Azərbaycan Mərkəzi Bankının bu günə olan rəsmi valyuta məzənnələrinə əsasən, ABŞ dollarının məzənnəsi dəyişməyərək 1,7000 manat olub. Boyukmillet.com xəbər verir ki, avronun məzənnəsi 0,4 % artaraq 1,9937 manat, 100 Rusiya rublunun məzənnəsi isə 0,5 % artaraq 2,0350 manat təşkil edib.
Read More »Yearly Archives: 2025
Tramp kilsədəki atışmanı ABŞ-də xristianlara qarşı hücum adlandırıb
ABŞ Prezidenti Donald Tramp Miçiqan ştatında yerləşən kilsədəki atışmanı ölkədə xristianlara qarşı məqsədyönlü hücum adlandıraraq federal hakimiyyətin araşdırmaya yardım edəcəyini deyib. Boyukmillet.com-un məlumatına görə, tramp bu barədə “Truth Social” sosial şəbəkəsində yazıb. “Mənə Miçiqanın Qrand-Blenk şəhərindəki kilsədə dəhşətli atışma haqqında məlumat verilib… Dərhal hadisə yerinə gələn FTB federal səviyyədə araşdırmada aparıcı rol oynayacaq və ştat rəsmiləri ilə yerli hakimiyyətə tam …
Read More »BMT-də Azərbaycanın bəyanatı səsləndirilib: İnsan hüquqları mexanizmləri ikili standartlardan azad edilməlidir
Azərbaycan BMT-nin insan hüquqları orqanları və mexanizmləri ilə konstruktiv dialoq və əməkdaşlığa sadiq qaldığını bir daha təsdiq edib. Boyukmillet.com xəbər verir ki, bu, Azərbaycanın BMT İnsan Hüquqları Şurasında 5-ci gündəm maddəsinin müzakirəsi zamanı səsləndirilən bəyanatında öz əksini tapıb. “Biz xüsusi prosedurların mandatını daşıyan şəxslərin işinə böyük əhəmiyyət veririk. Onların fəaliyyəti ciddi şəkildə mandatları çərçivəsində, beynəlxalq hüquqa, BMT Nizamnaməsinə, müvafiq qətnamələrə …
Read More »ŞKTR Prezidenti: Türkiyənin adadakı hərbi varlığı qırmızı xəttimizdir
Türkiyənin Kipr adasındakı hərbi varlığı qırmızı xəttimizdir. Boyukmillet.com xəbər verir ki, bunu Nyu-Yorkda BMT Baş katibi Antoniu Quterreş və Kipr Prezidenti Nikos Xristodulidis ilə görüşdükdən sonra Şimali Kipr Türk Respublikasına (ŞKTR) qayıdan ölkə başçısı Ersin Tatar hava limanında keçirdiyi mətbuat konfransında deyib. E.Tatar bildirib ki, Kipr adasında problem yalnız “iki dövlət” prinsipi ilə həll oluna bilər. Tatarın sözlərinə görə, Quterreş və …
Read More »Çin Yerin müşahidəsi texnologiyalarının sınağı üçün orbitə iki peyk çıxarıb
Çin Yerin müşahidəsi üçün texnologiyaların sınağı məqsədi ilə iki “Şiyan-30” peykini uğurla orbitə çıxarıb. Boyukmillet.com-un məlumatına görə, bu barədə Çin Mərkəzi Televiziyası xəbər yayıb. Məlumata görə, start 29 sentyabr tarixində Pekin vaxtı ilə saat 11:00-da Siçuan kosmodromunda həyata keçirilib. Buraxılış “CZ-2D” raketi ilə həyata keçirilib – “Çancen” seriyalı daşıyıcılar üçün bu 598-ci missiya olub. “CZ-2D” diametri 3,35 m olan ikipilləli …
Read More »Bu gündən Bakıda İqlim Fəaliyyəti Həftəsi başlayır
Bakı ikinci dəfə İqlim Fəaliyyəti Həftəsinə (BCAW) ev sahibliyi edir. Boyukmillet.com-un məlumatına görə, ilk tədbir Azərbaycan COP29-a ev sahibliyi etdiyi ərəfədə baş tutub. Budəfəki iclas isə 29 sentyabr-3 oktyabr tarixləri aralığında keçiriləcək. Proqram çərçivəsində enerji, maliyyə, iqlim adaptasiyası, kiçik və orta biznes müəssisələri (KOB), eləcə də ədalətli keçid mövzularında yüksək səviyyəli siyasi dialoqlar keçiriləcək. Həmçinin sənaye və innovasiya liderləri, habelə …
Read More »İsrail ordusu Qəzzada xəstəxana binasını mühasirəyə alıb
Qəzzada İsrailin atəşə tutduğu “Hilu” xəstəxanasında ən azı 90 nəfər köməksiz vəziyyətdə qalıb. Boyukmillet.com xəbər verir ki, məlumatı Fələstinin WAFA xəbər agentliyi yayıb. Agentliyin məlumatına görə, bir neçə artilleriya mərmisinə tuş gələn xəstəxanada qalanlar həkim və xəstələrdir. Xəstəxananın uşaq şöbəsində ən azı 12 vaxtından əvvəl doğulmuş körpə, həmçinin xərçəng xəstələri müalicə olunur. Qətərin “Əl-Cəzirə” telekanalının məlumatına görə, “Hilu” binası hazırda …
Read More »İran sanksiyaların bərpası ilə bağlı ABŞ və Aİ3 ölkələrinə xəbərdarlıq edib
“ABŞ və Aİ3 ölkələri (Böyük Britaniya, Almaniya və Fransa) BMT-nin ləğv edilmiş sanksiyalarının bərpasının Tehrana təzyiq vasitəsinə çevriləcəyinə inanmaqda səhv edirlər”. Boyukmillet.com-un məlumatına görə, bu barədə İran Xarici İşlər Nazirliyinin bəyanatında deyilir. Nazirlik qeyd edib ki, rəsmi Tehran ölkəyə zərər vurmaq cəhdlərinə qətiyyətlə cavab verəcək: “Aİ3 və ABŞ diplomatiya və qarşılıqlı əlaqə üçün əlverişli atmosfer yaratmaq əvəzinə qarşıdurma və böhran …
Read More »Sabaha olan hava proqnozu açıqlanıb
Sentyabrın 29-da Azərbaycanda müşahidə olunacaq hava proqnozu açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən verilən məlumatına əsasən, sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Şimal-qərb küləyi səhər şimal-şərq küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 14-17° isti, gündüz 19-23° isti olacaq. Atmosfer təzyiqi 765 mm civə sütunundan 761 mm civə sütununa enəcək. Nisbi rütubət gecə …
Read More »Paşinyan Quterreşlə Ermənistan-Azərbaycan sülh sazişinin paraflanmasını müzakirə edib
Ermənistanın baş naziri Nikol Paşinyan Nyu-Yorkda BMT-nin Baş katibi Antonio Quterreşlə görüşüb. Boyukmillet.com xəbər verir ki, tərəflər cari ilin avqustun 8-də Vaşinqtonda Ermənistan və Azərbaycan arasında sülh sazişinin paraflanmasının vacibliyini qeyd edib və bunun Cənubi Qafqazda sabitliyə və əməkdaşlığın inkişafına töhfə verəcəyinə əminlik ifadə ediblər. Paşinyan və Quterreş 2026-cı il oktyabrın 18-dən 30-dək Ermənistanda keçiriləcək BMT-nin Bioloji Müxtəliflik üzrə 17-ci Konvensiyasının …
Read More »
Boyukmillet.com Biz yanmasaq vətən yanar