Bazar ertəsi , 6 Aprel 2026

Yearly Archives: 2025

Şatdaun səbəbindən ABŞ ÜDM-si hər həftə 15 milyard dollar azala bilər

ABŞ hökumətinin fəaliyyətinin qismən dayandırılması (şatdaun) səbəbindən ölkənin ümumi daxili məhsulu (ÜDM) potensial olaraq hər həftə təxminən 15 milyard dollar azala bilər. Boyukmillet.com “Politico”ya istinadən xəbər verir ki, bu qiymətləndirmə Ağ Evin respublikaçı qanunvericilərə təqdim etməyi planlaşdırdığı sənədlərdə yer alıb. Qeyd olunub ki, prezident Donald Trampın iqtisadi məsələlər üzrə müşavirləri uzunmüddətli şatdaunun ciddi iqtisadi nəticələrə səbəb ola biləcəyi ilə bağlı xəbərdarlıq …

Read More »

Yaponiya Çinə etiraz notası verib

Yaponiya hökuməti Çinə etiraz notası göndərib. Boyukmillet.com xəbər verir ki, bu barədə Yaponiya Nazirlər Kabinetinin baş katibi Yoşimasa Hayaşi keçirdiyi mətbuat konfransında məlumat verib. Buna səbəb rəsmi Tokionun Çini Amami adaları yaxınlığındakı müstəsna iqtisadi zonada qanunsuz tədqiqat fəaliyyəti aparmaqda ittiham etməsidir. “Diplomatik kanallar vasitəsilə Çin hökumətinə qanunsuz tədqiqat fəaliyyətinin dərhal dayandırılması tələbi ilə qəti etiraz bildirilib”, – deyə o qeyd …

Read More »

Azərbaycan Mərkəzi Bankının valyuta məzənnələri (02.10.2025)

Azərbaycan Mərkəzi Bankının bu günə olan rəsmi valyuta məzənnələrinə əsasən, ABŞ dollarının məzənnəsi dəyişməyərək 1,7000 manat olub. Boyukmillet.com xəbər verir ki, avronun məzənnəsi 0,2 % azalaraq 1,9952 manat, 100 Rusiya rublunun məzənnəsi isə 1,2% artaraq 2,0763 manat təşkil edib. ValyutaMəzənnə1 ABŞ dolları1,70001 Avro1,9952100 Rusiya rublu2,07631 Avstraliya dolları1,12531 Belarus rublu0,55921 Bolqarıstan levi1,02001 BƏƏ dirhəmi0,4628100 Cənubi Korea vonu0,12141 Çexiya kronu0,08221 Çin yuanı0,23871 …

Read More »

Saxta orden və medal təsis edən QHT sədrləri saxlanıldı –Cinayət işi başlanıldı /VİDEO

Saxta orden və medallar,habelə müxtəlif təyinatlı vəsiqələr hazırlayıb satan şəxslər müəyyən olunublar. DİN-in Mətbuat Xidmətindən verilən məlumata görə, polis əməkdaşları tərəfindən keçirilən tədbirlərlə qanunsuz fəaliyyətlə məşğul olan — “Azərbaycan Vətən Müharibəsi Veteranları” İctimai Birliyinin sədri Füzuli Rzaquliyev, “Dədə Qorqud” Xeyriyyə Fondunun rəhbəri Eldar İsmayılov və “Sabitlik və İnkişaf Mərkəzi” İctimai Birliyinin sədri Rasim Məmmədov saxlanılıblar. Bu təşkilatların ofislərindən dövlət əhəmiyyətli xüsusi gün və …

Read More »

HƏMAS Trampın sülh planının bir sıra maddələrində dəyişiklik tələb edir

HƏMAS ABŞ Prezidenti Donald Trampın Qəzzə sektoru üçün təklif etdiyi, silahsızlaşdırma maddələrinə aid olan sülh planına düzəlişlər etmək niyyətində olduğunu bəyan edib. Boyukmillet.com-un məlumatına görə, bu barədə AFP mənbələrə istinadən xəbər verir. Məlumata görə, təşkilat məcburi silahsızlaşdırmadan, hərəkat və onun fraksiyalarının üzvlərinin sürgün edilməsindən imtina edilməsini, İsrail qoşunlarının tam çıxarılması üçün beynəlxalq zəmanətlərin verilməsini, həmçinin Qəzzə daxilində, xaricində fələstinlilərin təhlükəsizliyinə …

Read More »

Azərbaycan zərgərlik məmulatları və qiymətli daşlar sahəsində yeni dövlət standartları qəbul edib

Prezident yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin Azərbaycan Standartlaşdırma İnstitutu (AZSTAND) zərgərlik məmulatları və qiymətli daşlar sahəsində yeni dövlət standartları qəbul edib. Boyukmillet.com AZSTAND-a istinadən xəbər verir ki, bunlar, AZS 979:2025 (ГОСТ Р 71116-2023) “Qiymətli daşlar. Terminlər və təriflər”, habelə AZS ISO 15096:2025 “Zərgərlik məmulatları və qiymətli metallar – Yüksək saflıqlı gümüşün təyini – ICP-OES üsulundan istifadə olunmaqla …

Read More »

Sabahın hava proqnozu açıqlanıb

Bakıda və Abşeron yarımadasında oktyabrın 2-də hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Milli Hidrometeorologiya Xidmətindən  verilən məlumata görə, sakin səhər bəzi şəhərətrafı ərazilərdə qısamüddətli az yağış yağacağı ehtimalı var, şimal-şərq küləyi əsəcək. Havanın temperaturu gecə 14-16° isti, gündüz 18-21° isti olacaq. Atmosfer təzyiqi 767 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət gecə 70-75 %, gündüz …

Read More »

Rusiyalı milyarder Vahid Ələkbərov ilin əvvəlindən 147 milyon dollar zərər edib

Rusiyalı milyarderlərin sərvəti ilin əvvəlindən 19,7 milyard dollar artıb. Boyukmillet.com Rusiya mediasına istinadən xəbər verir ki, bu barədə “Bloomberg Billionaires Index”dən bəlli olur. Siyahıya 20 rusiyalı iş adamı daxil edilib, onların ümumi sərvəti 305,3 milyard dollar məbləğində qiymətləndirilir (indeksdə ümumilikdə 500 sahibkar yer alır). Kapital artımı üzrə lider “Telegram” messencerinin qurucusu Pavel Durov olub (170-ci pillə). Onun sərvəti ilin əvvəlindən 4,82 …

Read More »

Kamran Əliyev: Adnan Əhmədzadənin istintaqı üzrə əlavə məlumat vermək məqsədəmüvafiq deyil

Azərbaycanın Baş prokuroru Kamran Əliyev iş adamı Adnan Əhmədzadənin istintaq işi üzrə hər hansı bir əlavə məlumatın verilməsinin məqsədəmüvafiq olmadığını deyib. Boyukmillet.com-un məlumatına görə, jurnalistlərlə söhbətində K.Əliyev bildirib ki, bu barədə istintaqı aparan orqan tərəfindən açıqlama verilib. “Adnan Əhmədzadənin işi üzrə istintaqı aparan orqan tərəfindən açıqlama verilib. İstintaqın indiki mərhələsində hər hansı əlavə məlumat vermək istintaqın taktikası baxımından məqsədəmüvafiq deyil”. …

Read More »

İran-Ermənistan elektrik xətti gələn ilin I yarısında qismən istifadəyə verilə bilər

İranla Ermənistan arasında 400 kVt gərginlikli elektrik ötürücü xəttinin tikintisi 2026-cı ilin I yarısında qismən başa çatdırıla bilər. Boyukmillet.com Ermənistan KİV-inə istinadən xəbər verir ki, bu barədə ölkənin Ərazi İdarəetmə və İnfrastrukturlar Nazirliyinə məxsus “Yüksək gərginlikli elektrik şəbəkələri” QSC-nin mətbuat xidməti məlumat yayıb. Həmin vaxta qədər xəttin İran sərhədindən Sisian rayonunda tikilməkdə olan Noravan yarımstansiyasına qədər bir dövrəsinin başa çatdırılması planlaşdırılır. …

Read More »