəb Əmirliklərində yerləşən “2Rivers Group” da daxil olmaqla, öz şirkətlər şəbəkəsi vasitəsilə Rusiya neftinin …

Read More »

Araşdırma: Kadırovla əlaqəli çeçen qruplar Almaniyada sərbəst fəaliyyət göstərirlər

Rusiyanın müstəqil The Insider nəşri ilə Almaniyanın Der Spiegel nəşrinin birgə araşdırmasına görə, Çeçenistan rəhbəri Ramzan Kadırova yaxın olan və mütəşəkkil cinayət qrupları ilə əlaqələndirilən çeçen qruplar onilliklər ərzində Hamburqda maneəsiz fəaliyyət göstəriblər. Jurnalistlər qeyd edirlər ki, bu fəaliyyət Almaniyanın müharibəyə qarşı mövqe tutan ruslara viza qaydalarını sərtləşdirdiyi bir dövrdə baş verib. OC media yazır ki, araşdırmaya əsasən, humanitar əsaslarla Almaniyaya daxil olmuş çeçenlər …

Read More »

Rusiya-Ukrayna müharibəsi Azərbaycanda tikinti məsrəflərini artırdı – AQC sədri

Mənzillərin baha qiymətə satılmasının, Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin sədri Vüqar Oruc müsahibə verib və çox maraqlı məqamlara toxunub. Boyukmillet.com həmin müsahibəni sizə təqdim edir. – Vüqar müəllim, daşınmaz əmlak, xüsusilə mənzil bazarında mövcud durumu necə qiymətləndirirsiniz? Hazırda bazarda durğunluğun olduğunu qeyd edirlər, lakin mənzil qiymətləri artmaqda davam edir. Bu nə ilə bağlıdır? – İstənilən fəaliyyətin, istənilən məhsulun maya dəyəri var və bu …

Read More »

Kürdəmirdə 9-cu sinif şagirdi faciəvi şəkildə həlak oldu

Bu gün Kürdəmir rayonunda dəhşətli hadisə baş verib. Rayonun mərkəzində 15 yaşlı Sərvət Nazim oğlunu cərəyan vurub. Belə ki, Kürdəmir şəhər 1 saylı orta məktəbin 9-cu sinif şagirdi olan Sərvət dəmiryolu xəttinin dirəyinə çıxıb. Bu zaman o, ehtiyatsızlıqdan yüksəkgərginlikli elektrik xəttinə toxunub. Nəticədə yeniyetmə yanaraq həlak olub. Bildirilir ki, məktəbli dərsdən evə gedərkən dostları ilə dirəyə çıxmaqla bağlı mərcləşib və …

Read More »

Fətullah Gülənin qardaşı oğlu saxlanıldı

“Silahlı terror təşkilatına üzvlük” ittihamı ilə axtarışda olan Yasir Gülen İstanbulda keçirilən əməliyyat nəticəsində tutulub. Türkiyə hüquq-mühafizə orqanlarının birgə keçirdiyi əməliyyat nəticəsində FETÖ lideri Fətullah Gülənin qardaşı oğlu Yasir Gülən İstanbulda saxlanılıb. İstanbul Polis İdarəsinin Terrorla Mübarizə Şöbəsi, Milli Kəşfiyyat Təşkilatı (MİT) və Kəşfiyyat Şöbəsi Müdirliyi ilə koordinasiyalı şəkildə FETÖ üzvlərinin tutulması üçün əməliyyat aparıb. Araşdırmalar nəticəsində məlum olub ki, …

Read More »

Milli Məclis elektron siqaretlərin qadağası ilə bağlı layihəni ilk oxunuşda qəbul edib

Milli Məclis elektron siqaretlərin və onların komponentlərinin idxalı, ixracı, istehsalı, saxlanılması, topdan və pərakəndə satışı, istifadəsini qadağan edən qanun layihəsini ilk oxunuşda qəbul edib. Boyukmillet.com xəbər verir ki, bununla bağlı “Tütün və tütün məmulatı haqqında” qanuna dəyişiklik layihəsi parlamentin bugünkü plenar iclasında müzakirəyə çıxarılıb. Sənəddə qeyd edilib ki, nikotin tərkibli elektron siqaretlər tütün məmulatı anlayışına daxil edilir. Belə ki, elektron …

Read More »

Azərbaycan yanacağını daşıyan qatar Ermənistan-Gürcüstan sərhədini keçir

Hazırda Azərbaycandan Ermənistana neft məhsulları daşıyan dəmir yolu qatarı Ermənistan-Gürcüstan sərhədini keçir. Boyukmillet.com xəbər verir ki, bunu Ermənistanın iqtisadiyyat naziri Gevork Papoyan sosial şəbəkə səhifəsində yazıb. “Bu dəqiqələrdə Ermənistan-Gürcüstan sərhədini (Ayrum stansiyası) Azərbaycan-Gürcüstan-Ermənistan dəmir yolu marşrutu ilə çatdırılan, ümumi həcmi təxminən 1,3 min ton olan Azərbaycan mənşəli “Aİ-95” markalı benzinlə yüklənmiş 22 sistern vaqon keçir. Bəlkə də bu, təkcə sülh qurulduqdan (iki ölkə arasında -red.) …

Read More »