Cümə , 22 Noyabr 2024
Drone Cameras

“44 günlük mühribə zamanı 84 milyonluq Türkiyə Azərbaycan xalqına mənəvi dəstəyini bəyan etdi”

Türkiyə Silahlı Qüvvələrinin I Ordu komandiri, İstanbul şəhərinin qarnizon rəisi, general polkovnik Kamal Yeni I ordunun Qərargahında Emin Həsənlini qəbul edib.

İlk olaraq Kamal Yeni Azərbaycanı qazandığı zəfər münasibətilə   Azərbaycan xalqını təbrik edərək, bu qələbəni Kıprıs qələbəsindən sonra XXI əsrdə Türk dünyasının ən böyük uğuru olduğunu,bu zəfərin Azərbaycanın Türk dünyasına ərmağan etdiyi qələbə adlandıraraq, Azərbaycan Silahlı Qüvvələri  və Azərbaycan Türkləri ilə  fəxr etdiyini bildirdi. 

Emin Həsənli Mustafa Kamal Aratürkün “Azərbaycanın sevinci sevincimizdir, kədəri kədərimizdir” fikrini sitat gətirərək, bu sözə Türkiyə xalqının daima sadiq qaldığını, başda Türkiyə Cümhuriyyətinin Prezidenti Rəcəb Təyyib Ərdoğan olmaqla həmişə Azərbaycana dəstək olduğunu, 44 günlük mühribə zamanı 84 milyonluq Türkiyə Azərbaycan xalqına mənəvi dəstəyini bəyan etdi. Ulu öndər Heydər Əliyevin “Bir millət, iki dövlət ideyalarına hər iki dövlət sadiq qalmaqdadır”. 

Azərbaycan Respublikasının dövlət başçısı cənab İlham Əliyev  Azərbaycan Türkiyə qardaşlığına həmişə bütün işlərədə böyük önəm vermişdir. Türkiyədə olan meşə yanğınları zamanı azərbaycanlı hərbçilərin Türkiyənin yanında olmasını , ümumilikdə Türkiyənin Azərbaycanın, Azərbaycanın isə həmişə Türkiyənin yanında olduğunu vurğuladı. 

Bununla yanaşı, hərbiyönümlü QHT-lərin fəaliyyətinə müsbət  münasibət göstərən general bu fəaliyyətlərin çox önəmli olmasını, şəhid ailələrini, qaziləri, ehtiyatda olan  hərbçilərin qarşılıqlı əlaqələrinin  önəminin həddindən artıq böyük olmasını,həm mənəvi, ideoloji, psixoloji sahədə bunun önəminin yüksək olduğunu , eyni zamanda Türkiyə- Azərbaycan qardaşlığına çox böyük töhfə verdiyini qeyd etdi. O, Azərbaycan qazilərinin, gənclərinin “Zeytundalı” , “Barış pınarı” əməliyyatında, “15 Temmuz” dövlət çevrilişi zamanı Azərbaycanın Türkiyə Silahlı qüvvələrinə dəstək verdiyinə görə Azərbaycana, qazi qardaşlara və “Qardaşlığımız Əbədidir” koalisiya təşəkkür etdi.

Emin Həsənli bu istiqamətdə fəaliyyətləri haqqında Kamal Yeniyə geniş məlumat verdi. Cənab general Kamal Yeni Azərbaycandan Türkiyəyə gəlmək istəyən şəhid ailə üzvlərinə, qazilərə bütün növ köməkliklərin göstəriləcəyini vurğuladı.

Görüşdə  Türkiyə Müharib Qazilər Birliyinin İstanbul şöbəsinin başkanı, ehtiyatda olan polkovnik, Kıprıs qazisi Əhməd Kəndigəl də iştirak edirdi. Görüşün sonunda korpus komandiri Kamal Yeni Əhməd Kəndigəl və Emin Həsənliyə xatirə hədiyyəsi təqdim etdi. Emin Həsənli də öz növbəsində cənab generala Qarabağın atributu sayılan xarı bülbül nişangahını, Azərbaycan- Türkiyə bayraqları ruzeltini, “Qardaşlığımız Əbədidir” kitab və jurnalını, daha  bir neçə qiymətli hədiyyə təqdim etdi.

Check Also

Azərbaycan hərbçisinin vəfat etdiyi bildirilir

Nazirlik ölüm səbəbi kimi səhhətinin qəfil pisləşməsini göstərir Azərbaycan Ordusunun hərbi qulluqçusu Bəhri Fərman oğlu …