Cümə axşamı , 12 Mart 2026
Drone Cameras

3 illik vergi güzəştləri – QANUN

Milli Məclisin bu gün keçirilən iclasında Vergi Məcəlləsinə dəyişikliklər müzakirəyə çıxarılıb.

Boyukmillet.com -un məlumatına görə, sənəddə gəmiqayırma və gəmi təmiri müəssisələri üçün güzəştlərin müəyyənləşməsi nəzərdə tutulub.

Layihəyə əsasən, gəmiqayırma və gəmi təmiri müəssisələri tərəfindən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiqedici sənədi əsasında həmin fəaliyyətin məqsədləri üçün bütün növ malların idxalı güzəştli qaydada həyata keçiriləcək. Adıçəkilən müəssisələr 2026-cı il mayın 1-dən 3 il müddətinə əlavə dəyər vergisindən azad olacaqlar.

Müzakirələrdən sonra dəyişikliklər səsverməyə qoyularaq ilk oxunuşda təsdiqlənib.

Check Also

Naxçıvan Konstitusiyasından Moskva və Qars müqavilələrinə istinad çıxarılır

Prezident İlham Əliyev martın 10-da Naxçıvan Muxtar Respublikasının Konstitusiyasına edilən dəyişikliklərin tətbiqi ilə bağlı sərəncam imzalayıb. Dəyişikliklər …