Şənbə , 27 Aprel 2024
Drone Cameras

3100 şəhidin vərəsəsinə birdəfəlik ödəmə qərarı verilib

Azərbaycan Prezidenti İlham Əliyevin 2018-ci il 19 aprel tarixli 1 nömrəli Fərmanına əsasən, şəhid hərbi qulluqçulardan vərəsələrinin birdəfəlik ödəmə ilə təminatı sahəsində işlər davam edir. Artıq 3100 şəhidin 4200 vərəsəsinə birdəfəlik ödəmənin verilməsi barədə qərar qəbul olunub. Qərarlar əsasında onların birdəfəlik ödəmə (11 min manat) ilə təminatı davam edir.

2018-ci il 19 aprel tarixli 1 nömrəli Fərman mühüm sosial əhəmiyyət kəsb edən və dövlət başçısı tərəfindən şəhid ailələrinin rifah halının yaxşılaşdırılması istiqamətində növbəti humanist addımdır. Yalnız şəhid ailələri tərəfindən deyil, ümumən ictimaiyyət tərəfindən bu xeyirxah tədbir yüksək dəyərləndirilir.

boyukmillet.com bildirir ki, nazirlikdən Modern.az-a verilən məlumata görə, ümumilikdə 9531 şəhid hərbi qulluqçunun vərəsələrinin birdəfəlik ödəmə almaq hüququ var. Hazırda digər vərəsələrdən də birdəfəlik ödənişlə təmin edilmələri üçün sənədlərin notarial qaydada qəbulu davam edilir.

Şəhid hərbi qulluqçuların vərəsələrinin birdəfəlik ödəmə ilə təminatı prosesinin 2019-cu il ərzində tam yekunlaşdırılması nəzərdə tutulub.

Check Also

Ermənistan hərbçisi Azərbaycanla sərhəddə minaya düşüb

Ermənistan hərbçisi Azərbaycanla sərhəddə yerləşən Tavuş vilayətində minaya düşüb. Boyukmillet.com xəbər verir ki, bu barədə …

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir