Azərbaycanla Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) “Modon Holding”i arasında “Şəhər içində şəhər” konsepsiyasının inkişafı üzrə əməkdaşlıq sazişi imzalanıb. Boyukmillet.com xəbər verir ki, bu, Bakıda keçirilən I Azərbaycan Beynəlxalq İnvestisiya Forumu (AIIF-2025) çərçivəsində ba. tutub. Sənədi iqtisadiyyat naziri Mikayıl Cabbarov və holdinqin sədri Cassem Mohammed Bu Ataba Al Zaabi imzalayıb. Proses Baş nazirin müavini Səmir Şərifovun və BƏƏ-nin investisiya naziri Məhəmməd Hassan Alsuvaydinin …
Read More »Yearly Archives: 2025
Oğuzda narkotiklərin satışı ilə məşğul olmaqda şübhəli bilinən bir ailənin üzvləri tutulub
Oğuz Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən narkotik vasitələrin satışı və kultivasiyası ilə məşğul olan şəxslərə qarşı əməliyyat keçirilib. DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan bildirilib ki, tədbirlərlə bir ailənin 4 üzvü- əvvəllər də ağır cinayətə görə məhkum olunmuş 65 yaşlı Məmmədsaad Məmmədov, oğlu 34 yaşlı Orxan, arvadı 55 yaşlı Gülnaz və gəlini Dilbər Məmmədovalar saxlanılıb. Onların Xaçmaz kəndində yaşadıqları ünvana …
Read More »İlham Əliyev Birinci Azərbaycan Beynəlxalq İnvestisiya Forumunun iştirakçılarına müraciət ünvanlayıb
Prezident İlham Əliyev Bakıda keçirilən Birinci Azərbaycan Beynəlxalq İnvestisiya Forumunun iştirakçılarına müraciət ünvanlayıb. “Report” xəbər verir ki, müraciəti Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov oxuyub. Müraciətdə bildirilir: “Hörmətli Forum iştirakçıları, Sizi Birinci Azərbaycan Beynəlxalq İnvestisiya Forumunda səmimi-qəlbdən salamlayıram. Azərbaycanda ilk dəfə keçirilən bu Forumun qarşılıqlı faydalı əməkdaşlığın dərinləşdirilməsi, yeni tərəfdaşlıq əlaqələrinin qurulması, qabaqcıl ideyaların və …
Read More »TAP ilə Azərbaycandan Avropaya qaz tədarükü sifarişlərinin həcmləri artıb
Azərbaycan təbii qazını Avropaya nəql edən Trans-Adriatik Boru Kəməri (TAP) Yunanıstanın Kipoi çıxış nöqtəsindən sentyabrın 22-də 379 milyon 977 min 291 kVt/saat həcmində sifariş alınıb. Bu barədə Boyukmillet.com TAP-ın elektron platformasına istinadən xəbər verir. Bu, ötən həftənin bazar ertəsinin sifariş göstəriciləri ilə müqayisədə 0,74 % çoxdur. Kipoi çıxış nöqtəsindən sentyabrın 23-dən 29-dək 331 milyon 019 min 866 kVt/saat həcmində sifariş alınıb. Bu, sentyabrın 16-na olan sifariş göstəriciləri ilə müqayisədə 8,17 % azdır. Sentyabrın 17-nə …
Read More »Tramp: Rusiya gərginliyi davam etdirsə, Polşa və Baltikyanı ölkələri müdafiə edəcəyik
ABŞ Rusiya ilə gərginliyin artacağı təqdirdə Polşa və Baltikyanı ölkələrə müdafiə yardımı göstərəcək. Boyukmillet.com-un məlumatına görə, bunu ABŞ Prezidenti Donald Tramp Ağ Evin mətbuat xidmətinin əməkdaşları ilə görüşündə deyib. “Bəli, mən bunu edəcəyəm”, – o, Rusiya ilə gərginliyin artacağı təqdirdə ABŞ-nin Baltikyanı ölkələr və Polşaya kömək edib-etməyəcəyi ilə bağlı suala cavabında deyib. 2025-ci il sentyabrın 10-a keçən gecə Rusiyanın Ukraynanın …
Read More »Ərdoğan Trampla müzakirə edəcəyi mövzuları açıqlayıb
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla ABŞ-li həmkarı Donald Tramp arasında sentyabrın 25-də Vaşinqtonda görüş keçiriləcək. Boyukmillet.com xəbər verir ki, Türkiyə lideri bu barədə ABŞ-yə yola düşmədən öncə Atatürk Hava Limanında keçirdiyi mətbuat konfransında danışıb. O qeyd edib ki, Trampla görüşündə regional məsələlər ön planda olacaq. “Bölgəmizdə münaqişə və gərginliyin azaldılmasında biz liderlərə böyük məsuliyyət düşür”, – Ərdoğan bildirib. O həmçinin Nyu-Yorkda …
Read More »Türkiyə səfirliyi Dövlət Suverenliyi Günü münasibətilə Azərbaycanı təbrik edib
Türkiyənin Azərbaycandakı Səfirliyi 20 Sentyabr – Dövlət Suverenliyi Günü münasibətilə Azərbaycanı təbrik edirik. Boyukmillet.com xəbər verir ki, bu barədə səfirliyin “X” hesabında yazılıb. “Azərbaycanın suverenliyi və ərazi bütövlüyü uğrunda canlarını fəda edən bütün qardaşlarımızı rəhmətlə yad edir, qazilərə Allahdan şəfa diləyirik”,-məlumatda qeyd olunub.
Read More »Ukrayna Ordusu Donetskdə 7 yaşayış məntəqəsini azad edib
Ukrayna Silahlı Qüvvələri ölkənin Donetsk vilayətində 7 yaşayış məntəqəsinə nəzarəti bərpa edib. Boyukmillet.com-un məlumatına görə, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Ali Baş Komandanı Aleksandr Sırski özünün teleqram kanalında bildirib. “Ukraynanın müdafiə qüvvələrinin Donetsk vilayətində, Dobropolsk istiqamətində əməliyyatı davam edir. Qoşunlarımız düşmənin müdafiə xəttinə doğru 3-7 kilometr irəliləyib. Yeddi yaşayış məntəqəsində nəzarət bərpa edilib, düşmənin 9-cu diversiya və kəşfiyyat qruplarından təmizlənib. …
Read More »Qanunsuz miqrantlar Belarusdan Polşaya keçmək üçün tunel qazıblar
Qanunsuz miqrantlar Belarusdan tunel vasitəsilə Polşaya daxil olmağa cəhd ediblər. Boyukmillet.com-un məlumatına görə, bu barədə “Podlyask” Sərhəd Mühafizəsinə istinadən “Polsat News” telekanalı məlumat yayıb. Tunelə giriş sərhədçilərin günboyu elektron baryerlə nəzarəti altında olduğu Narevka çayının yaxınlığında yerləşib. Orada 4 əcnəbi saxlanılıb. Sərhəd pozucuları Belarusa qayıdıblar. Polşa KİV-inin məlumatına görə, Belarus tərəfindəki sərhəd zonası yerli hakimiyyət orqanları tərəfindən nəzarətə götürülsə də, …
Read More »ABŞ-nin bir neçə hərbçisi helikopter qəzasında həlak olub
ABŞ-nin şimal-qərbində Vaşinqton ştatında helikopterin qəzaya uğraması nəticəsində ölkənin 4 hərbçisi həlak olub. Boyukmillet.com-un xəbərinə görə, bu barədə “Associated Press” ABŞ Ordusunun Xüsusi Əməliyyatlar Komandanlığına istinadən məlumat yayıb. Məlumata görə, helikopter sentyabrın 17-də axşam saatlarında təlim uçuşu həyata keçirirmiş və Lyuis-Makkord Hərbi Hava Qüvvələri bazası yaxınlığında uçub. Təyyarədə dörd nəfər olub, onların adları hələ açıqlanmır. Qəzanın səbəbi müəyyən edilməyib. Hadisə …
Read More »
Boyukmillet.com Biz yanmasaq vətən yanar